Gürcüstanda həbsxanada baş verən yanğında iki məhbus ölüb15 Oktyabr 2021, 16:30 (GMT +4) Bakı, 15 oktyabr, SalamNews. Gürcüstanın Rustavi şəhərində 17 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib.
SalamNews-un Gürcüstan KİV-lərə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki məhbus ölüb.
Qeyd edək ki, həbsxanada yanğın ötən gün baş verib. Yeməkxana ərazisində baş verən yanğının söndürülməsinə 6 yanğınsöndürən maşın cəlb edilib.
|