Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Vətən müharibəsində hərbçi kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib

04 Oktyabr 2021, 17:58 (GMT +4)

Bakı, 4 oktyabr, SalamNews. Bu gün Bakı İdman Sarayında davam edən Milli Kitab Satış Sərgisi çərçivəsində 44 günlük Vətən Müharibəsində hərbçi kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib.

SalamNews xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Vətən Müharibəsində 30-dək jurnalist hərbçi olaraq döyüşüb. “Onlar qələmlərini silahla əvəzləyərək Vətənin çağırışına səs vermiş həmkarlarımızdır. Hər biri bizim, ümumilikdə media ictimaiyyətimiz üçün dəyərlidir. Mətbuat Şurası müharibə müddətində onların valideynləri, ailə üzvləri ilə daim təmasda oldu. Biz gördük ki, onlar öz övladları ilə necə fəxr edirlər. Əlbəttə, hər birimiz fəxr və qürur hissi keçirirdik. Müharibədə döyüşmüş jurnalistlər bizim üçün əzizdirlər. Mətbuat Şurası olaraq çalışacağıq ki, onlar Azərbaycan dövlətinin bu və ya digər imtiyazlarından bəhrələnə bilsinlər. Ümumən döyüşçü jurnalistlərimizi daim diqqətdə saxlayacağıq”, - deyən Ə.Amaşov vurğulayıb ki, rəhbərlik etdiyi qurum Vətən Müharibəsinin ildönümü ilə əlaqədar müharibədə iştirak etmiş, eləcə də müharibəni işıqlandırmış jurnalistlərə yönəlik müxtəlif aksiyalar reallaşdırmağı planlaşdırıb. Bu günkü görüş həmin tədbirlərin ilkidir. Ə.Amaşov rəhbərlik etdiyi qurumun təşəbbüsünün gerçəkləşrilməli ilə əlaqədar dövlət qurumları ilə danışıqlar aparıldığını diqqətə çatdırıb. Müvafiq razılıb əldə edildikdən sonra həmin tədbirlər gerçəkləşdiriləcək və bu barədə cəmiyyət məlumatlandırılacaqdır. O, həmçinin Zəfər Gününə qədər döyüşdə olmuş media təmsilçilərinin xatirələrinin yer aldığı kitabın nəşrinin planlaşdırıldığını diqqətə çatdırıb və jurnalistlərdən cəbhə xatirələrini qələmə alaraq Şuraya göndərməyi xahiş edib.

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, toplantı Vətən Müharibəsinə döyüşçü kimi qatılmış media təmsilçilərinin əməyinə dəyər vermək baxımından əhəmiyyətlidir. O, rəhbərlik etdiyi qurumun bu təşəbbüsə həvəslə qoşulduğunu deyib. Ş.Xuduoğlu həmin jurnalistlərin döyüş xatirələrinin toplanaraq kitab şəklində nəşri təşəbbüsdən də söz açıb və bildirib ki, Mətbuat Şurasının irəli sürdüyü bu təşəbbüsə “Qanun” Nəşrlər Evi tərəfindən dəstək olacaq və həmin kitabın nəşri həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov çıxışında Vətən Müharibəsinin informasiya savaşı mərhələsindən söz açıb. O, jurnalistlərin həmin savaşda fədakarlıq göstərdiklərini vurğulayaraq bunun yekun zəfərin əldə edilməsində müstəsna rol oynadığını önə çəkib, bununla əlaqədar maraqlı məqamlara toxunub.

MŞ sədri Ə.Amaşov 44 günlük Vətən Müharibəsi dönəmində AR Müdafiə Nazirliyinin Mətbuat xidmətinin kifayət qədər operativ çalışdığını vurğulayaraq, buna görə xidmətin MŞ tərəfindən xüsusi diplomla təltif edildiyini vurğulayıb və diplomu A.Eyvazova təqdim edib.

MŞ sərinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli də çıxışını müharibənin informasiya cəbhəsinin vacibliyi üzərində qurub. O bildirib ki, erməni saytı olan “news.am” 44 günlük müharibədə Ermənistanın müvafiq dövlət qurumlarının danışdıqları yalanları günbəgün göstərən kampaniyaya start verib. M.Ələsgərli bundan fərqli olaraq AR Müdafiə Nazirliyinin, eləcə də digər müvafiq strukturların dəqiq və operativ çalışdıqlarını, cəmiyyəti dolğun informasiyalarla təmin etdiklərini vurğulayıb. MŞ sədrinin müavini həmçinin müharibədə döyüşmüş jurnalistlərin də öz işlərinə peşəkar yanaşdıqlarını, hərbi forma geyindikdən sonra sırf hərbçi kimi davrandıqlarını dilə gətirib, Ermənistan tərəfdə söz azadlığı və jurnalist təhlükəsizliyi müstəvisində ciddi spekulyasiyaların həyata keçirildiyindən söz açıb.

