Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Türkiyə və İranın daxili işlər nazirləri terrorla mübarizə sahəsində əməkdaşlığın artırılmasını müzakirə ediblər

21 Oktyabr 2021, 08:41 (GMT +4)

Bakı, 21 oktyabr, SalamNews, B.Samid. Türkiyənin daxili işlər naziri Süleyman Soylu iranlı həmkarı ilə terrorla mübarizə sahəsində əməkdaşlıq məsələlərini, qeyri-qanuni mühacirət, silah qaçaqmalçılığı və tərəfləri maraqlandıran sair məsələləri müzakirə edib.

SalamNews Mehr-ə istinadla xəbər verir ki, Süleyman Soylu ötən gün Tehrana səfəri çərçivəsində İranın daxili işlər naziri Əhməd Vəhidi ilə görüşüb.

Tərəflər görüşlərdən sonra mətbuat konfransı keçiriblər və burada aparılan danışıqların mövzusu barədə məlumat veriblər.

Türkiyənin daxili işlər naziri bildirib ki, bu görüşlərdə sərhəd bölgələrində ticarətin təhlükəsizliyi, terrorla mübarizədə əməkdaşlıq, narkotik maddələrin və silahların qaçaqmalçılığı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

İranla sərhəddə texniki dəstəklərə görə rəsmi Tehrana təşəkkür edən Süleyman Soylu qeyri-qanuni mühacirət və müştərək sərhədlərin təhlükəsizliyi ilə bağlı birgə işçi qrupunun təşkili barədə razılığın əldə edildiyini qeyd edib.

Türkiyəli nazir əlavə edib ki, silah qaçaqmalçılığı ilə mübarizə üçün də birgə işçi qrupu təşkil edilib.

Onun sözlərinə görə bu görüşdə İslam dünyası coğrafiyasının problemləri də müzakirə edilib, xüsusilə də Əfqanıstanda baş verən proseslər və bu proseslərdən dolayı qaçqın axının qarşısını almaq məsələləri barədə ciddi fikir mübadilələri aparılıb.

“İslam dünyası coğrafiyasının problemləri bu görüşdə müzakirə edildi. Bu mövzuda öhdəmizdə olan məsuliyyətlər var. Biz təkid edirik ki, əlaqələrimiz sırf diplomatik həddə deyil, dostluq və qardaşlıq əlaqələri müstəvisindədir. İnşallah iki ölkə arasında dövlətlərə və xalqlara mənfəət verən əlaqələrin yeni mövsumu başlayır və düşmənlər də nakam qalacaqlar. Biz birgə işçi qruplarının sayını artıracağıq”, deyə Türkiyə daxili işlər naziri qeyd edib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanın Tehrandakı səfiri İran XİN-in sözçüsü ilə görüşüb (FOTO)

İranın Qərbi-Azərbaycan əyalətində ölkəyə qaçaq yolla gətirilmiş silah yükü aşkarlanıb

İranda koronavirusdan ölənlərin sayı 130 mini keçib

İranla böyük dövlətlərin nüvə danışıqlarının yeddinci turu yekunlaşıb

Türkiyənin “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirilib (FOTO)

ABŞ sanksiyalarına baxmayaraq İranın qaz məhsulları daşıyan dördüncü tankeri Venesuelaya çatıb

İranın Silahlı Qüvvələrinin Baş Qərargah və Sərhəd xidmətinin rəisləri Azərbaycana başsağlığı veriblər

İranda koronavirusdan ölənlərin sayı 130 minə yaxınlaşır

İsrail İranla böyük dövlətlərinin nüvə danışıqlarının dərhal dayandırılmasını istəyib

Türkiyə prezidenti ilə BƏƏ vəliəhdi arasında telefon danışığı olub

MAQATE sədri İranda uranın 90 faizlik zənginləşdirilməsini təkzib edib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Türkiyə şirkəti ilə toxumçuluğun inkişafına dair görüş keçirilib

İran XİN ölkə sərhədçiləri ilə Taliban qüvvələrinin atışmasına münasibət bildirib

İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib

Türkiyə prezidenti xəzinə və maliyyə nazirini dəyişdirib

İran Fordo nüvə obyektində yeni nəsil sentrifuqaları ilə uranı 20 faizlik zənginləşdirməyə başlayıb - Reuters

