Məşhəddə İmam Rzanın (ə) ziyarətgahı kompleksində yanğın olub30 Aprel 2022, 12:58 (GMT +4) Bakı, 30 aprel, SalamNews, B.Samid. Ötən gecə Məşhəddə İmam Rzanın (ə) ziyarətgah kompleksində yanğın baş verib. Yanğın hadisəsi, zamanında edilən müdaxilə nəticəsində söndürülüb.
SalamNews İSNA-a istinadən xəbər verir ki, bu barədə İmam Rzanın (ə) Ziyarətgah Kompleks İdarəsi məlumat yayıb.
Bildirilib ki, ötən gecə kompleksinin Həzrət Zəhra (s) səhnində (red. meydanında) binaların birində baş verən yanğın hadisəsi zamanında edilən müdaxilə ilə söndürülüb.
Zəvvarlardan və xidmətçilərdən heç kim xəsarət almayıb.
Yanğının təmizləyici maşınlardan birinin alışması nəticəsində baş verdiyi deyilir.
|