“Regional Təhlükəsizlik Dialoqu”na üzv dövlətlər Əfqanıstanla bağlı toplantı keçirirlər10 Noyabr 2021, 13:33 (GMT +4) Bakı, 10 noyabr, SalamNews, B.Samid. “Regional Təhlükəsizlik Dialoqu”na üzv olan dövlətlər yenidən Hindistan paytaxtında bir araya gəliblər.
SalamNews Anadolu Agentliyinə istinadla xəbər verir ki, “Regional Təhlükəsizlik Dialoqu”na üzv olan dövlətlər üçüncü toplantısını bu gün Hindistan paytaxtında keçirirlər.
Məlumata görə Əfqanıstan məsələsi tərəflərin müzakirə edəcəyi əsas mövzudur.
Əlavə edilir ki, Pakistan və Çin nümayəndələri hələ bu iclasa qatılmayıblar.
Qeyd edək ki, üç ildir ölkələrin Milli Təhlükəsizlik Şuralarının sədrlərinin təmsilçiliyi ilə keçirilən bu iclasa Hindistan, İran, Pakistan, Çin, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Rusiya qatılır.
|