Bayden: ABŞ-ın Tayvanla bağlı siyasəti dəyişməyib24 May 2022, 14:11 (GMT +4) Bakı, 24 may, SalamNews. ABŞ-ın Tayvanla bağlı “strateji qeyri-müəyyənlik” siyasəti dəyişməz olaraq qalır. Bunu prezident Co Bayden Tokioda Dördtərəfli Təhlükəsizlik Dialoqu (Avstraliya, Hindistan, ABŞ və Yaponiya) sammitindən sonra jurnalistlərə deyib.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə Ağ Ev Mətbuat xidməti məlumat yayıb.
Bayden Yaponiyada keçirdiyi mətbuat konfransında media əməkdaşının sualını cavablandırarkən bildirib ki, ehtiyac yaranarsa, ABŞ Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır. Bir müddət sonra Baydendən onun sözlərinin “strateji qeyri-müəyyənlik siyasəti”nin keçmişdə qaldığını ifadə edib-etmədiyini soruşublar. "Xeyr", deyə dövlət başçısı vurğulayıb.
Ağ Ev rəhbəri təfərrüatları açıqlamaqdan imtina edib.
"Siyasət dəyişməyib. Dünən açıqlama verəndə bunu qeyd etdim” deyə Bayden əlavə edib.
Bazar ertəsi Ağ Ev ABŞ-ın mövqeyinin dəyişməz qaldığını bildirib və Baydenin öz bəyanatında "Tayvanı hərbi özünümüdafiə vasitələri ilə təmin etmək" öhdəliyini təsdiqləyib. Çin Xarici İşlər Nazirliyi ABŞ prezidentinin bəyanatına sərt etirazla cavab verib.
|