Göyərtəsində azərbaycanlıların olduğu ticarət gəmisi Tunis sahillərində batıb16 Aprel 2022, 11:38 (GMT +4) Bakı, 16 aprel, SalamNews. Tunisin Habes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb, ekipaj xilas edilib.
SalamNews "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası mülki müdafiə idarəsindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib. Onlar Habes xəstəxanasına çatdırılıb, vəziyyətləri stabildir.
Bildirilir ki, gəmi su sızması səbəbindən batmağa başlayıb. Bunu görən ekipaj üzvləri havaya siqnal məşəlləri atıblar. Bu isə sahil mühafizəsinin diqqətindən yayınmayıb.
|