İran sərhədçiləri ilə Taliban arasında şiddətli silahlı qarşıdurma olub (VİDEO)

"Neftçi"nin qış təlim-məşq toplanışı Türkiyədə baş tutacaq

Azərbaycanlı hakimlər Türkiyədə VAR seminarında iştirak edir

İranın Xarici İşlər Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

06 Dekabr 2021, 09:50 (GMT +4)
DİN: Həftəsonu 281 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

06 Dekabr 2021, 09:50 (GMT +4)
Küveyt İsrailə gedib gələn gəmiləri öz sularına buraxmayacaq

06 Dekabr 2021, 09:40 (GMT +4)
MN Kəlbəcər rayonunun Keçiliqaya kəndindən videogörüntülər yayımlayıb (VİDEO)

06 Dekabr 2021, 09:30 (GMT +4)
Ağdaşda qəbiristanlıqda oğurluq edənlər saxlanılıb

06 Dekabr 2021, 09:20 (GMT +4)
Sabirabadda avtomobil su kanalına aşıb

06 Dekabr 2021, 09:10 (GMT +4)
DİN: Həftəsonu yol qəzalarında 9 nəfər ölüb

06 Dekabr 2021, 09:00 (GMT +4)
İŞİD Kərkükdə bir kəndi nəzarətə götürüb, çoxsaylı evlər yandırılıb

06 Dekabr 2021, 08:09 (GMT +4)
Azərbaycanın Tehrandakı səfiri İran XİN-in sözçüsü ilə görüşüb (FOTO)

06 Dekabr 2021, 01:33 (GMT +4)
"Qalatasaray"ın sabiq futbolçusu klubsuz qalıb

06 Dekabr 2021, 00:56 (GMT +4)
PSJ İngiltərədən futbolçu alır 

06 Dekabr 2021, 00:24 (GMT +4)
Elmar Baxşıyev: İddiamızı ortaya qoyacağıq

06 Dekabr 2021, 00:03 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qəbələ" yenidən 2-ci pilləyə yüksəlib, "Neftçi" "Sumqayıt"ı məğlub edə bilməyib

04 Dekabr 2021, 16:50 (GMT +4)
Buster doza ilə vaksin olunanların sayı 1 milyona çatır

04 Dekabr 2021, 16:41 (GMT +4)
İranın Qərbi-Azərbaycan əyalətində ölkəyə qaçaq yolla gətirilmiş silah yükü aşkarlanıb

04 Dekabr 2021, 16:30 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

04 Dekabr 2021, 16:00 (GMT +4)
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb

04 Dekabr 2021, 15:50 (GMT +4)
Emanuel Makron körfəz ərəb dövlətlərinə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gedib

04 Dekabr 2021, 15:46 (GMT +4)
İngiltərə klubları Avropa Super Liqasına qoşulmaq istəyirlər

04 Dekabr 2021, 15:40 (GMT +4)
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib

04 Dekabr 2021, 15:30 (GMT +4)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)

04 Dekabr 2021, 15:25 (GMT +4)
"Zenit"in futbolçuları meydana sahibsiz itlərlə çıxıb - (FOTO)

04 Dekabr 2021, 15:20 (GMT +4)
"Yevlax Pilot Aqropark”da 1 500 nəfər işlə təmin ediləcək

04 Dekabr 2021, 15:10 (GMT +4)
Mediasiya Şurasının İdarə Heyətinə yeni üzv seçilib

04 Dekabr 2021, 15:00 (GMT +4)
Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

04 Dekabr 2021, 14:55 (GMT +4)
1954-cü il dünya çempionatının son yadigarı dünyasını dəyişib

04 Dekabr 2021, 14:52 (GMT +4)
Rusiya İsraili “kütləvi qırğın silahların olmadığı Yaxın Şərq” danışıqlarına qoşulmağa çağırıb

04 Dekabr 2021, 14:50 (GMT +4)
Azərbaycan Prezidenti finlandiyalı həmkarını təbrik edib

04 Dekabr 2021, 14:40 (GMT +4)
Azərbaycan Güləş Federasiyasından oğurluq edən şəxslər saxlanılıb (VİDEO)

04 Dekabr 2021, 14:38 (GMT +4)
Dünya Güləş Birliyi daha bir güləşçimizə pul ayırıb

04 Dekabr 2021, 14:30 (GMT +4)
Ağdaşda koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66