Tunisdə Daxili İşlər Nazirliyinin binasına hücumun qarşısı alınıb (VİDEO)
27 Noyabr 2021, 09:21 (GMT +4)
Bakı, 27 noyabr, SalamNews, B.Samid. Suriyada radikal terror qruplaşmalarına qoşulmuş və sonra ölkəyə qayıtmış bir gənc Tunisdə Daxili İşlər Nazirliyinin binasına hücum edib.
SalamNews Tunis mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bəyanat verib.
Bildirilib ki, bir silahlı Tunis Daxili İşlər Nazirliyinin binasına girməyə cəhd edib.
Təhlükəsizlik qurumları atəş açaraq onu yaralayıb, tərki-silah edərək zərərsizləşdiriblər.
Məlumat görə hücum edən şəxs bir müddət Suriyada radikal qruplaşmalara qoşulubmuş.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.