Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Yasamalda avtomobildən 10 min manatdan artıq pul oğurlanıb (VİDEO)

03 Dekabr 2021, 15:43 (GMT +4)

Bakı, 3 dekabr, SalamNews. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə bir nəfər vətəndaş müraciət edərək bildirib ki, İ.Qutqaşınlı küçəsində idarə etdiyi avtomobilin qapısnın açıq olmasından istifadə edən naməlum şəxs oradan oğurluq edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, zərərçəkən maşından içərisində 10530 manat olan çantanın və 200 manat dəyərində mobil telefonun oğurlandığını bildirib. 26-cı Polis Bölməsinə məlumat daxil olan kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Məmmədəli Abbasov saxlanılıb. O, ifadəsində qeyd edilən avtomobildən oğurluq etdiyini etiraf edib. Onun avtomobildən oğurladığı pulun bir qismi yaşadığı ünvandan aşkar edilərək götürülüb. Məmmədəli Abbasovun avtomobildən oğurluq etməsi və hadisə yerindən yayınması ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün istintaqa göndərilib. Məmmədəli Abbasovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə, eləcə də Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Daxili İşlər Nazirliyi bir daha nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar cinayətə meyilli şəxslər tərəfindən oğurlana bilər. Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər. Nəqliyyat vasitələrini nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Avqust 2022, 16:35 (GMT +4)
Azərbaycanda son sutkada 121 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

08 Avqust 2022, 16:25 (GMT +4)
Medvedyev: Rusiya öz şərtləri ilə Ukrayna ilə sülh əldə etməyə çalışacaq

08 Avqust 2022, 16:15 (GMT +4)
“Qarabağ”la matçda final fitinədək gücdən düşmək istəmirik - “Ferentsvaroş”un baş məşqçisi 

08 Avqust 2022, 16:10 (GMT +4)
RİA Novosti: ABŞ rəhbərliyi Zelenskini əvəz edəcək adam axtarır

08 Avqust 2022, 16:10 (GMT +4)
Şəhid, şəhid ailələri və müharibə veteranlarının elektron reyestri yaradılacaq

08 Avqust 2022, 16:00 (GMT +4)
Bakıda qanunsuz ağac kəsiminə görə cinayət işi başlanılıb

08 Avqust 2022, 15:53 (GMT +4)
Foreign Policy: Qərb Ukraynaya təxminən 11 milyard dollar maliyyə yardımı edib

08 Avqust 2022, 15:50 (GMT +4)
Bakı küçələrində Aşura ehsanı (FOTO)

08 Avqust 2022, 15:40 (GMT +4)
Bakıda Türk Dövlətləri Təşkilatının prokurorları görüşüb

08 Avqust 2022, 15:30 (GMT +4)
Tbilisidə Aşura mərasimi keçirilib (FOTO)

08 Avqust 2022, 15:23 (GMT +4)
Prezident XI Dünya Oyunlarında qalib gələn idmançıları mükafatlandırıb

08 Avqust 2022, 15:13 (GMT +4)
ANAMA: Azad edilən ərazilərdə daha 236 mina aşkarlanıb

08 Avqust 2022, 15:10 (GMT +4)
"Barselona" "Xoan Qamper" kubokunu qazanıb - (VİDEO)

08 Avqust 2022, 15:03 (GMT +4)
Çavuşoğlu: Biz Ermənistana növbəti təxribatlara qarşı bir daha xəbərdar edirik

08 Avqust 2022, 15:00 (GMT +4)
Məcburi köçkün qadınların məşğulluğuna dəstək verilir

08 Avqust 2022, 14:54 (GMT +4)
Kyodo: Yaponiya Xarici İşlər Naziri hökumət dəyişikliyindən sonra fəaliyyətini davam etdirəcək

08 Avqust 2022, 14:48 (GMT +4)
Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır

08 Avqust 2022, 14:38 (GMT +4)
Polis Zaqatalada əməliyyat keçirib, saxlanılan var

08 Avqust 2022, 14:29 (GMT +4)
Ukrayna futbol tarixinin rəmzi komandası məlum olub - (FOTO)

08 Avqust 2022, 14:28 (GMT +4)
İstanbulda izdihamlı Aşura mərasimi keçirilib (VİDEO)

08 Avqust 2022, 14:15 (GMT +4)
DYP: Yükdaşıma qaydalarını pozan sürücülər saxlanılıb

08 Avqust 2022, 14:05 (GMT +4)
Nəcəfdə partlayış baş verib, yeddi nəfər həyatını itirib

08 Avqust 2022, 14:04 (GMT +4)
Ukraynadan qarğıdalı yükü daşıyan “Polarnet” gəmisi Türkiyənin Derince limanına çatıb

08 Avqust 2022, 14:02 (GMT +4)
Azərbaycanın futbol millisi İslamiadada mübarizəyə başlayır

08 Avqust 2022, 14:00 (GMT +4)
Prezident Qaradağda yolların yenidən qurulmasına 5,3 milyon manat ayırıb

08 Avqust 2022, 13:45 (GMT +4)
Ötən yarım ildə 4873 şəxs barəsində amnistiya tətbiq edilib

08 Avqust 2022, 13:35 (GMT +4)
“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim edib

08 Avqust 2022, 13:30 (GMT +4)
Şahmat Olimpiadası: Azərbaycan milliləri Ermənistanla qarşılaşır

08 Avqust 2022, 13:25 (GMT +4)
Zaur Mirzəzadənin vəkili: Ali Məhkəmədən ədalətli qərar gözləyirik

08 Avqust 2022, 13:22 (GMT +4)
Almaniyanın müxtəlif şəhərlərində Aşura mərasimləri keçirilib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66