Nazirlik: Bu günə qədər 30 minə yaxın şəxsə əks-göstəriş sertifikatı verilib27 Noyabr 2021, 10:30 (GMT +4) Bakı, 27 noyabr, SalamNews. Səhiyyə Nazirliyi bu günə qədər koronavirus əleyhinə vaksinasiyaya qarşı əks-göstəriş sertifikatı alan şəxslərin sayını açıqlayıb.
Nazirlikdən SalamNews-a verilən məlumata görə, bu günə qədər ümumilikdə 30 minə yaxın şəxsin əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib.
Qeyd olunub ki, həmin vətəndaşlar müvafiq sertifikatla təmin olunub.
|