Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bu il Azərbaycanda 1 171 yol qəzası olub, 504 nəfər ölüb

18 Oktyabr 2021, 10:40 (GMT +4)

Bakı, 18 oktyabr, SalamNews. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) cari ilin 9 ayı ərzində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikasını yayıb.

SalamNews-un xəbərinə görə, statistikaya əsasən, 2021-ci ilin 9 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 1171 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 504 nəfər həlak olub, 1043 nəfər yaralanıb.

Ötən il ölkədə pandemiya əleyhinə tətbiq olunan məhdudiyyət tədbirləri ilə əlaqədar hərəkət intensivliyinin və buna görə də qəza riskinin əhəmiyyətli dərəcədə azalması nəticəsində formalaşmış göstəricilərlə müqayisədə cari ilin 9 ayı ərzində hadisələrin sayı 26 (+2.3%) fakt, yaralananların sayı 20 (+2%) nəfər artıb, ölənlərin sayı isə (504) sabit qalıb.

Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin 1130-u, yəni 96.5%-i qaydaların sürücülər tərəfindən pozulması səbəbindən baş verib. Belə qayda pozuntuları əsasən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (475), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (360), yolayrıclarını keçmə (116), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (14), sükan arxasında yatma (9) halları ilə bağlı olub.

Sürücülərlə yanaşı, piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, xüsusilə yolun nəzərdə tutulmayan yerlərdən keçilməsi hallarının davam etməsi səbəbindən cari ilin 9 ayı ərzində 483 piyada vurma hadisəsi qeydə alınıb ki, bu da respublika üzrə ümumi hadisələrin 41.2%-ni təşkil edir.

Bundan başqa, yol-nəqliyyat hadisələrin növləri içərisində toqquşma (395), aşma (113), maneəni vurma (110) halları da üstünlük təşkil edir.

Yol qəzalarında həlak olan 504 nəfərdən (onlardan: 16 yaşına qədər qədər 39 nəfər, qadınlar 102 nəfər) 230-u piyada, 133-ü sürücü, 121-i sərnişin, 17-i velosipedçi, 3-ü isə digər hərəkət iştirakçılarıdır.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Noyabr 2021, 10:50 (GMT +4)
Cənub bölgəsinin üç rayonunun elektrik şəbəkələrində yenidənqurma işləri aparılıb

30 Noyabr 2021, 10:40 (GMT +4)
Bakıda ər arvadını qətlə yetirib

30 Noyabr 2021, 10:30 (GMT +4)
MN Kəlbəcər rayonunun Qılınclı kəndindən videogörüntülər yayıb (VİDEO)

30 Noyabr 2021, 10:21 (GMT +4)
Səudiyyə Ərəbistanı Yəmənin paytaxtını bombalayıb, dağıntılar var

30 Noyabr 2021, 10:20 (GMT +4)
Bayden omikron ştammı ilə bağlı panikaya düşməməyə çağırır

30 Noyabr 2021, 10:10 (GMT +4)
Azərbaycan nefti 2 %-dən çox artıb

30 Noyabr 2021, 10:00 (GMT +4)
DSMF: Oktyabrda yaşa görə sosial müavinət alanların sayı 113 mindən çox olub

30 Noyabr 2021, 09:50 (GMT +4)
Azərbaycan oktyabrda elektrik enerjisinin istehsalını artırıb

30 Noyabr 2021, 09:40 (GMT +4)
Göygöldə it döyüşdürən şəxslər saxlanılıb

30 Noyabr 2021, 09:36 (GMT +4)
İranın Azərbaycandakı səfiri qazın nəqli ilə bağlı razılaşmanı ABŞ sanksiyaları fonunda şərh edib

30 Noyabr 2021, 09:30 (GMT +4)
Gəncədə su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

30 Noyabr 2021, 09:20 (GMT +4)
ÜST omikron ştammı ilə bağlı daha bir xəbərdarlıq edib

30 Noyabr 2021, 09:10 (GMT +4)
Təhsil Nazirliyi ilə Dünya Bankı arasında gələcək əməkdaşlıq müzakirə olunub

30 Noyabr 2021, 09:00 (GMT +4)
İraqın baş nazirinin evinə edilən hücum anının videogörüntüləri yayımlanıb (VİDEO)

30 Noyabr 2021, 09:00 (GMT +4)
XİN: Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa hazırdır

30 Noyabr 2021, 08:28 (GMT +4)
Türkiyədə şiddətli qasırğa nəticəsində azı dörd nəfər ölüb, 38 yaralı var (VİDEO)

29 Noyabr 2021, 18:05 (GMT +4)
Azərbaycanın gənclər və idman nazirinin iki müavini vəzifəsindən azad edilib

29 Noyabr 2021, 18:00 (GMT +4)
Prokurorluq 18 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb

29 Noyabr 2021, 17:50 (GMT +4)
İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib

29 Noyabr 2021, 17:30 (GMT +4)
Azərbaycanda «Dövlət rüsumu haqqında» qanuna dəyişiklik edilib

29 Noyabr 2021, 17:14 (GMT +4)
Rusiya və Belarus Ukrayna sərhədində hərbi təlimlər keçirəcəklər

29 Noyabr 2021, 17:00 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

29 Noyabr 2021, 16:45 (GMT +4)
Azərbaycanda daha 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb

29 Noyabr 2021, 16:40 (GMT +4)
Baş prokuror Koreya səfiri ilə görüşüb

29 Noyabr 2021, 16:36 (GMT +4)
Rəcəb Təyyib Ərdoğan BƏƏ kimi Misirlə də münasibətlərin normallaşdırılacağını bildirib

29 Noyabr 2021, 16:20 (GMT +4)
Bakıda çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemləri yenidən qurulur

29 Noyabr 2021, 16:10 (GMT +4)
Azərbaycan Cüdo Federasiyasının ünvanı dəyişib

29 Noyabr 2021, 16:00 (GMT +4)
DİN: Vətəndaşların pulunu ələ keçirən şəbəkənin üzvləri tutulub

29 Noyabr 2021, 15:50 (GMT +4)
Cəbrayılda 41 yaşlı şəxs minaya düşüb, ayağı amputasiya olunub

29 Noyabr 2021, 15:45 (GMT +4)
İran və Azərbaycan media nümayəndələri görüşəcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66