Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)

04 Dekabr 2021, 15:30 (GMT +4)

Bakı, 4 dekabr, SalamNews. 3 dekabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib.

MDU-dan SalamNews-a verilən məlumata görə, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.

Gündəliyə uyğun olaraq, əvvəlcə, iclasda MDU-nun elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubovun təqdimatında “2021-ci ilin elmi tədqiqat işlərinin nəticələri və 2022-ci il üçün aparılacaq elmi-tədqiqat işləri haqqında” hesabat dinlənilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə elmi fəaliyyətin təşviqi, gənc əməkdaşların tədqiqat bacarıqlarının inkişaf etidirlməsi, nüfuzlu beynəlxalq jurnallarda məqalələrin sayının artırılması, “Dayanıqlı inkişaf” elmi jurnalının yaradılması, yerli və xarici tərəfdaş universitetlərlə birgə elmi tədbirlərin təşkili, akademik heyət üzvlərinin respublika və beynəlxalq elmi konfranslarda fəal iştirakının dəstəklənməsi MDU-nun elmi potensialının güclənməsinə, elmi tədqiqat işlərinin keyfiyyətinin yüksəlməsinə, tədqiqat nəticələrinin nəşr olunması və elmi ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfələr verib.

Müzakirələrdən sonra, rektor tədqiqat mövzularının seçilməsi və elmi tədqiqatların nəticəyönümlüyünün artırılması məsələlərinə toxunub və bununla bağlı müvafiq tapşırıqlar verib. Hesabat Elmi Şura tərəfindən qəbul edilib.

Sonra, universitetin Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov tərəfindən “MDU-da tədrisin keyfiyyətinin mövcud vəziyyəti haqqında” hesabat təqdim edilib.

Hesabatda yeni tədris standartlarına uyğun olaraq tədris-metodiki bazanın təkmilləşdirilməsi, yeni dərslik və dərs vəsaitlərinin çap olunması, elektron tədris resurslarının genişləndirilməsi, müasir təlim texnologiyaları ilə bağlı akademik heyət üzvlərinin bilik və bacarıqlarının artırılması, beynəlxalq və yerli layihələr çərçivəsində tədrisin məzmununun yenilənməsi ilə bağlı görülən işlər barədə məlumat verilib.

Müzakirələrdən sonra, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yerli və xarici universitetlərlə əməkdaşlığın, beynəlxalq layihələrdə iştirakın yaratdığı imkanlardan səmərəli şəkildə faydalanmağı tövsiyə edən rektor bununla bağlı qarşıda duran vəzifələrin icrasına dair aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Hesabat Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

Cari məsələlərin müzakirəsi ilə davam edən iclasda MDU-nun Karyera və İnkişaf Mərkəzinin Əsasnaməsi təsdiq olunub.

Sonda, universitetin Tələbə Gənclər Təşkilatının yeni seçilmiş sədri Pənah Kərimov Şura üzvlərinə təqdim edilib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Sentyabr 2022, 01:01 (GMT +4)
Bu gün Məhəmməd peyğəmbərin (s) vəfatı, İmam Həsənin (ə) şəhid edildiyi gündür

24 Sentyabr 2022, 17:00 (GMT +4)
Xızıda yanğının baş vermə səbəbləri müəyyən edilib

24 Sentyabr 2022, 16:55 (GMT +4)
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və UNEC sosial sahədə birgə əməkdaşlığa başlayır

24 Sentyabr 2022, 16:50 (GMT +4)
Prezident "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb

24 Sentyabr 2022, 16:40 (GMT +4)
Son sutkada Azərbaycanda 149 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

24 Sentyabr 2022, 16:34 (GMT +4)
Səudiyyə Ərəbistanın xarici işlər naziri iranlı həmkarı ilə görüşməyə münasibət bildirib

24 Sentyabr 2022, 16:30 (GMT +4)
Əflatun Amaşov Prezidentin fəxri diplomu ilə təltif edilib

24 Sentyabr 2022, 16:25 (GMT +4)
Nazir: Zəngəzur dəhlizi ilə formalaşan nəqliyyat qovşağı Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcək

24 Sentyabr 2022, 16:22 (GMT +4)
Rəşad Məcid Mətbuat Şurası İdarə Heyətinin sədri seçilib

24 Sentyabr 2022, 16:20 (GMT +4)
Trampın keçmiş müşaviri: Amerikalı ailə Baydenin iqtisadiyyatına görə ayda 460 dollar itirir

24 Sentyabr 2022, 16:12 (GMT +4)
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

24 Sentyabr 2022, 16:00 (GMT +4)
Şarl Mişel Rusiyada səfərbərlikdən yayınanlara viza verilməsinin tərəfdarı olduğunu bildirib

24 Sentyabr 2022, 15:58 (GMT +4)
Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun 46-cı illik nazirlər iclasında iştirak edib

24 Sentyabr 2022, 15:45 (GMT +4)
Türkiyə Amerikanın F-16-ları əvəzinə Rusiyadan Su-35 ala bilər

24 Sentyabr 2022, 15:40 (GMT +4)
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

24 Sentyabr 2022, 15:32 (GMT +4)
İran Ukraynadakı səfirinin akkreditasiyasının ləğv edilməsinə münasibət bildirib

24 Sentyabr 2022, 15:06 (GMT +4)
Azad olunmuş ərazilərdə tikililərin kateqoriyalar üzrə bölgüsü təsdiq edilib

24 Sentyabr 2022, 14:56 (GMT +4)
Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək (QƏRAR)

24 Sentyabr 2022, 14:46 (GMT +4)
Şəhidlərimiz Qədim Xəlilov və Cavidan Bədəlovun ailələri ziyarət olunub

24 Sentyabr 2022, 14:34 (GMT +4)
Təbrizlilər iğtişaşlarda öldürülən təhlükəsizlik işçisini dəfn ediblər (FOTO)

24 Sentyabr 2022, 14:23 (GMT +4)
Aydınlık: Türkiyə sanksiyalar halında Rusiya ilə barter ticarətini nəzərdən keçirir

24 Sentyabr 2022, 14:18 (GMT +4)
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb

24 Sentyabr 2022, 14:08 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

24 Sentyabr 2022, 13:56 (GMT +4)
Ölkəyə 3 mindən çox balıq torunun qanunsuz gətirilməsinin qarşısı alınıb

24 Sentyabr 2022, 13:46 (GMT +4)
Siyarto: Ukrayna böhranı Rusiya ilə ABŞ arasında razılaşma olmadan həll edilə bilməz

24 Sentyabr 2022, 13:33 (GMT +4)
Tehranın meri: Paytaxtdakı iğtişaşlarda 43 avtobus və 54 dayanacaq ciddi ziyan görüb

24 Sentyabr 2022, 13:10 (GMT +4)
‌Növbəti həftə daha 4 rayonda “Azəriqaz"ın “Açıq mikrofon” aksiyaları keçiriləcək

24 Sentyabr 2022, 12:58 (GMT +4)
Kadırov: Hətta Rusiya qurumlarının işçilərinin 50%-i belə “istənilən Qərb ordusunu darmadağın edə bilər”

24 Sentyabr 2022, 12:49 (GMT +4)
Suriya sahilində qayığın batması nəticəsində ölən miqrantların sayı 86-a çatıb

24 Sentyabr 2022, 12:44 (GMT +4)
Valideyn himayəsindən məhrum olmuş 29 ukraynalı uşaq Azərbaycana gətirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66