Kərbəlada İmam Hüseynin (ə) ziyarətgahı kompleksində yanğın olub17 May 2022, 15:12 (GMT +4) Bakı, 17 may, SalamNews, B.Samid. Kərbəlada İmam Hüseynin (ə) ziyarətgahı kompleksində anbarların birində yanğın baş verib.
SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, aidiyyatı qurumları yanğının ziyarətgah kompleksinin "əl-Əqilə səhni"ndə yerləşən və hərəmdə istifadə edilən xalça-palaz anbarında baş verdiyini bildiriblər.
Yanğın söndürən qrupların müdaxiləsindən sonra yanğının qarşısı alınıb.
Yanğının baş verdiyi ərazi tikinti işlərinin davam etdiyi obyektlər olub.
Bu hadisədə kimsə xəsarət almayıb.
|