Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb ölkələrinin KİV-lərində gündəm olub

04 Dekabr 2021, 10:14 (GMT +4)

Bakı, 4 dekabr, SalamNews. Şərqşünas Həşim Məmmədov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqaləsi ərəb ölkələrinin KİV-lərində gündəm olub.

SalamNews xəbər verir ki, Həşim Məmmədovun “Mehriban Əliyeva: Avrasiyanın nadir şəxsiyyəti” adlı məqaləsi Misir (elalmelarby.com, alqraralaraby.com, aldiplomasy.com, almsaey.akhbarelyom.com), İordaniya (alanbatnews.net, nayrouz.com, shaabnews.co), Mərakeş (alqalamlhor.com) və Əlcəzair (dzayerinfo.com) saytlarında dərc olunub. 

Müəllif yazıda qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva azərbaycanlılar üçün fenomenal şəxsiyyətdir: “İstər Birinci vitse-prezident kimi fəaliyyətində, istər həyata keçirdiyi sosial layihələrdə, istər təşkilatçılıqda Mehriban Əliyeva həmişə uğurlu olur. Onun bu uğurunun sirri isə bütün fəaliyyətində insan faktorunun ön planda olmasıdır. 

Mehriban Əliyeva uğurlu diplomatdır, vətəndaşların daim yanında olan şəxsdir, mədəniyyətin qoruyucusu, təbliğatçısıdır, Vətəninin dünyada tanıdılması üçün nəhəng layihələrin təşəbbüskarı və müəllifidir. Mehriban Əliyevanı fenomenal edən xüsusiyyətləri saysız-hesabsızdır.

Lakin onun fəaliyyəti təkcə Azərbaycanın sərhədləri ilə məhdudlaşmır, əksinə, bir çox hallarda Azərbaycanı məhz Mehriban Əliyevanın gördüyü işlərlə dünyada tanıyırlar”. 

Məqalədə bildirilir ki, Mehriban Əliyeva fəaliyyəti boyunca həmişə öz sadəliyi, eləcə də dəqiq və səlisliyi ilə seçilib: “İnam həyatın bütün sahələrində əsas amildir, siyasətdə isə onsuz nəyəsə nail olmaq çətindir. Lakin hər bir siyasətçi bunu qazanmalı, öz əməli ilə əldə etməlidir. Mehriban Əliyeva bu inamı Azərbaycan naminə, Azərbaycan insanının yaxşı yaşaması və xoşbəxt gələcəyə sahib olması naminə Prezident İlham Əliyevlə çiyin-çiyinə addımlayarkən qazanıb.

Mehriban Əliyevanın fəaliyyətinə, gördüyü işlərin kiçik bir qisminə nəzərə saldıqda hər şey əyani şəkildə ortaya çıxır”.

Yazıda Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan tarixinin, mədəniyyətinin qorunmasını, xaricdə təbliğ edilməsi, həmçinin, ölkənin müxtəlif sferalarında həyata keçirdiyi layihələr haqqında məlumat verilib.  



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Sentyabr 2022, 01:01 (GMT +4)
Bu gün Məhəmməd peyğəmbərin (s) vəfatı, İmam Həsənin (ə) şəhid edildiyi gündür

24 Sentyabr 2022, 17:00 (GMT +4)
Xızıda yanğının baş vermə səbəbləri müəyyən edilib

24 Sentyabr 2022, 16:55 (GMT +4)
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və UNEC sosial sahədə birgə əməkdaşlığa başlayır

24 Sentyabr 2022, 16:50 (GMT +4)
Prezident "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb

24 Sentyabr 2022, 16:40 (GMT +4)
Son sutkada Azərbaycanda 149 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

24 Sentyabr 2022, 16:34 (GMT +4)
Səudiyyə Ərəbistanın xarici işlər naziri iranlı həmkarı ilə görüşməyə münasibət bildirib

24 Sentyabr 2022, 16:30 (GMT +4)
Əflatun Amaşov Prezidentin fəxri diplomu ilə təltif edilib

24 Sentyabr 2022, 16:25 (GMT +4)
Nazir: Zəngəzur dəhlizi ilə formalaşan nəqliyyat qovşağı Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcək

24 Sentyabr 2022, 16:22 (GMT +4)
Rəşad Məcid Mətbuat Şurası İdarə Heyətinin sədri seçilib

24 Sentyabr 2022, 16:20 (GMT +4)
Trampın keçmiş müşaviri: Amerikalı ailə Baydenin iqtisadiyyatına görə ayda 460 dollar itirir

24 Sentyabr 2022, 16:12 (GMT +4)
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

24 Sentyabr 2022, 16:00 (GMT +4)
Şarl Mişel Rusiyada səfərbərlikdən yayınanlara viza verilməsinin tərəfdarı olduğunu bildirib

24 Sentyabr 2022, 15:58 (GMT +4)
Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun 46-cı illik nazirlər iclasında iştirak edib

24 Sentyabr 2022, 15:45 (GMT +4)
Türkiyə Amerikanın F-16-ları əvəzinə Rusiyadan Su-35 ala bilər

24 Sentyabr 2022, 15:40 (GMT +4)
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

24 Sentyabr 2022, 15:32 (GMT +4)
İran Ukraynadakı səfirinin akkreditasiyasının ləğv edilməsinə münasibət bildirib

24 Sentyabr 2022, 15:06 (GMT +4)
Azad olunmuş ərazilərdə tikililərin kateqoriyalar üzrə bölgüsü təsdiq edilib

24 Sentyabr 2022, 14:56 (GMT +4)
Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək (QƏRAR)

24 Sentyabr 2022, 14:46 (GMT +4)
Şəhidlərimiz Qədim Xəlilov və Cavidan Bədəlovun ailələri ziyarət olunub

24 Sentyabr 2022, 14:34 (GMT +4)
Təbrizlilər iğtişaşlarda öldürülən təhlükəsizlik işçisini dəfn ediblər (FOTO)

24 Sentyabr 2022, 14:23 (GMT +4)
Aydınlık: Türkiyə sanksiyalar halında Rusiya ilə barter ticarətini nəzərdən keçirir

24 Sentyabr 2022, 14:18 (GMT +4)
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb

24 Sentyabr 2022, 14:08 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

24 Sentyabr 2022, 13:56 (GMT +4)
Ölkəyə 3 mindən çox balıq torunun qanunsuz gətirilməsinin qarşısı alınıb

24 Sentyabr 2022, 13:46 (GMT +4)
Siyarto: Ukrayna böhranı Rusiya ilə ABŞ arasında razılaşma olmadan həll edilə bilməz

24 Sentyabr 2022, 13:33 (GMT +4)
Tehranın meri: Paytaxtdakı iğtişaşlarda 43 avtobus və 54 dayanacaq ciddi ziyan görüb

24 Sentyabr 2022, 13:10 (GMT +4)
‌Növbəti həftə daha 4 rayonda “Azəriqaz"ın “Açıq mikrofon” aksiyaları keçiriləcək

24 Sentyabr 2022, 12:58 (GMT +4)
Kadırov: Hətta Rusiya qurumlarının işçilərinin 50%-i belə “istənilən Qərb ordusunu darmadağın edə bilər”

24 Sentyabr 2022, 12:49 (GMT +4)
Suriya sahilində qayığın batması nəticəsində ölən miqrantların sayı 86-a çatıb

24 Sentyabr 2022, 12:44 (GMT +4)
Valideyn himayəsindən məhrum olmuş 29 ukraynalı uşaq Azərbaycana gətirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66