UNICEF Əfqanıstanın ağır humanitar böhranla üzləşdiyini bildirib30 Oktyabr 2021, 12:29 (GMT +4) Bakı, 30 oktyabr, SalamNews, B.Samid. Əfqanıstanın bu gün dünyanın ən ağır böhranlarından birini yaşadığı, ölkənin səhiyyə sistemi və sosial xidmətlərinin dağılmaq astanasında olduğu açıqlanıb.
SalamNews xəbər verir ki, bunu UNİCEF-in ölkədəki nümayəndəsi Salam əl-Cənabi Rusiya mətbuatına deyib.
“Əfqanıstan hazırda dünyanın ən ağır böhranlarından birini yaşayır və onun ehtiyacları hər gün artır. Qida çatışmazlığı və ərzaq təhlükəsizliyi böhranı ilə yanaşı, səhiyyə və sosial xidmətlər də iflasa uğramaq ərəfəsindədir,” - deyə Salam əl-Cənabi bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin əvvəlinə Əfqanıstanda vəziyyət dünyada ən əlverişsiz vəziyyətdən biri olub, ölkə əhalisinin demək olar ki, yarısının, o cümlədən 10 milyon uşağın humanitar yardıma ehtiyacı var.
|