Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Azərbaycan filmi Polşada beynəlxalq festivalda yarışacaq

21 Oktyabr 2021, 15:02 (GMT +4)

Bakı, 21 oktyabr, SalamNews. Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” Studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 29-cu “ENERGACamerimage” Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində yarışacaq.

“Azərbaycanfilm” kinostudiyasından SalamNews-a verilən məlumata görə, festival bu ilin 13-20 noyabr tarixlərində Polşanın Torun şəhərində keçiriləcək.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş təsvir rejissoru Mateuş Çuxnovskidir.

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.

“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühim film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə “Ən Yaxşı Sənədli Film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.

Qeyd edək ki, EnergaCAMERIMAGE Sənədli Qısametrajlılar kateqoriyasında Kino Sənəti və Elmləri Akademiyası tərəfindən ACADEMY AWARD® kvalifikasiyası ilə qeydə alınıb. Bu o deməkdir ki, EnergaCAMERIMAGE -də müvafiq bölmədə Qızıl Qurbağa mükafatçıları, Akademiya qaydalarına uyğun olması şərti ilə, İllik Akademiya Mükafatlarında nəzərdən keçiriləcək.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Noyabr 2021, 10:10 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

27 Noyabr 2021, 10:00 (GMT +4)
Azərbaycan nefti kəskin ucuzlaşıb

27 Noyabr 2021, 09:56 (GMT +4)
Əlcəzair prezidenti İsrail-Mərakeş əlaqələrinin möhkəmlənməsini tənqid edib

27 Noyabr 2021, 09:21 (GMT +4)
Tunisdə Daxili İşlər Nazirliyinin binasına hücumun qarşısı alınıb (VİDEO)

26 Noyabr 2021, 21:52 (GMT +4)
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Bəyanat imzalayıblar (TAM MƏTN)

26 Noyabr 2021, 17:59 (GMT +4)
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

26 Noyabr 2021, 17:45 (GMT +4)
Payız ağac əkini başlayandan bu günədək 560 minə yaxın ağac əkilib

26 Noyabr 2021, 17:33 (GMT +4)
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib

26 Noyabr 2021, 17:22 (GMT +4)
Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü başlayıb

26 Noyabr 2021, 17:20 (GMT +4)
Tunis sahillərində boğulmaq təhlüksilə üz-üzə qalan 487 miqrant xilas edilib

26 Noyabr 2021, 17:15 (GMT +4)
Azərbaycan Prezidenti Putinin və Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirib

26 Noyabr 2021, 17:03 (GMT +4)
Sahibə Qafarova MDB PA-nın 53-cü plenar iclasında Ermənistanı sülhə çağırıb

26 Noyabr 2021, 16:50 (GMT +4)
Vladimir Putin İlham Əliyevə təşəkkür edib

26 Noyabr 2021, 16:39 (GMT +4)
Ağdaş sakininin üzərindən və yaşadığı evdən narkotik vasitə götürülüb

26 Noyabr 2021, 16:28 (GMT +4)
Putin Qarabağda sülhməramlıların və Rusiya-Türkiyə Birgə Mərkəzinin müsbət rolundan danışıb

26 Noyabr 2021, 16:20 (GMT +4)
İranın İsfahan şəhərində su qıtlığı ilə bağlı aksiya toqquşmalarla nəticələnib

26 Noyabr 2021, 16:15 (GMT +4)
Putin: “Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq çox uğurla inkişaf edir”

26 Noyabr 2021, 16:03 (GMT +4)
ƏƏSMN: 1 178 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

26 Noyabr 2021, 15:52 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

26 Noyabr 2021, 15:41 (GMT +4)
Britaniya "mümkün təhlükələr"ə görə dünya üzrə hərbi mövcudluğunu artırır

26 Noyabr 2021, 15:36 (GMT +4)
Soçidə İlham Əliyev ilə Vladimir Putin arasında ikitərəfli görüş başlayıb

26 Noyabr 2021, 15:25 (GMT +4)
Rusiya XİN Soçi görüşündən gözləntiləri açıqlayıb

26 Noyabr 2021, 15:12 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

26 Noyabr 2021, 15:04 (GMT +4)
Ermənistanda etiraz aksiyasında 6 nəfər saxlanılıb

26 Noyabr 2021, 15:01 (GMT +4)
"Omoniya"nın futbolçusu: Hesab ədalətli oldu

26 Noyabr 2021, 14:50 (GMT +4)
Zelenski ölkədə dövlət çevrilişi hazırlandığını bəyan edib

26 Noyabr 2021, 14:37 (GMT +4)
Avropa dövlətləri koronavirusun yeni növünə görə xarici səfərlərə yenidən məhdudiyyət tətbiq edirlər

26 Noyabr 2021, 14:28 (GMT +4)
Narkotik satışına görə daha 28 nəfər tutulub, 47 kiloqram narkotik götürülüb - VİDEO

26 Noyabr 2021, 14:18 (GMT +4)
Ədliyyə orqanlarına qəbul üzrə test imtаhаnı keçirilib

26 Noyabr 2021, 14:05 (GMT +4)
Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66