Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ceyhun Bayramov: Ermənistanın üçtərəfli bəyanatlara tam əməl etməsini gözləyirik

27 Noyabr 2021, 15:50 (GMT +4)

Bakı, 27 noyabr, SalamNews. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında iştirak edib.

Bu barədə SalamNews-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Türkmənistanın təşkilatda sədrliyi çərçivəsində Aşqabad şəhərində keçirilən iclasda çıxış edən nazir Ceyhun Bayramov, Azərbaycan-İƏT əlaqələri, İƏT məkanında prioritet istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi və dərinləşdirilməsi, habelə bölgəmizdə mövcud olan cari vəziyyət, münaqişə sonrası mərhələdə Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurmla işləri, İƏT üzvü olan Əfqanıstanla bağlı vəziyyət, eyni zamanda Azərbaycanın Qoşulmama Hərəkatının (QH) sədri qismində qlobal çağırışlara qarşı mübarizə çərçivəsində irəli sürdüyü təşəbbüslər və bu xüsusda görülən işlər barədə danışıb.

Nazir çıxışında aşağıdakı məqamları qeyd edib:

Azərbaycan İƏT ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Gələn il Azərbaycanın təşkilata üzv olmasının 30 illiyi tamam olacaq. Bu müddət ərzində ölkəmiz regionda iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərdə konstruktiv şəkildə iştirak edib.

İƏT çərçivəsində islahatlar uğurla həyata keçirilib, lakin bu, davamlı bir proses olmalıdır. "İƏT Baxışı 2025" sənədinin həyata keçirilməsində əldə etdiyimiz irəliləyişin qiymətləndirilməsi önəmlidir və bu bizə gözlənilən nəticələrin əldə olunmasını təmin etmək üçün müvfaiq fəaliyyəti təmin etməyimizə imkan verəcəkdir. Azərbaycan, Türkmənistanın sədrliyi çərçivəsində iqtisadiyyat, nəqliyyat, energetika və səhiyyə sahələrində də daxil olmaqla, bir sıra nazirlərin görüşlərinin, eləcə də sektorlar üzrə regional əməkdaşlığı gücləndirəcək digər yüksək səviyyəli tədbirlərin keçirilməsini alqışlayır, habelə İƏT Katibliyi tərəfindən aparılan hazırlıq və yardım işlərini yüksək qiymətləndirir.

Ticarət, nəqliyyat, enerji sahələrində əməkdaşlıq İƏT-in prioritet sahələridir. Dayanıqlı enerji və regional elektrik enerjisi ticarətini regional enerji gündəliyimizə daxil etmək vacibdir. Azərbaycan, İƏT üzv dövlətlərinin “Təmiz Enerji Mərkəzi”nə ev sahibliyi etmək təklifinə dəstəyini yüksək qiymətləndirir. İƏT regionunda nəqliyyat və bağlılıq layihələrinin inkişafı yüksək önəm kəsb edir. Məlum olduğu kimi, Azərbaycan nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinə böyük sərmayə qoyub və Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələrini təşviq edib.

44 günlük Vətən müharibəsi bölgədə vəziyyəti dəyişib, yeni reallıqlar formalaşdırıb. Azərbaycan, BMT TŞ-nin müvafiq qətnamələri əsasında ərazi bütövlüyünü təmin edib, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarında yaşamaq hüququ bərpa edilib. Davamlı sülhə, inkişafa və tərəqqiyə nail olmaq Azərbaycanın gələcəyə baxışının əsasını təşkil edir. Bu mərhələdə üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi çox vacibdir. Azərbaycanın bu istiqamətdə atdığı addımların qarşılığını Ermənistandan gözləyirik.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq, o cümlədən 26 noyabr tarixində üç liderin imzaladığı Bəyanatda da qeyd edildiyi kimi, kommunikasiyaların yenidən canlandırılması, bölgədə dəmir yolu və avtomobil yollarının açılması regionumuzda davamlı sülh və sabitliyə yol açacaq, Ermənistan və Azərbaycan vasitəsilə ticarət və nəqliyyatı, həm bu ölkələrin, həm də tərəfdaşlarımızın xeyrinə əhəmiyyətli dərəcədə artıracaq. Bu mənada ön plana çıxan təşəbbüs Zəngəzur dəhlizidir. O, Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizində daha yaxşı əlaqəni artırmaq üçün potensiala malikdir.

Azərbaycan hökuməti azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlamışdır. İşğaldan azad edilmiş şəhər və qəsəbələrin köçürülməsinin baş planları hazırlanır. Nəhəng nəqliyyat və enerji infrastrukturu layihələri, xüsusilə bir neçə magistral və elektrik şəbəkələrinin, eləcə də üç hava limanının tikintisi həyata keçirilir. 8 ay ərzində biz Füzuli Beynəlxalq Hava Limanını istifadəyə vermişik, digər iki hava limanının tikintisi isə davam edir.

Əfqanıstanda davamlı sülh aktual məqsəd olaraq qalır. Region ölkəsi kimi və bizim Əfqanıstan xalqı ilə mövcud olan sıx tarixi və dini bağlarımıza görə Azərbaycan Əfqanıstandakı vəziyyəti böyük narahatlıqla izləyir. Əfqanıstanda təhlükəsizlik və sabitlik regiondakı ümumi təhlükəsizlik mühiti ilə sıx bağlıdır. Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təmin edilməli, onun etnik cəhətdən müxtəlif əhalisinin sülh şəraitində birgə yaşayışını təmin edən siyasi transformasiya üçün lazımi şərait yaradılmalıdır.

