Azərbaycan nefti kəskin ucuzlaşıb27 Noyabr 2021, 10:00 (GMT +4) Bakı, 27 noyabr, SalamNews. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 8,91 ABŞ dolları, yaxud 10,8 % azalıb.
SalamNews xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,91 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
|