Kərbəla və Nəcəfin hava limanları fəaliyyətini dayandırıb23 May 2022, 13:31 (GMT +4) Bakı, 23 may, SalamNews, B.Samid. İraqın Nəcəf və Kərbəla hava limanları yenidən fəaliyyətini dayandırıb.
SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, qum fırtınasına görə İraqın əksər bölgələrində yenidən tətil elan edilib.
Nəcəf və Kərbəla hava limanları da daxil olmaqla bir çox hava limanları fəaliyyətini dayandırıb.
Əksər bölgələrdə dövlət dairələri və mətkəblər müvəqqəti tətil edilib.
Bir həftə öncə də İraq irimiqyaslı qum fırtınasının şahidi olmuşdu. Qum fırtınasının birinci dalğasında minlərlə insan təngi-nəfəsliklə bağlı xəstəxanalara müraciət etmişdilər.
|