Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Səfər Mehdiyev prioritet hədəfləri açıqlayıb

29 Oktyabr 2021, 14:24 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews. Bu gün Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirini təşkil edib.

SalamNews xəbər verir ki, tədbirin fəxri qonağı Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi” mövzusunda çıxış edib.

AHK Azərbaycanın İcraçı direktoru Tobias Baumann tədbirin açılış nitqini etdikdən sonra görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib.

Sonra tədbirin fəxri qonağı Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri və dəyişkən qlobal iqtisadi mühit fonunda Gömrük Komitəsi tərəfindən şəffaflığın artırılması, kölgə iqtisadiyyatı və qaçaqmalçılıq ilə mübarizə və kadr potensialının gücləndirilməsi ilə bağlı aparılan işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Xüsusilə də dövlət-özəl sektor əməkdaşlığı nəticəsində fiziki yoxlamaların həcminin əhəmiyyətli dərəcədə azaldılması və səmərəliliyin artırılması istiqamətində Gömrük xidməti tərəfindən görülən işlərdən bəhs edib.

Bununla yanaşı, DGK sədri fiskal sahədə son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlardan, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərdən və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən danışıb.

Müasir və sadə prosedurların tətbiqi və qanunvericiliyə uyğunlaşdırılması barədə çıxış edən DGK sədri “Yaşıl dəhliz” sisteminin təkmilləşdirilməsi və gömrük xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb və gömrük rüsumlarının ödənilməsində könüllülük prinsipinin tətbiqinin vacibliyini vurğulayıb. O qeyd edib ki, 750 şirkət artıq “Yaşıl dəhliz” sisteminə qoşulub və onlar ümumi ixracın 30 %-nə yaxınını, idxalın isə 41 %-ni təşkil edirlər.

Beynəlxalq əməkdaşlıqlara və xarici bizneslərin təkliflərinə xüsusi önəm verdiklərini qeyd edən cənab S.Mehdiyev, rəqabətədayanıqlı iqtisadiyyatın təmin edilməsi üçün yeni Gömrük Məcəlləsinin hazırlandığını və dünya ticarətində baş verən yeniliklərin Azərbaycanda gömrük sahəsindəki islahatlarda nəzərə alındığını bildirib. DGK-nin sədri vurğulayıb ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artıracaq.

Çıxışından sonra S. Mehdiyev AHK Azərbaycan üzvlərinin suallarını cavablandırıb və Palataya özəl sektor nümayəndələri ilə yaratdığı birbaşa dialoq imkanı üçün minnətdarlığını ifadə edib. Tədbir işgüzar nahar yeməyi ilə yekunlaşıb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Dekabr 2021, 16:50 (GMT +4)
Buster doza ilə vaksin olunanların sayı 1 milyona çatır

04 Dekabr 2021, 16:41 (GMT +4)
İranın Qərbi-Azərbaycan əyalətində ölkəyə qaçaq yolla gətirilmiş silah yükü aşkarlanıb

04 Dekabr 2021, 16:30 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

04 Dekabr 2021, 16:00 (GMT +4)
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb

04 Dekabr 2021, 15:50 (GMT +4)
Emanuel Makron körfəz ərəb dövlətlərinə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gedib

04 Dekabr 2021, 15:46 (GMT +4)
İngiltərə klubları Avropa Super Liqasına qoşulmaq istəyirlər

04 Dekabr 2021, 15:40 (GMT +4)
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib

04 Dekabr 2021, 15:30 (GMT +4)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)

04 Dekabr 2021, 15:25 (GMT +4)
"Zenit"in futbolçuları meydana sahibsiz itlərlə çıxıb - (FOTO)

04 Dekabr 2021, 15:20 (GMT +4)
"Yevlax Pilot Aqropark”da 1 500 nəfər işlə təmin ediləcək

04 Dekabr 2021, 15:10 (GMT +4)
Mediasiya Şurasının İdarə Heyətinə yeni üzv seçilib

04 Dekabr 2021, 15:00 (GMT +4)
Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

04 Dekabr 2021, 14:55 (GMT +4)
1954-cü il dünya çempionatının son yadigarı dünyasını dəyişib

04 Dekabr 2021, 14:52 (GMT +4)
Rusiya İsraili “kütləvi qırğın silahların olmadığı Yaxın Şərq” danışıqlarına qoşulmağa çağırıb

04 Dekabr 2021, 14:50 (GMT +4)
Azərbaycan Prezidenti finlandiyalı həmkarını təbrik edib

04 Dekabr 2021, 14:40 (GMT +4)
Azərbaycan Güləş Federasiyasından oğurluq edən şəxslər saxlanılıb (VİDEO)

04 Dekabr 2021, 14:38 (GMT +4)
Dünya Güləş Birliyi daha bir güləşçimizə pul ayırıb

04 Dekabr 2021, 14:30 (GMT +4)
Ağdaşda koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb

04 Dekabr 2021, 14:20 (GMT +4)
Ağcabədi, Ağdam və Tərtərdə aqrar sahədə məlumatlandırma sessiyaları keçirilib

04 Dekabr 2021, 14:10 (GMT +4)
Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib (VİDEO)

04 Dekabr 2021, 14:00 (GMT +4)
Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb

04 Dekabr 2021, 13:52 (GMT +4)
Əfqanıstanda əyalət rəhbərinə qarşı sui-qəsd olub, yaralananlar var

04 Dekabr 2021, 13:50 (GMT +4)
Sosial reabilitasiya layihəsinə cəlb edilən uşaqların sayı açıqlanıb

04 Dekabr 2021, 13:42 (GMT +4)
Misirdə futbol matçı zamanı məşqçi komandasının qolunu qeyd edərkən ölüb

04 Dekabr 2021, 13:40 (GMT +4)
ƏƏSMN: Daha 39 nəfər imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb

04 Dekabr 2021, 13:30 (GMT +4)
Bakıda qəbiristanlıq gözətçisi bıçaqlanıb

04 Dekabr 2021, 13:20 (GMT +4)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb

04 Dekabr 2021, 13:10 (GMT +4)
İsveçrə və Belçika koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirəcək

04 Dekabr 2021, 13:04 (GMT +4)
İsrail qüvvələri əl-Xəlil şəhərində 24 fələstinlini saxlayıblar

04 Dekabr 2021, 13:02 (GMT +4)
Azərbaycan Kubokunda 1/8 finalın oyun cədvəli açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66