Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

26 Noyabr 2021, 17:59 (GMT +4)

Bakı, 26 noyabr, SalamNews. “Nar”ın müştəriyönümlü strategiyası, hər bir abunəçiyə özəl təkliflərin təqdim olunması, əhatə dairəsinin daim genişlənməsi, abunəçilərə göstərilən yüksəkkeyfiyyətli internet xidməti sayəsində son 9 ay ərzində abunəçi bazası çoxalıb.

SalamNews xəbər verir ki,  ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazasında 5% artım qeydə alınıb.

“Nar”ın hər bir abunəçi qrupunun tələblərinə uyğun şəkildə formalaşdırdığı tariflər də istifadəçilər tərəfindən yüksək qiymətləndirilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə “FULL”, “CavanNar” və “Unikal” tarif planlarının istifadəçi sayında ortalama olaraq, 23% artım müşahidə olunub.

“Nar” olaraq əsas hədəflərimizdən biri müştərilər üçün yaratdığımız üstün keyfiyyət dəyərini qoruyub saxlamaqdır. Bu yanaşma özünü həm fərqli müştəri qrupları üçün təqdim etdiyimiz məhsullarda, həm də müxtəlif kanallar üzərindən göstərdiyimiz təkmilləşdirilmiş müştəri təcrübəsində göstərir. Bu kompleks yanaşmanın nəticəsi olaraq, biz abunəçi bazamızda dinamik artım müşahidə edir və artıq 3-cü ildir ki, müştəri loyallığı indeksi üzrə öz liderliyimizi qoruyub saxlaya bilirik”,- deyə “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke bildirib.

Qeyd edək ki, müştəri loyallığı indeksinə mobil internet təcrübəsi, sərfəli tariflər və keyfiyyətli şəbəkə kimi bir çox amillər təsir göstərir. Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, “Nar” abunəçilərinin müsbət mobil internet təcrübəsi üzrə 27% artım qeydə alınıb.

“Nar” hesabat dövründə öz müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalaraq, abunəçilərini daha üstün müşətri xidmətləri ilə təmin etmək üçün mağazalarında yeni konsept təqdim edib. Qeyd edək ki, mobil operator paytaxt və regionlar da daxil olmaqla 20-dən çox yenilənmiş xidmət mərkəzini müştərilərin ixtiyarına verib.

“Nar”, abunəçilərinə Çağrı Mərkəzləri, “Nar+” mobil tətbiqi, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, son 9 ay ərzində mobil operatorun sosial şəbəkələrinə 45 mindən çox müraciət daxil olub və onlar ortalama 6 dəqiqə ərzində cavablandırılıb. Çağrı Mərkəzinə daxil olmuş 1 milyondan çox sorğunun 93%-i isə ilk zəngdən öz həllini tapıb. Bir çox mühüm əməliyyatları saniyələr içində həll etməyə imkan verən “Nar+” tətbiqi abunəçilərin ən çox üz tutduğu xidmət kanalı olub. Belə ki, 3-cü rüb ərzində tətbiqə abunəçilər tərəfindən 8 milyondan çox giriş edilib.

Son 9 ay ərzində “Nar” KSM strategiyası çərçivəsində müxtəlif hədəf qruplarının rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrini də uğurla həyata keçirməyə davam edib. Belə ki, daha çox Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə dəstək istiqamətində yönəlmiş layihələr də daxil olmaqla, mobil operator hesabat dövrü ərzində sosial layihələrə ümumilkdə 750 min AZN-dən çox investisiya ayırıb.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 Avqust 2022, 11:49 (GMT +4)
Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib

10 Avqust 2022, 11:39 (GMT +4)
MN: “Artilleriya atəşinin ustaları” müsabiqəsində silah və hərbi texnikaya baxış keçirilib

10 Avqust 2022, 11:29 (GMT +4)
Ceyhun Bayramovla əlcazairli həmkarının görüşü başlayıb

10 Avqust 2022, 11:19 (GMT +4)
Suriya hökuməti ABŞ və separatçı kürd birləşmələrinin ölkədə mənimsədikləri neftin miqdarını açıqlayıb

10 Avqust 2022, 11:16 (GMT +4)
Bakıda saxta pul hazırlayan dəstə üzvləri saxlanılıb

10 Avqust 2022, 11:06 (GMT +4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

10 Avqust 2022, 10:56 (GMT +4)
Dövlət proqramı ilə xaricdə təhsil alacaq gənclərin ilk siyahısı təsdiqlənib

10 Avqust 2022, 10:46 (GMT +4)
Putin: Həqiqət və işıq həmişə qara qüvvələrə qalib gəlir

10 Avqust 2022, 10:35 (GMT +4)
Yaponiyada yeni hökumətin tərkibi təsdiqlənib

10 Avqust 2022, 10:27 (GMT +4)
İlkin hərbi qeydiyyata alınan vətəndaşlar narkoloji müayinəyə göndəriləcək

10 Avqust 2022, 10:20 (GMT +4)
Aşura mərasimi dünya miqyasında (FOTO)

10 Avqust 2022, 10:17 (GMT +4)
Azərbaycan Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrilib

10 Avqust 2022, 10:07 (GMT +4)
Əməkdar rəssam Arif Məhərrəmov vəfat edib

10 Avqust 2022, 09:57 (GMT +4)
Yaponiya hökuməti tam heyətlə istefa verib

10 Avqust 2022, 09:47 (GMT +4)
Səudiyyə Ərəbistanın xoşməramlı səfiri Misir prezidenti barədə çıxış edərkən vəfat edib (VİDEO)

10 Avqust 2022, 09:45 (GMT +4)
Yevlaxda yataqxanada yanğına görə cinayət işi başlanıb, saxlanılan var

10 Avqust 2022, 09:35 (GMT +4)
Azərbaycan nefti cüzi bahalaşıb

10 Avqust 2022, 09:32 (GMT +4)
ABŞ İranın “Xəyyam” peykinin kosmosa göndərilməsinə münasibət bildirib

10 Avqust 2022, 09:25 (GMT +4)
BNA: 34 müntəzəm marşrut xətti üzrə gecikmələr var

10 Avqust 2022, 09:13 (GMT +4)
Prezident İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak ediblər

10 Avqust 2022, 09:03 (GMT +4)
Məhərrəm ayının 12-ci gününün tarixi hadisələri

10 Avqust 2022, 09:00 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri Konyada görüşüb

10 Avqust 2022, 08:04 (GMT +4)
Bu gün dördüncü İmam Həzrət Zeynülabidin əs-Səccadın (ə) şəhadətidir

10 Avqust 2022, 03:30 (GMT +4)
“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırıb

10 Avqust 2022, 02:45 (GMT +4)
Avropa Liqası: 3-cü mərhələnin cavab oyunları başlayıb

10 Avqust 2022, 02:14 (GMT +4)
Çempionlar Liqası: Pley-offa yüksələn 10 komanda bəlli olub

10 Avqust 2022, 01:54 (GMT +4)
"Qarabağ" hücumda əla oynadı - Stanislav Çerçesov

10 Avqust 2022, 01:28 (GMT +4)
Futbolçularım çox əziyyət çəkdilər - Qurban Qurbanov

10 Avqust 2022, 01:00 (GMT +4)
"Qarabağ"ın pley-off-dakı rəqibi müəyyənləşib

10 Avqust 2022, 00:35 (GMT +4)
"Turan Tovuz" kamerunlu hücumçu ilə müqavilə bağlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66