Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

BƏƏ-dəki Azərbaycan diaspor təşkilatlarının gücləndirilməsi məsələsi müzakirə olunub

19 Oktyabr 2021, 12:10 (GMT +4)

Bakı, 19 oktyabr, SalamNews. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində bu ölkədə fəaliyyət göstərən azərbaycanlı icması ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən SalamNews-a verilən məlumata görə, Azərbaycanın dövlət himninin səsləndirilməsiylə başlayan tədbiri giriş sözü ilə Dövlət Komitəsinin sədri Fuad Muradov açıb.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Komitə əməkdaşlarının mütəmadi olaraq xarici ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirdiyini vurğulayan sədr soydaşlarımızı 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan parlaq və şanlı Zəfərin birinci ildönümü münasibətilə də təbriklərini çatdırıb və həmin dönəmdə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik və fədakar fəaliyyətə görə diaspor nümayəndələrinə minnətdarlığını bildirib.

Son illər bu ölkədəki Azərbaycan diaspor nümayəndələrinin təşkilatlanmasında, yaşadıqları cəmiyyətə inteqrasiyasında, təhsil və sosial vəziyyətlərində irəliləyiş müşahidə olunduğu vurğulanıb.

Daha sonra BƏƏ-dəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb və müxtəlif təkliflər səsləndirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə və elektron resurslarına həsr edilmiş videoçarxlar nümayiş olunub.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə əlaqələndiricilərinin seçilməsi ilə yekunlaşan görüş bayram tədbiri ilə davam edib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2021, 00:18 (GMT +4)
"Neftçi"nin qış təlim-məşq toplanışı Türkiyədə baş tutacaq

30 Noyabr 2021, 22:55 (GMT +4)
I Divizion: MOİK və "Qaradağ Lökbatan" qələbə qazanıb, "Qarabağ" heç-heçə edib

30 Noyabr 2021, 22:00 (GMT +4)
"Qarabağ" Polşa klubu ilə qarşılaşacaq

30 Noyabr 2021, 21:41 (GMT +4)
Azərbaycanlı hakimlər Türkiyədə VAR seminarında iştirak edir

30 Noyabr 2021, 21:25 (GMT +4)
İranın Xarici İşlər Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 19:30 (GMT +4)
2021-ci ilin ən yaxşı oyunçusu Benzemadır - "Real"ın yarımmüdafiəçisi

30 Noyabr 2021, 18:04 (GMT +4)
MM sədri helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

30 Noyabr 2021, 17:57 (GMT +4)
Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir

30 Noyabr 2021, 17:47 (GMT +4)
Prokuror Zakir Sultanova 12 il həbs cəzası istəyib

30 Noyabr 2021, 17:34 (GMT +4)
Mətbuat Şurasında “Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib

30 Noyabr 2021, 17:22 (GMT +4)
Putin ilk dəfə olaraq NATO-nun təlimlərindən narahat olduğunu açıq şəkildə dilə gətirib

30 Noyabr 2021, 17:16 (GMT +4)
Bakıda bir neçə marşrutun hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib

30 Noyabr 2021, 17:05 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

30 Noyabr 2021, 16:54 (GMT +4)
İran səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 16:47 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

30 Noyabr 2021, 16:37 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

30 Noyabr 2021, 16:28 (GMT +4)
Baş Prokurorluq: Helikopter qəzası ilə bağlı cinayət işi başlanıb

30 Noyabr 2021, 16:17 (GMT +4)
DSX helikopter qəzasında həlak olan və yaralanan hərbçilərin adlarını açıqlayıb

30 Noyabr 2021, 16:09 (GMT +4)
Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

30 Noyabr 2021, 15:58 (GMT +4)
Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib

30 Noyabr 2021, 15:43 (GMT +4)
ABŞ dövlət katibi Latviyadan Rusiyaya xəbərdarlıq edib

30 Noyabr 2021, 15:31 (GMT +4)
Laçın sakinlərinin bank kartlarından pul çıxaran şəxslər saxlanılıb

30 Noyabr 2021, 15:19 (GMT +4)
ETSN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib

30 Noyabr 2021, 15:05 (GMT +4)
Türkiyə XİN Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib

30 Noyabr 2021, 14:55 (GMT +4)
Azərbaycanda üç qurum “Omikron”la bağlı əhaliyə çağırış edib

30 Noyabr 2021, 14:50 (GMT +4)
Kriştiano Ronaldo son 10 ildə ilk dəfə "TOP-5"dən kənarda qalıb

30 Noyabr 2021, 14:47 (GMT +4)
Türkiyədə FETÖ təşkilatına üzvlükdə şübhəli bilinən daha 134 nəfər saxlanılıb

30 Noyabr 2021, 14:35 (GMT +4)
Türkiyə Milli Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 14:26 (GMT +4)
“Qızıl top”u sən qazanmalı idin - Lionel Messi

30 Noyabr 2021, 14:24 (GMT +4)
Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66