Azərbaycan qlobal COVID-19 cavab səylərində fəal iştirakını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatı adından irəli sürdüyü və geniş beynəlxalq səviyyədə tanınma və dəstək qazanmış qlobal təşəbbüsləri, o cümlədən COVID-19-a cavab olaraq QH Əlaqə Qrupunun zirvə toplantısının təşkili, QH üzv dövlətlərin pandemiya ilə mübarizədə əsas humanitar və tibbi ehtiyaclarına dair vahid məlumat bazasının yaradılması, BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının çağırılması, BMT İnsan Hüquqları Şurasının COVID-19 peyvəndlərinə ədalətli, əlverişli, vaxtında və universal şəkildə çıxışı haqqında qətnaməsinin və BMT Baş Assambleyasının Üçüncü Komitəsində COVID-19 peyvəndlərinin ədalətsiz paylanması ilə bağlı qətnamənin qəbul edildiyini vurğulamaq istərdik. Pandemiyadan sonrakı qlobal bərpa ilə bağlı Azərbaycanın gələcək təşəbbüslərinə beynəlxalq ictimaiyyətin razılaşdırılmış dəstəyinə inanırıq.

Türkmənistan sədrliyinə ümumi işimizə verdiyi töhfəyə görə təşəkkür edir, növbəti sədr Özbəkistana bu yolda uğurlar arzulayırıq.

Qeyd edək ki, İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanın İƏT üzv dövlətlərinin Təmiz Enerji Mərkəzinə ev sahibliyi etmək təklifi dəstəklənib və bu Mərkəzin yaradılmasına dair qərar qəbul edilib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

14 Avqust 2022, 02:00 (GMT +4)
Güləşçilərimiz İslamiadanı 23 medalla başa vurub

14 Avqust 2022, 00:40 (GMT +4)
Türkiyə çempionatı: "Qalatasaray" minimal hesabla uduzub

14 Avqust 2022, 00:21 (GMT +4)
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdə darmadağın olub

13 Avqust 2022, 23:03 (GMT +4)
İslamiada: Kişi voleybolçulardan ibarət millimiz Mərakeşə qalib gəlib

13 Avqust 2022, 22:30 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Sumqayıt"ı, "Turan Tovuz" "Səbail"i məğlub edib

13 Avqust 2022, 21:49 (GMT +4)
Bədii gimnastika komandamız İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb

13 Avqust 2022, 21:25 (GMT +4)
Daha bir güləşçimiz İslamiadanın qalibi olub

13 Avqust 2022, 17:00 (GMT +4)
Fövqəladə hallarda davranış qaydaları barədə maarifləndirmə tədbirləri keçirilib

13 Avqust 2022, 16:50 (GMT +4)
Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib

13 Avqust 2022, 16:42 (GMT +4)
Ravin Alməmmədov yeni rekordla Avropa çempionu olub

13 Avqust 2022, 16:37 (GMT +4)
İran Aralıq dənizində oğurlanmış neftini geri alıb

13 Avqust 2022, 16:34 (GMT +4)
İslamiada: Həndbol millimiz finala çıxıb

13 Avqust 2022, 16:32 (GMT +4)
Polis küçə ticarəti, avara və dilənçiliklə məşğul olanlarla bağlı nəzarət tədbirləri keçirib

13 Avqust 2022, 16:20 (GMT +4)
Beş boksçumuz Millətlər Kubokunda yarımfinala yüksəlib

13 Avqust 2022, 16:18 (GMT +4)
Nazirlik: Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi mexanizmləri hazırlanıb

13 Avqust 2022, 16:08 (GMT +4)
Rusiya Ukraynada keçirilən əməliyyat təcrübəsini nəzərə alaraq yeni PDM hazırlayır

13 Avqust 2022, 16:07 (GMT +4)
PSJ futbolçusunu 20 milyon avroya satıb

13 Avqust 2022, 15:50 (GMT +4)
Təsərrüfat sahiblərini aldadıb heyvanlarını ələ keçirən şəxs həbs olunub

13 Avqust 2022, 15:38 (GMT +4)
ABŞ-da Baydenin Rusiyanı dövlət çevrilişinə aparmaq istəyini açıqlayıblar

13 Avqust 2022, 15:29 (GMT +4)
Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

13 Avqust 2022, 15:27 (GMT +4)
Kabildə dövlət idarəsi qarşısında partlayış törədilib, yaralananlar var

13 Avqust 2022, 15:20 (GMT +4)
Qəbələdə avtomobillər toqquşub, ölən var

13 Avqust 2022, 15:08 (GMT +4)
MN: Şuşada erməni silahlılarına məxsus kvadrakopter endirilib (VİDEO)

13 Avqust 2022, 14:58 (GMT +4)
Tramp iddia edir ki, onun malikanəsində tapılan sənədlərin məxfiliyi pozulub 

13 Avqust 2022, 14:55 (GMT +4)
Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb

13 Avqust 2022, 14:52 (GMT +4)
TƏBİB Bakıda doğulan beşəmlərin vəziyyəti ilə bağlı məlumat yayıb

13 Avqust 2022, 14:41 (GMT +4)
SANA: ABŞ qüvvələri son gündə neftlə dolu 89 maşını Suriyadan çıxarıb

13 Avqust 2022, 14:34 (GMT +4)
Ağalı sakinlərinin məşğulluğu üçün tədbirlərə başlanılıb, ilk ailə təsərrüfatları yaradılıb

13 Avqust 2022, 14:22 (GMT +4)
Xəzər dənizində bir nəfər batıb

13 Avqust 2022, 14:10 (GMT +4)
Türkiyə MN: Buğda yüklü “Fulmar S” gəmisi Ukraynanın Çernomorsk limanını tərk edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66