Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident: “İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı bütün ittihamları rədd edirik”

13 Oktyabr 2021, 13:58 (GMT +4)

Bakı, 13 oktyabr, SalamNews. “Bilirsiniz, bu, bəhanədir. Baş verənlərin səbəbi bizim bəzi digər ölkələrlə olan münasibətimiz deyil, çünki xarici siyasətimiz çox açıqdır, şəffafdır, sabit və dediyim kimi, müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq”.

SalamNews-un məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində İranla bağlı suala cavab verərkən deyib.

Dövlət başçısı qeyd edib ki, baş verənlərin səbəbi çox sadədir: “Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi. Sonra biz ikinci addımı atmalı olduq. Biz diplomatik nota hazırladıq, səfiri dəvət etdik və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma, əslində, bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bir çox hallarda mən Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışanda, - əslində, bunların hamısı çap edilib, – demişəm ki, bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir. Səkkiz il ərzində işlədiyimiz əvvəlki İran hökuməti ilə biz münasibətlərimizi ən yüksək mümkün səviyyəyə qaldıra bildik. Mənim həmkarım cənab Həsən Ruhani ilə ondan artıq görüşüm olub. Bütün həmin görüşlər məhsuldar olub. Biz enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişləri imzalamışıq və icra etmişik. Münasibətlərimiz, əslində, dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdir. İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və Baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar. Eyni zamanda, digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi. Buna görə, biz, ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik”.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 Dekabr 2021, 09:50 (GMT +4)
DİN: Həftəsonu 281 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

06 Dekabr 2021, 09:50 (GMT +4)
Küveyt İsrailə gedib gələn gəmiləri öz sularına buraxmayacaq

06 Dekabr 2021, 09:40 (GMT +4)
MN Kəlbəcər rayonunun Keçiliqaya kəndindən videogörüntülər yayımlayıb (VİDEO)

06 Dekabr 2021, 09:30 (GMT +4)
Ağdaşda qəbiristanlıqda oğurluq edənlər saxlanılıb

06 Dekabr 2021, 09:20 (GMT +4)
Sabirabadda avtomobil su kanalına aşıb

06 Dekabr 2021, 09:10 (GMT +4)
DİN: Həftəsonu yol qəzalarında 9 nəfər ölüb

06 Dekabr 2021, 09:00 (GMT +4)
İŞİD Kərkükdə bir kəndi nəzarətə götürüb, çoxsaylı evlər yandırılıb

06 Dekabr 2021, 08:09 (GMT +4)
Azərbaycanın Tehrandakı səfiri İran XİN-in sözçüsü ilə görüşüb (FOTO)

06 Dekabr 2021, 01:33 (GMT +4)
"Qalatasaray"ın sabiq futbolçusu klubsuz qalıb

06 Dekabr 2021, 00:56 (GMT +4)
PSJ İngiltərədən futbolçu alır 

06 Dekabr 2021, 00:24 (GMT +4)
Elmar Baxşıyev: İddiamızı ortaya qoyacağıq

06 Dekabr 2021, 00:03 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qəbələ" yenidən 2-ci pilləyə yüksəlib, "Neftçi" "Sumqayıt"ı məğlub edə bilməyib

04 Dekabr 2021, 16:50 (GMT +4)
Buster doza ilə vaksin olunanların sayı 1 milyona çatır

04 Dekabr 2021, 16:41 (GMT +4)
İranın Qərbi-Azərbaycan əyalətində ölkəyə qaçaq yolla gətirilmiş silah yükü aşkarlanıb

04 Dekabr 2021, 16:30 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

04 Dekabr 2021, 16:00 (GMT +4)
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb

04 Dekabr 2021, 15:50 (GMT +4)
Emanuel Makron körfəz ərəb dövlətlərinə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gedib

04 Dekabr 2021, 15:46 (GMT +4)
İngiltərə klubları Avropa Super Liqasına qoşulmaq istəyirlər

04 Dekabr 2021, 15:40 (GMT +4)
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib

04 Dekabr 2021, 15:30 (GMT +4)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)

04 Dekabr 2021, 15:25 (GMT +4)
"Zenit"in futbolçuları meydana sahibsiz itlərlə çıxıb - (FOTO)

04 Dekabr 2021, 15:20 (GMT +4)
"Yevlax Pilot Aqropark”da 1 500 nəfər işlə təmin ediləcək

04 Dekabr 2021, 15:10 (GMT +4)
Mediasiya Şurasının İdarə Heyətinə yeni üzv seçilib

04 Dekabr 2021, 15:00 (GMT +4)
Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

04 Dekabr 2021, 14:55 (GMT +4)
1954-cü il dünya çempionatının son yadigarı dünyasını dəyişib

04 Dekabr 2021, 14:52 (GMT +4)
Rusiya İsraili “kütləvi qırğın silahların olmadığı Yaxın Şərq” danışıqlarına qoşulmağa çağırıb

04 Dekabr 2021, 14:50 (GMT +4)
Azərbaycan Prezidenti finlandiyalı həmkarını təbrik edib

04 Dekabr 2021, 14:40 (GMT +4)
Azərbaycan Güləş Federasiyasından oğurluq edən şəxslər saxlanılıb (VİDEO)

04 Dekabr 2021, 14:38 (GMT +4)
Dünya Güləş Birliyi daha bir güləşçimizə pul ayırıb

04 Dekabr 2021, 14:30 (GMT +4)
Ağdaşda koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66