Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Xalq artisti Ağakişi Kazımov vəfat edib

08 Oktyabr 2021, 15:25 (GMT +4)

Bakı, 8 oktyabr, SalamNews. Azərbaycan teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov vəfat edib.

SalamNews xəbər verir ki, Xalq artisti bu gün 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Kazımov 1935-ci il noyabrın 28-də anadan olub. Aktyor ömrünün çox hissəsini teatr sahəsinə həsr edib.

O, 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil alıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edib.

1960-cı ildə A.Kazımov Quba Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə göndəriş alıb. 1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. A.Kazımovun quruluşları monumental səhnə həlli, milli ənənəyə sadiqliyi ilə səciyyəvidir. Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N.Vəzirov), "Toy" (S.Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S.Dağlı), "Arşın mal alan" (Ü.Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ.Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ.Coşqun), "Məlik Məmməd" (Ə.Abbasov), "Hacı Qənbər" (N.Vəzirov), "Kiçik təpə" (N.Xəzri), "Büllur sarayda" (İ.Əfəndiyev) tamaşalar müxtəlif janrdadır.

A.Kazımov 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

02 Dekabr 2021, 14:22 (GMT +4)
İsrail İranla böyük dövlətlərinin nüvə danışıqlarının dərhal dayandırılmasını istəyib

02 Dekabr 2021, 14:20 (GMT +4)
Bakı sakinindən silah-sursat götürülüb

02 Dekabr 2021, 14:10 (GMT +4)
Azərbaycan Ordusunun PUA bölmələri təlim-məşq uçuşları keçirib (VİDEO)

02 Dekabr 2021, 14:00 (GMT +4)
Bu il Azərbaycanda 50 mindən çox şəxsə əlillik təyin edilib

02 Dekabr 2021, 13:50 (GMT +4)
Müəllimlərin 90 mindən çoxu koronavirus əleyhinə peyvəndin üçüncü dozasını vurdurub

02 Dekabr 2021, 13:40 (GMT +4)
Azərbaycanda növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər

02 Dekabr 2021, 13:30 (GMT +4)
Hikmət Hacıyev helikopter qəzası barədə rəsmi məlumatın gec açıqlanmasına münasibət bildirib

02 Dekabr 2021, 13:26 (GMT +4)
BMT Efiopiya paytaxtının Kabil kimi süqut edə biləcəyi haqda xəbərdarlıq edib

02 Dekabr 2021, 13:20 (GMT +4)
Fuad Muradov Britaniyaya səfərə gedib

02 Dekabr 2021, 13:10 (GMT +4)
DİN: Son 8 gündə yol qəzalarında 14 nəfər ölüb

02 Dekabr 2021, 13:00 (GMT +4)
Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb

02 Dekabr 2021, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

02 Dekabr 2021, 12:40 (GMT +4)
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

02 Dekabr 2021, 12:36 (GMT +4)
Türkiyə prezidenti ilə BƏƏ vəliəhdi arasında telefon danışığı olub

02 Dekabr 2021, 12:30 (GMT +4)
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib

02 Dekabr 2021, 12:27 (GMT +4)
“QIZIL BUTA” mükafatının təqdimatı olacaq

02 Dekabr 2021, 12:20 (GMT +4)
Azərbaycan və Ukrayna prokurorluqları arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb

02 Dekabr 2021, 12:10 (GMT +4)
Bakıda qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısı alınıb

02 Dekabr 2021, 12:00 (GMT +4)
Ermənistan nümayəndələrinin UNESCO-nun iclasını siyasiləşdirməsinin qarşısı alınıb

02 Dekabr 2021, 11:55 (GMT +4)
Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb

02 Dekabr 2021, 11:50 (GMT +4)
Ötən gün 4 nəfər cərimə olunub, 73 nəfər şənliyə buraxılmayıb

02 Dekabr 2021, 11:48 (GMT +4)
Gənclər və İdman naziri dünya çempionatında medal qazanmış idmançılarla görüşüb

02 Dekabr 2021, 11:46 (GMT +4)
MAQATE sədri İranda uranın 90 faizlik zənginləşdirilməsini təkzib edib

02 Dekabr 2021, 11:40 (GMT +4)
Hikmət Hacıyev: Dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq

02 Dekabr 2021, 11:30 (GMT +4)
“Qırmızı kitab”a düşən ağacları kəsən şəxsə cinayət işi açılıb

02 Dekabr 2021, 11:22 (GMT +4)
"Bazel"in prezidenti: "Qarabağ"a qarşı finala bərabər matçımız var

02 Dekabr 2021, 11:20 (GMT +4)
“Azəriqaz” media mənsubları üçün “Açıq qapı” aksiyası keçirəcək

02 Dekabr 2021, 11:19 (GMT +4)
BMT Baş Assambleyası İsraildən Suriyanın Colan Yüksəkliklərini tərk etməyi istəyib

02 Dekabr 2021, 11:10 (GMT +4)
Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırıb

02 Dekabr 2021, 11:00 (GMT +4)
Laçında ağacəkmə aksiyası keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66