OPEK-in baş katibi Kərbəlada İmam Hüseynin (ə) məzarını ziyarət edib (FOTO)08 Yanvar 2022, 10:37 (GMT +4) Bakı, 8 yanvar, SalamNews, B.Samid. OPEK-in baş katibi nigeriyalı Məhəmməd Sanusi Barkindo Kərbəlada İmam Hüseynin məzarını ziyarət edib.
SalamNews bu barədə Sumariya Agentliyinə istinadla xəbər verib.
Bildirilib ki, Məhəmməd Sanusi Barkindo İraqa səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyətilə birgə Kərbəlada İmam Hüseynin məzarını ziyarət edib.
Qeyd edək ki, o, İraqa səfərində bu ölkənin enerji və neft sahələri üzrə rəsmilərilə görüşərək danışıqlar aparıb.
Bildirək ki, artıq OPEK-ə yeni baş katib küveytli neft eksperti Haytam al-Qais seçilib.
|