Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Neftçalanın sabiq icra başçısı 10 il azadlıqdan məhrum edilib

29 Oktyabr 2021, 13:12 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews. Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, RİH başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

SalamNews-un xəbərinə görə, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prouror sabiq icra başçısına 11 il həbs cəzası istəmişdi.

Xatırladaq ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə saxlanılıblar və onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Rəsmi məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.

Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə həmçinin dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Dekabr 2021, 16:50 (GMT +4)
Buster doza ilə vaksin olunanların sayı 1 milyona çatır

04 Dekabr 2021, 16:41 (GMT +4)
İranın Qərbi-Azərbaycan əyalətində ölkəyə qaçaq yolla gətirilmiş silah yükü aşkarlanıb

04 Dekabr 2021, 16:30 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

04 Dekabr 2021, 16:00 (GMT +4)
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb

04 Dekabr 2021, 15:50 (GMT +4)
Emanuel Makron körfəz ərəb dövlətlərinə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gedib

04 Dekabr 2021, 15:46 (GMT +4)
İngiltərə klubları Avropa Super Liqasına qoşulmaq istəyirlər

04 Dekabr 2021, 15:40 (GMT +4)
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib

04 Dekabr 2021, 15:30 (GMT +4)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)

04 Dekabr 2021, 15:25 (GMT +4)
"Zenit"in futbolçuları meydana sahibsiz itlərlə çıxıb - (FOTO)

04 Dekabr 2021, 15:20 (GMT +4)
"Yevlax Pilot Aqropark”da 1 500 nəfər işlə təmin ediləcək

04 Dekabr 2021, 15:10 (GMT +4)
Mediasiya Şurasının İdarə Heyətinə yeni üzv seçilib

04 Dekabr 2021, 15:00 (GMT +4)
Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

04 Dekabr 2021, 14:55 (GMT +4)
1954-cü il dünya çempionatının son yadigarı dünyasını dəyişib

04 Dekabr 2021, 14:52 (GMT +4)
Rusiya İsraili “kütləvi qırğın silahların olmadığı Yaxın Şərq” danışıqlarına qoşulmağa çağırıb

04 Dekabr 2021, 14:50 (GMT +4)
Azərbaycan Prezidenti finlandiyalı həmkarını təbrik edib

04 Dekabr 2021, 14:40 (GMT +4)
Azərbaycan Güləş Federasiyasından oğurluq edən şəxslər saxlanılıb (VİDEO)

04 Dekabr 2021, 14:38 (GMT +4)
Dünya Güləş Birliyi daha bir güləşçimizə pul ayırıb

04 Dekabr 2021, 14:30 (GMT +4)
Ağdaşda koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb

04 Dekabr 2021, 14:20 (GMT +4)
Ağcabədi, Ağdam və Tərtərdə aqrar sahədə məlumatlandırma sessiyaları keçirilib

04 Dekabr 2021, 14:10 (GMT +4)
Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib (VİDEO)

04 Dekabr 2021, 14:00 (GMT +4)
Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb

04 Dekabr 2021, 13:52 (GMT +4)
Əfqanıstanda əyalət rəhbərinə qarşı sui-qəsd olub, yaralananlar var

04 Dekabr 2021, 13:50 (GMT +4)
Sosial reabilitasiya layihəsinə cəlb edilən uşaqların sayı açıqlanıb

04 Dekabr 2021, 13:42 (GMT +4)
Misirdə futbol matçı zamanı məşqçi komandasının qolunu qeyd edərkən ölüb

04 Dekabr 2021, 13:40 (GMT +4)
ƏƏSMN: Daha 39 nəfər imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb

04 Dekabr 2021, 13:30 (GMT +4)
Bakıda qəbiristanlıq gözətçisi bıçaqlanıb

04 Dekabr 2021, 13:20 (GMT +4)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb

04 Dekabr 2021, 13:10 (GMT +4)
İsveçrə və Belçika koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirəcək

04 Dekabr 2021, 13:04 (GMT +4)
İsrail qüvvələri əl-Xəlil şəhərində 24 fələstinlini saxlayıblar

04 Dekabr 2021, 13:02 (GMT +4)
Azərbaycan Kubokunda 1/8 finalın oyun cədvəli açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66