Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Taliban Məşhəddə İmam Rzanın hərəmində din xadimlərinə hücumu pisləyib

07 Aprel 2022, 08:53 (GMT +4)

Bakı, 7 aprel, SalamNews, B.Samid. Taliban hökuməti Məşhəddə İmam Rzanın hərəmində bir əfqanıstanlının iranlı din xadimlərinə hücum etməsini pisləyib.

SalamNews xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zəbihulla Mücahid rəsmi tvitter hesabında yazıb.

O deyib:

“İslam Əmirliyi İranda din xadimlərinə və ibadət məkanlarına hücumu məhkum edir.”

Sözügedən hücumu pisləyən Z. Mücahid əlavə edib ki, bu hücumun əfqanlara və Əfqanıstana aidiyyatı yoxdur.

Xatırladaq ki, iki gün öncə İmam Rzanın hərəmində soyuq silahla din xadimlərinə qarşı terrora əl atan şəxsin Əfqanıstan vətəndaşı və özbək əsilli olduğu bəlli olub. Dindirmələrdən sonra, onun radikal sələfi düşüncəli və təkfirçi olduğu müəyyən edilib.

Qeyd edək ki, iki gün öncə hücuma məruz qalan məşhədli din xadimlərindən biri höccətül-islam Aslani artıq şəhid olub. Məlumata görə, o və hücuma məruz qalan digər iki din xadimi Xorasan-Rəzəvi əyalətində yardım təşkilatları ilə işləyirmişlər.

Əlavə edək ki, bu hadisədən öncə İranın Qonbəd-Kavus bölgəsində iki əhlü-sünnə din xadiminə də hücum edilmiş və onlar yaralanmışdı. İranlı ekspertlər bu hücumların planlaşdırıldığını bildirirlər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib

Goranboyda 17 min dollar və 7 min manatlıq qızıl oğurlayaraq evi yandıran şəxs tutulub

Qobustanda İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub

İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşı “persona-non-qrata” elan olunub

Azərbaycandan qanunsuz şəkildə İrana keçmək istəyən şəxslər saxlanılıb

İrandan Azərbaycana 13 kq narkotik keçirilməsinin qarşısı alınıb

Bakıda avtosalonun qarşısından maşın qaçıran şəxs tutulub

DSX: Azərbaycan-İran sərhədi pozulub, 2 nəfər saxlanılıb

DSX və DİN İranla sərhəddə əməliyyat keçirib, saxlanılanlar var

İranın hərbi təyyarəsi Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş edib (BİRGƏ BƏYANAT)

İrandan Azərbaycana 61 kq-dan artıq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Rusiyada terror aktı planlaşdıran 2 nəfər öldürülüb

İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif edilib

Makron Netanyahu ilə görüşdə İranın nüvə proqramının sürətlə irəlilədiyini bildirib

Taliban hökuməti Pakistanın ittihamlarına münasibət bildirib

Netanyahu İranda hərbi obyektə PUA-larla hücuma münasibət bildirib

XİN: İran Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı sənədlərin qəbuluna mane olub

ABŞ: İranla bağlı hərbi seçim masa üzərindədir

İranın Xoy rayonunda baş verən zəlzələdə 3,050 evə ziyan dəyib


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66