Müharibədə döyüşmüş jurnalistlərdən – Pərviz Aslanov, Məğrur Əliyev, Fərid Teymurxanlı, Nurlan Əliməmmədov, Nahid Salayev, Mahal Məmmədov və digərləri çıxışlarında döyüş xatirələrini bölüşərək bildiriblər ki, 44 günlük Vətən Müharibəsində iştirak etmək, torpaqlarımızın azadlığı uğrunda döyüşmək onlar üçün böyük qürur və fəxarət anlarıdır və bu anlar ömür yollarında əbədi qalacaqdır. Onlar həmçinin Vətən Müharibəsi dövründə Azərbaycan xalqının birlik və bütövlük nümayişinin yekun qələbənin qazanılmasında müstəsna önəm daşıdığını vurğulayıblar.

Görüşdə müharibədə iştirak etmiş bir qrup jurnalistə Azərbaycan Mətbuat Şurasının bir neçə ay öncə təsis etdiyi “Qələmdən süngüyə” mükafatı təqdim olunub.

Görüşdən sonra isə toplantı iştirakçıları Milli Kitab Satış Sərgisi ilə tanış olublar. Jurnalistlərə “Qanun” Nəşrlər Evi tərəfindən kitablar hədiyyə edilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

02 Dekabr 2021, 13:26 (GMT +4)
BMT Efiopiya paytaxtının da Kabil kimi süqut edə biləcəyi haqda xəbərdarlıq edib

02 Dekabr 2021, 13:20 (GMT +4)
Fuad Muradov Britaniyaya səfərə gedib

02 Dekabr 2021, 13:10 (GMT +4)
DİN: Son 8 gündə yol qəzalarında 14 nəfər ölüb

02 Dekabr 2021, 13:00 (GMT +4)
Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb

02 Dekabr 2021, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

02 Dekabr 2021, 12:40 (GMT +4)
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

02 Dekabr 2021, 12:36 (GMT +4)
Türkiyə prezidenti ilə BƏƏ vəliəhdi arasında telefon danışığı olub

02 Dekabr 2021, 12:30 (GMT +4)
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib

02 Dekabr 2021, 12:27 (GMT +4)
“QIZIL BUTA” mükafatının təqdimatı olacaq

02 Dekabr 2021, 12:20 (GMT +4)
Azərbaycan və Ukrayna prokurorluqları arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb

02 Dekabr 2021, 12:10 (GMT +4)
Bakıda qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısı alınıb

02 Dekabr 2021, 12:00 (GMT +4)
Ermənistan nümayəndələrinin UNESCO-nun iclasını siyasiləşdirməsinin qarşısı alınıb

02 Dekabr 2021, 11:55 (GMT +4)
Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb

02 Dekabr 2021, 11:50 (GMT +4)
Ötən gün 4 nəfər cərimə olunub, 73 nəfər şənliyə buraxılmayıb

02 Dekabr 2021, 11:48 (GMT +4)
Gənclər və İdman naziri dünya çempionatında medal qazanmış idmançılarla görüşüb

02 Dekabr 2021, 11:46 (GMT +4)
MAQATE sədri İranda uranın 90 faizlik zənginləşdirilməsini təkzib edib

02 Dekabr 2021, 11:40 (GMT +4)
Hikmət Hacıyev: Dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq

02 Dekabr 2021, 11:30 (GMT +4)
“Qırmızı kitab”a düşən ağacları kəsən şəxsə cinayət işi açılıb

02 Dekabr 2021, 11:22 (GMT +4)
"Bazel"in prezidenti: "Qarabağ"a qarşı finala bərabər matçımız var

02 Dekabr 2021, 11:20 (GMT +4)
“Azəriqaz” media mənsubları üçün “Açıq qapı” aksiyası keçirəcək

02 Dekabr 2021, 11:19 (GMT +4)
BMT Baş Assambleyası İsraildən Suriyanın Colan Yüksəkliklərini tərk etməyi istəyib

02 Dekabr 2021, 11:10 (GMT +4)
Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırıb

02 Dekabr 2021, 11:00 (GMT +4)
Laçında ağacəkmə aksiyası keçirilib

02 Dekabr 2021, 10:55 (GMT +4)
"Barselona" sabiq baş məşqçisinə 4 milyon avro təzminat ödəyəcək

02 Dekabr 2021, 10:50 (GMT +4)
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Türkiyə şirkəti ilə toxumçuluğun inkişafına dair görüş keçirilib

02 Dekabr 2021, 10:47 (GMT +4)
İran XİN ölkə sərhədçiləri ilə Taliban qüvvələrinin atışmasına münasibət bildirib

02 Dekabr 2021, 10:40 (GMT +4)
“Azəralüminium”un Müşahidə Şurasının iclası keçirilib

02 Dekabr 2021, 10:30 (GMT +4)
İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib

02 Dekabr 2021, 10:25 (GMT +4)
“Real”a getməkdənsə, ölməyi üstün tuturam - Jerar Pike

02 Dekabr 2021, 10:23 (GMT +4)
Ekspert: Məlumatların oğurlanmaması üçün hər gün müasir təhlükəsizlik tədbirləri görülməlidir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66