Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nazirlik: Prezidentin yeni sərəncamı 1 milyon 800 min vətəndaşı əhatə edəcək

16 Oktyabr 2021, 16:18 (GMT +4)

Bakı, 16 oktyabr, SalamNews. "Bu gün Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir.

Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.

Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb".

Bu barədə SalamNews-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

"Qısa müddət ərzində bu təkliflər yekunlaşdırılaraq büdcə layihəsinə daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Sosial ödənişlərdə növbəti artımlar edilməsini nəzərdə tutan bu sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunu bir daha təzahür etdirir.

Bu sahədə islahatlar xüsusilə son illərdə inqilabi xarakter alıb. Sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub. 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyişdir.

Ümumilikdə son üç ildə ölkəmizdə fərman, sərəncam, qanun və s. ibarət olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub və sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb.

“Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” yeni Sərəncam ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir və ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək", - nazirlikdən qeyd olunub. 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Noyabr 2021, 13:20 (GMT +4)
DYP Bakıda bağlanan yollarla bağlı sürücülərə müraciət edib

27 Noyabr 2021, 13:10 (GMT +4)
Rusiyada silah zavodunda partlayış olub, xəsarət alanlar var

27 Noyabr 2021, 13:00 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

27 Noyabr 2021, 12:50 (GMT +4)
Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb

27 Noyabr 2021, 12:40 (GMT +4)
DİN: Ötən gün 70 nəfər şənliyə buraxılmayıb

27 Noyabr 2021, 12:33 (GMT +4)
Türkiyə Suriyada Sülh Bulağı əməliyyatı zonasına daxil olan dörd silahlını zərərsizləşdirdiyini bildirib

27 Noyabr 2021, 12:30 (GMT +4)
Şirvanda sürücü polisə müqavimət göstərərək qaçıb

27 Noyabr 2021, 12:20 (GMT +4)
Sumqayıtda keçmiş məhkum qardaşının evindən oğurluq edib

27 Noyabr 2021, 12:00 (GMT +4)
FHN Şəmkirdə tikinti bazarında yanğınla bağlı əməliyyat görüntülərini yayıb (VİDEO)

27 Noyabr 2021, 11:50 (GMT +4)
Səudiyyə Ərəbistanı Yəmənin paytaxtına hava zərbələri endirib, dağıntılar var

27 Noyabr 2021, 11:40 (GMT +4)
Bayden Putin və Zelenski ilə danışacağına söz verib

27 Noyabr 2021, 11:30 (GMT +4)
Türkiyədə zəlzələ olub

27 Noyabr 2021, 11:21 (GMT +4)
Suriya hökuməti 10 ildən sonra Ərəb Dövlətləri Liqasına qayıdır

27 Noyabr 2021, 11:20 (GMT +4)
Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

27 Noyabr 2021, 11:10 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

27 Noyabr 2021, 11:00 (GMT +4)
Paşinyan: “Dinamika yarada bilsək, konkret nəticələr gözləmək olar”

27 Noyabr 2021, 10:50 (GMT +4)
Gəncədə koronavirus xəstəsinə cinayət işi açılıb

27 Noyabr 2021, 10:40 (GMT +4)
Bakıda qanunsuz küçə ticarətinə qarşı reydlər keçirilir, cərimə olunanlar var

27 Noyabr 2021, 10:33 (GMT +4)
ÜST koronavirusun ən sürətli yayılan yeni növünü “Umicron” adlandıraraq xəbərdarlıq edib

27 Noyabr 2021, 10:30 (GMT +4)
Nazirlik: Bu günə qədər 30 minə yaxın şəxsə əks-göstəriş sertifikatı verilib

27 Noyabr 2021, 10:20 (GMT +4)
XİN: 26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib

27 Noyabr 2021, 10:10 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

27 Noyabr 2021, 10:00 (GMT +4)
Azərbaycan nefti kəskin ucuzlaşıb

27 Noyabr 2021, 09:56 (GMT +4)
Əlcəzair prezidenti İsrail-Mərakeş əlaqələrinin möhkəmlənməsini tənqid edib

27 Noyabr 2021, 09:21 (GMT +4)
Tunisdə Daxili İşlər Nazirliyinin binasına hücumun qarşısı alınıb (VİDEO)

26 Noyabr 2021, 21:52 (GMT +4)
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Bəyanat imzalayıblar (TAM MƏTN)

26 Noyabr 2021, 17:59 (GMT +4)
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

26 Noyabr 2021, 17:45 (GMT +4)
Payız ağac əkini başlayandan bu günədək 560 minə yaxın ağac əkilib

26 Noyabr 2021, 17:33 (GMT +4)
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib

26 Noyabr 2021, 17:22 (GMT +4)
Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66