Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Təbrizdə İmam Rzanın (ə) öz əli ilə yazdığı Quran sərgilənir (FOTO)

01 Aprel 2022, 14:12 (GMT +4)

Bakı, 1 aprel, SalamNews, B.Samid. Təbriz şəhərində çoxlu sayda tarixi abidələr var ki, muzeylər onların arasında xüsusi əhəmiyyət kəsb edir. Sonradan muzeyə çevrilmiş qədimi Sahibul-Əmr məscidinin içində saxlanılan qədimi Quran nüsxələri, xüsusilə də İmam Rzanın (ə) yazdığı əlyazma göz oxşayır.

SalamNews xəbər verir ki, Təbrizdə qədimi Quran nüsxələrinin saxlanıldığı muzeylərdən biri də Sahibul-Əmr məscididir. Bu məscid I Şah Təhmasibin tikdirdiyi məsciddir ki, sonradan Osmanlı-Səvəfi müharibəsi dönəmində (hicri təqvimi ilə 1045-də) ciddi dağıntılara məruz qalmışdı.

Məscid sonra təmir və bərpa edilib və artıq illərdir ki, qədimi Quran nüsxələrini özündə ehtiva edir.

Bu qiymətli əsərlərdən biri də İmam Rzanın (ə) öz mübarək əli ilə yazdığı Qurani-Kərimin bir neçə ayəsini ehtiva edən əlyazmadır. Ceyran dərisi üzərində Kufi xətti ilə yazılan bir səhifədə Nur surəsinin 62-ci ayəsinin yarısı, 63 və 64-cü ayələrin isə hamısı yer alıb.

Mütəxəssislər bu nüsxənin İmam Rzaya aid olmasında heç bir şübhənin olmadığını bildirirlər. İmamın yazdığı bu Quranın bəzi səhifələri isə Məşhəddə "Astane Qüdsi-Rəzəvi" muzeyində saxlanılır.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İran Parlamentinin Təbriz üzrə deputatı: Səfirliyə hücum edən cinayətkar dərhal mühakimə edilməlidir

Məşhəd və Təbrizdə təhlükəsizlik işçilərini qətlə yetirənlər tutulub

Təbriz və Ərdəbildə terror və iğtişaşları pisləyən geniş aksiyalar keçirilib (FOTO)

İran prezidenti Təbriz yaxınlığında baş verən zəlzələnin xəsarətlərinin aradan qaldırılması üçün göstəriş verib

Təbriz yaxınlığında baş verən zəlzələ nəticəsində yüzlərlə insan xəsarət alıb

Təbriz yaxınlığında 5.4 bal gücündə zəlzələ olub

Məşhəd İmam Rzanın (ə) şəhadəti günündə (FOTO)

Peyğəmbərin (s) vəfatı günündə 4.2 milyon zəvvar Məşhədə İmam Rzanın (ə) ziyarətinə gedib

Təbrizlilər iğtişaşlarda öldürülən təhlükəsizlik işçisini dəfn ediblər (FOTO)

İran Kəşfiyyatı Təbrizdə partlayıcı qurğuların aşkarlandığı və zərərsizləşdirildiyini bildirib

Təbriz, Ərdəbil və Urmiyada iğtişaşları pisləyən geniş aksiyalar keçirilib (FOTO)

Ermənistan Təbrizdə konsulluq açmağa hazır olduğunu bildirib

Pakistanın xarici işlər naziri Məşhəddə İmam Rzanın (ə) məqbərəsini ziyarət edib (FOTO)

İranın prezidenti Təbrizə gedib

Məşhəddə İmam Rzanın (ə) ziyarətgahı kompleksində yanğının qarşısı alınıb

Məşhəddə İmam Rzanın (ə) ziyarətgahı kompleksində yanğın olub

İmam Rzanın hərəmində törədilən terror hücumunda yaralanan din xadimlərindən daha biri dünyasını dəyişib

Taliban Məşhəddə İmam Rzanın hərəmində din xadimlərinə hücumu pisləyib

Məşhəddə İmam Rzanın (ə) hərəmində din xadimlərinə qarşı terrorun yeni təfərrüatları açıqlanıb

Məşhəddə İmam Rzanın (ə) ziyarətgahında din xadimlərinə hücum edilib


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66