Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib27 Noyabr 2021, 11:20 (GMT +4) Bakı, 27 noyabr, SalamNews. ABŞ-ın Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib.
SalamNews-un məlumatına görə, ştatın qubernatoru Keti Hokul bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, fövqəladə vəziyyət koronavirusa yoluxma hallarının sayının artması fonunda tətbiq edilib və 2022-ci ilin 15 yanvar tarixinədək qüvvədə olacaq.
Bildirilir ki, dekbarın 3-də başlayacaq fövqəldə vəziyyət ştata pandemiya ilə mübarizə üçün istənilən kritik materialları tez bir zamanda almağa imkan verəcək.
|