Rusiya və ABŞ xarici işlər nazirləri görüşüblər (VİDEO)
02 Dekabr 2021, 15:28 (GMT +4)
Bakı, 2 dekabr, SalamNews, B.Samid. Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Antonio Blinkenlə görüşüb.
SalamNews Sputnik-ə istinadla xəbər verir ki, görüş bu gün İsveçin paytaxtı Stokholmda baş tutub.
Tərəflər görüşdən sonra mətbuat konfransı keçiriblər.
ABŞ dövlət katibi Rusiyanın Ukraynaya müdaxilə etməklə bağlı təkcə Vaşinqtonun deyil Avropa və digər dünya dövlətlərinin də narahatlıq keçirdiklərini bildirib.
A.Blinken hər hansı bir gərginliyin olmaması üçün diplomatik yollarla təmasların və danışıqların olmasını zəruri hesab edib.
Eyni zamanda Sergey Lavrov ABŞ tərəfindən istəyib ki, Vladimir Putin və Co Baydenin yaydakı görüşündə əldə edilmiş razılıqlar həyata keçirilsin.
Sergey Lavrov həmçinin Rusiyada ABŞ diplomatlarına qarşı atılan addımın ABŞ-da Rusiya dipolmatlarına qarşı atılan addıma münasibə cavab kimi qiymətləndirib.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.