Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Caspian Energy Club" Gürcüstan, Ukrayna və Özbəkistanda aktivlərini satışa çıxarıb

25 Oktyabr 2021, 15:35 (GMT +4)

Bakı, 25 oktyabr, SalamNews. Telman Əliyev Caspian Energy Club-un ona məxsus olan Gürcüstan, Ukrayna və Özbəkistan aktivləri satışa çıxarıb.

Caspian Energy Club-un mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Telman Əliyev və onun partnyorları  Caspian Energy Georgia, Caspian Energy Ukraine və Caspian Energy Uzbekistanda onlara məxsus (50% pay iştirakı) aktivləri satışa çıxarıblar.

“Satışın əsas məqsədi Caspian Energy Clubun-un inkişafına, həmçinin bütün layihələrin gələcəkdə rəqəmsallaşmasına investisiya cəlb etməkdir”, - deyə Caspian Energy Club-un mətbuat xidmətindən bildirilib.

Məlum olduğu kimi, Caspian Energy Georgia, Caspian Energy Ukraine və Caspian Energy Uzbekistan-ın sahibi gürcü, ukrayn, özbək, rus və ingilis dillərində eyniadlı jurnalı nəşr etdirmək hüququ qazanır. Eyni zamanda Caspian Energy TV, Caspian Energy Photo, Caspian Energy News, Caspian Energy Investor, Caspian Energy Jobs və Caspian Energy Info-nun layihələrinə tam və ya qismən inteqarsiya nəzərdə tutulub.

Caspian Energy Georgia, Caspian Energy Ukraine və Caspian Energy Uzbekistan ildə bir neçə dəfə Gürcüstan, Ukrayna və Özbəkistanın müxtəlif şəhərlərində beynəlxalq Caspian Energy Forum təşkil etmək hüququna sahibdir. Eyni zamanda Caspian Energy Georgia, Caspian Energy Ukraine və Caspian Energy Uzbekistan hər il Caspian Energy Award, Caspian Business Award, CEO Award və Brand Award beynəlxalq mükafatlarının təqdimetmə mərasimini təşkil edə bilər.

Bununla yanaşı, hər ay Gürcüstan, Ukrayna və Özbəkistanın müxtəlif regionlarına Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının nümayəndələrinin və şirkət top-menecerlərinin iştirakı ilə B2G, B2B və B2C formatlarında forum və müxtəlif tədbirlər keçiriləcək.

Business Tour layihəsi çərçivəsində sahibkarların Gürcüstan, Ukrayna və Özbəkistanın müxtəlif region və müəssisələrinə şəxsən baş çəkmək və investisiya potensialları ilə tanış olmaq imkanı yaranacaq.

1999-cu il mayın 28-dən fəaliyyət göstərən beynəlxalq Caspian Energy jurnalı dünyanın 50 ölkəsində yayılır. Caspian Energy ticarət markası da həmçinin dünyanın 50 ölkəsində qeydiyyatdan keçib.

20 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların, nəhəng transmilli şirkətlərin rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər investorlar üçün istiqamətləndirici rol oynayır.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2021, 18:02 (GMT +4)
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

01 Dekabr 2021, 17:50 (GMT +4)
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

01 Dekabr 2021, 17:45 (GMT +4)
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb

01 Dekabr 2021, 17:33 (GMT +4)
DİN Fəvvarələr meydanındakı aksiya ilə bağlı məlumat yayıb

01 Dekabr 2021, 17:21 (GMT +4)
Çin ABŞ-ın “Demokratiya sammiti”nin dünyada parçalanmaya səbəb olacağını bildirib

01 Dekabr 2021, 17:15 (GMT +4)
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

01 Dekabr 2021, 17:03 (GMT +4)
İşğaldan azad olunan ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb

01 Dekabr 2021, 16:53 (GMT +4)
Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi təyin edilib

01 Dekabr 2021, 16:48 (GMT +4)
İraqın Kürdüstan muxtariyyətində Parlament binasında yanğın baş verib, deputatlar təxliyə edilib

01 Dekabr 2021, 16:39 (GMT +4)
Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edilib

01 Dekabr 2021, 16:28 (GMT +4)
Almaniya səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib

01 Dekabr 2021, 16:16 (GMT +4)
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin görüşü olacaq

01 Dekabr 2021, 16:07 (GMT +4)
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)

01 Dekabr 2021, 16:00 (GMT +4)
"Qalatasaray"ın sabiq qapıçısı Klaudio Taffarel "Liverpul"da çalışacaq

01 Dekabr 2021, 15:56 (GMT +4)
Suriyanın şimal-şərqində ABŞ karvanına hücum edilib, iki yük maşını sıradan çıxıb

01 Dekabr 2021, 15:51 (GMT +4)
“Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir

01 Dekabr 2021, 15:40 (GMT +4)
Bakıda restoranda yanğın olub

01 Dekabr 2021, 15:30 (GMT +4)
Putinin böyük mətbuat konfransının vaxtı açıqlanıb

01 Dekabr 2021, 15:20 (GMT +4)
Ukraynanın Baş prokuroru helikopter qəzasına görə Kamran Əliyevə başsağlığı verib

01 Dekabr 2021, 15:10 (GMT +4)
Helikopter qəzasında şəhid olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunub

01 Dekabr 2021, 15:00 (GMT +4)
Avtobuslarda karantin qaydalarına riayət etməyən 40 nəfər cərimə olunub (VİDEO)

01 Dekabr 2021, 14:55 (GMT +4)
Rəsmi Moskva Rusyada üç il qalmış ABŞ diplomatlarına ölkəni tərk etmək üçün möhlət verib

01 Dekabr 2021, 14:50 (GMT +4)
Baş prokurorun birinci müavini helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışıb

01 Dekabr 2021, 14:47 (GMT +4)
"Legiya"nın baş məşqçisi: Mahir Emreli sürətli və güclü hücumçudu

01 Dekabr 2021, 14:40 (GMT +4)
Rusiya XİN ABŞ-ın çağırdığı “Demokratiya uğrunda sammit” barədə bəyanat yayıb

01 Dekabr 2021, 14:30 (GMT +4)
Putinlə Ərdoğan arasında telefon danışığı olacaq

01 Dekabr 2021, 14:20 (GMT +4)
Gürcüstan XİN Azərbaycana başsağlığı verib

01 Dekabr 2021, 14:11 (GMT +4)
Nigeriyada qayığın batması nəticəsində 29 şagird həyatını itirib

01 Dekabr 2021, 14:00 (GMT +4)
Elçin Quliyev: Onların hər biri şəhidlik zirvəsinə ucalaraq xalqın başını uca etdilər

01 Dekabr 2021, 13:50 (GMT +4)
Şəhid sərhədçilər II Şəhidlər xiyabanında dəfn olunacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66