Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Sahil Babayev bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüşüb

25 Oktyabr 2021, 15:08 (GMT +4)

Bakı, 25 oktyabr, SalamNews. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 saylı Bakı DOST Mərkəzində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzində olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SalamNews-a verilən məlumata görə, nazir mərkəzdə şəhid ailələri və qazilərə göstərilən xidmətlərlə tanış olub. Xidmət pəncərələri qarşısında aidiyyəti qurum nümayəndələri və xidmətlərdən yararlanan şəxslərlə söhbət edib, onların göstərilən xidmətlər barədə fikirlərini öyrənib.

Sonra S.Babayev mərkəzə müraciət edən bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüş keçirib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa çatdırdığı Vətən müharibəsindən ötən bir ildə şəhidlərimizin ailə üzvləri və qazilərin hərtərəfli sosial dəstəklə təminatı istiqamətində çoxistiqamətli tədbirlər həyata keçirilir.

Bu dəstək tədbirləri artıq 31 mindən çox şəxsi əhatə edib. Onlara sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, məşğulluq məsələlərinin operativ həlli, özünüməşğulluq çərçivəsində kiçik bizneslərin qurulması və s. istiqamətlərdə 39 mindən çox xidmət göstərilib.

Nazir dövlət başçısının 25 iyun 2021-ci il tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasının da şəhid ailələri üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə növbəti mühüm dəstək olduğunu vurğulayıb.

Qeyd edib ki, bu mərkəzlərdə həmin kateqoriyalardan olan insanlara 6-sı mərkəzi, 13-ü yerli icra hakimiyyəti orqanları olan 19 qurum tərəfindən 26 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilir. Şəhid ailələri, qazilər bu xidmətləri almaq üçün ayrı-ayrılıqda həmin qurumlara deyil, yalnız bir məkana - vahid əlaqələndirmə mərkəzinə müraciət edirlər.

Avqustun 23-dən ilk mərhələdə Bakıdakı DOST Mərkəzlərində vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb. Ötən dövrdə bu mərkəzlərə şəhid ailəsi üzvləri və qazilərdən ibarət 2200-dən çox şəxs müraciət edib.

S.Babayev yaxın vaxtlarda ölkəmizin digər regionlarında da vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətə başlayacağını diqqətə çatdırıb.

Görüş zamanı Vətən müharibəsinin şəhidi Əli Cabbarovun valideynləri Baba və Yeganə Cabbarovlara “Şəhid ailəsi üzvü” vəsiqəsi təqdim edilib. Dövlət başçısının Sərəncamları ilə medallarla təltif edilmiş qəhrəman hərbçilərimizin - Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Şükürovun “Suqovuşanın azad edilməsinə görə” medalı həyat yoldaşı Şəmsiyyə Şükürovaya, şəhid Manaf Bəhmənlinin “Kəlbəcərin azad olunmasına görə” medalı anası Suray Bəhmənovaya, şəhid Vahid Abbasovun “Xocavəndin azad olunmasına” görə medalı atası Sahib Abbasova təqdim olunub.

Vətən müharibəsində Şuşa istiqamətində döyüşlərdə şəhid olan və Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilən Ələsgər Cavadovun atası, II qrup əlilliyi olan Elxan Cavadova isə müraciətinə əsasən mühərrikli təkərli oturacaq verilib.

Şəhid ailəsi üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Görüşdə ölkəmizdə şəhid ailələri və qazilərlə bağlı görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2021, 18:02 (GMT +4)
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

01 Dekabr 2021, 17:50 (GMT +4)
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

01 Dekabr 2021, 17:45 (GMT +4)
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb

01 Dekabr 2021, 17:33 (GMT +4)
DİN Fəvvarələr meydanındakı aksiya ilə bağlı məlumat yayıb

01 Dekabr 2021, 17:21 (GMT +4)
Çin ABŞ-ın “Demokratiya sammiti”nin dünyada parçalanmaya səbəb olacağını bildirib

01 Dekabr 2021, 17:15 (GMT +4)
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

01 Dekabr 2021, 17:03 (GMT +4)
İşğaldan azad olunan ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb

01 Dekabr 2021, 16:53 (GMT +4)
Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi təyin edilib

01 Dekabr 2021, 16:48 (GMT +4)
İraqın Kürdüstan muxtariyyətində Parlament binasında yanğın baş verib, deputatlar təxliyə edilib

01 Dekabr 2021, 16:39 (GMT +4)
Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edilib

01 Dekabr 2021, 16:28 (GMT +4)
Almaniya səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib

01 Dekabr 2021, 16:16 (GMT +4)
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin görüşü olacaq

01 Dekabr 2021, 16:07 (GMT +4)
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)

01 Dekabr 2021, 16:00 (GMT +4)
"Qalatasaray"ın sabiq qapıçısı Klaudio Taffarel "Liverpul"da çalışacaq

01 Dekabr 2021, 15:56 (GMT +4)
Suriyanın şimal-şərqində ABŞ karvanına hücum edilib, iki yük maşını sıradan çıxıb

01 Dekabr 2021, 15:51 (GMT +4)
“Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir

01 Dekabr 2021, 15:40 (GMT +4)
Bakıda restoranda yanğın olub

01 Dekabr 2021, 15:30 (GMT +4)
Putinin böyük mətbuat konfransının vaxtı açıqlanıb

01 Dekabr 2021, 15:20 (GMT +4)
Ukraynanın Baş prokuroru helikopter qəzasına görə Kamran Əliyevə başsağlığı verib

01 Dekabr 2021, 15:10 (GMT +4)
Helikopter qəzasında şəhid olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunub

01 Dekabr 2021, 15:00 (GMT +4)
Avtobuslarda karantin qaydalarına riayət etməyən 40 nəfər cərimə olunub (VİDEO)

01 Dekabr 2021, 14:55 (GMT +4)
Rəsmi Moskva Rusyada üç il qalmış ABŞ diplomatlarına ölkəni tərk etmək üçün möhlət verib

01 Dekabr 2021, 14:50 (GMT +4)
Baş prokurorun birinci müavini helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışıb

01 Dekabr 2021, 14:47 (GMT +4)
"Legiya"nın baş məşqçisi: Mahir Emreli sürətli və güclü hücumçudu

01 Dekabr 2021, 14:40 (GMT +4)
Rusiya XİN ABŞ-ın çağırdığı “Demokratiya uğrunda sammit” barədə bəyanat yayıb

01 Dekabr 2021, 14:30 (GMT +4)
Putinlə Ərdoğan arasında telefon danışığı olacaq

01 Dekabr 2021, 14:20 (GMT +4)
Gürcüstan XİN Azərbaycana başsağlığı verib

01 Dekabr 2021, 14:11 (GMT +4)
Nigeriyada qayığın batması nəticəsində 29 şagird həyatını itirib

01 Dekabr 2021, 14:00 (GMT +4)
Elçin Quliyev: Onların hər biri şəhidlik zirvəsinə ucalaraq xalqın başını uca etdilər

01 Dekabr 2021, 13:50 (GMT +4)
Şəhid sərhədçilər II Şəhidlər xiyabanında dəfn olunacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66