Rusiyada “YouTube”un istifadəsinə qadağa qoyula bilər09 Aprel 2022, 14:35 (GMT +4) Bakı, 9 aprel, SalamNews. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "YouTube" platformasının mümkün qadağası barədə məlumat paylaşıb. SalamNews “Gazeta.ru”ya istinadən xəbər verir ki, XİN nümayəndəsi bunu “Telegram” kanalında yazıb. “Görünən odur ki, “YouTube” öz hökmünü imzaladı. Məzmunu yaddaşa vurun və rus platformalarına köçürün. Tələsin”, - Zaxarova qeyd edib. Qısa müddət öncə “Google” internet şirkəti “Duma TV” kanalının “YouTube”dakı profilini bloklayıb. Dövlət Duması platformanın bu addımını “əsassız” adlandırıb.
|