Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

DSX: İrandan Azərbaycana keçmək istəyən narkotacirlər saxlanılıb

30 Sentyabr 2021, 16:34 (GMT +4)

Bakı, 30 sentyabr, SalamNews. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitə­lərin, psixotrop maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.

DSX-in Mətbuat Mərkəzindən SalamNews-a bildirilib ki, sentyabr ayı ərzində Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təx­mini çəkisi 28 kiloqram 240 qram narkotik vasitəyə, 1620 ədəd psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələrin, eləcə də silah-sursatın döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Biləsuvar şəhəri, 15 sentyabr tarixində Cəbrayıl rayonunun Əmirvarlı və Cəlilabad rayonunun Kövüzbulaq kəndləri istiqamətində dövlət sərhədinin yaxınlığında ümumi çəkisi 18140 qram narkotik vasitəyə bənzər maddələr (15515 qram heroin, 375 qram marixuana, 310 qram metamfetamin və 2300 qram növü bilinməyən dərman) aşkarlanaraq götürülüb.

Sentyabr ayının 30-da saat 03:40 radələrində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əlində bağlama ilə hərərkət edən bir nəfər şübhəli şəxs saxlanılıb.

Araşdırma zamanı qeyd olunan şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 1976-cı il təvəllüdlü Ağayev Asif Ağacəfər oğlu olması müəyyən­ləşdirilib, onun əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 10100 qram narkotik vasitəyə bənzər maddələr (9100 qram heroin, 300 qram metamfetamin, 700 qram marixuana və 1620 ədəd güclü təsirli dərman preparatları), 1 ədəd 9 mm kalibrli “AKREP 2004 magnum” markalı tapança, 1 ədəd güllə darağı və 2 ədəd güllə aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2021, 11:20 (GMT +4)
Nursultan Nazarbayev Azərbaycan Prezidentinə başsağlığı verib

01 Dekabr 2021, 11:10 (GMT +4)
Yevlaxda dəyirmanda yanğın olub

01 Dekabr 2021, 11:00 (GMT +4)
Xocavəndə icazəsiz keçən 9 nəfər saxlanılıb

01 Dekabr 2021, 10:50 (GMT +4)
Şamaxıda restoran sahibi barəsində cinayət işi başlanılıb

01 Dekabr 2021, 10:49 (GMT +4)
Avropalı diplomatlar nüvə sazişilə bağlı danışıqlarda irəliləyişin olduğunu bildiriblər

01 Dekabr 2021, 10:30 (GMT +4)
XİN Aİ-nin Azərbaycandakı nümayəndəsinə təşəkkür edib

01 Dekabr 2021, 10:20 (GMT +4)
Pakistan səfirliyi Azərbaycana başsağlığı verib

01 Dekabr 2021, 10:17 (GMT +4)
Taliban son dörd ayda Əfqanıstanda 100-dən çox polis və təhlükəsizlik işçisini edam edib - Human Rights Watch

01 Dekabr 2021, 10:10 (GMT +4)
Azərbaycanın xarici işlər naziri Stokholma işgüzar səfərə yola düşüb.

01 Dekabr 2021, 10:00 (GMT +4)
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyü döşənir

01 Dekabr 2021, 09:50 (GMT +4)
İctimai yerlərdə koronavirus xəstələri aşkar edilərək saxlanılıblar

01 Dekabr 2021, 09:40 (GMT +4)
Azərbaycan nefti 5 %-dən çox ucuzlaşıb

01 Dekabr 2021, 09:40 (GMT +4)
Göygöldə bir neçə ildir cinayətlər törədən “fizika müəllimi” və dəstəsi ifşa edilib

01 Dekabr 2021, 09:40 (GMT +4)
Laçında hərbi və mülki təyinatlı obyektlər su ilə təchiz edilib

01 Dekabr 2021, 09:35 (GMT +4)
İraqın Seçki Komissiyası yekun nəticələri açıqlayıb, Sədrin partiyası öndə gedir

01 Dekabr 2021, 09:30 (GMT +4)
XİN Laçının işğaldan azad olunmasının 1 ili ilə bağlı paylaşım edib

01 Dekabr 2021, 09:20 (GMT +4)
Fələstin səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

01 Dekabr 2021, 09:10 (GMT +4)
Selcuk Bayraktar: Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı

01 Dekabr 2021, 09:05 (GMT +4)
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsinə hazır olduğunu bildirib

01 Dekabr 2021, 09:00 (GMT +4)
Laçının erməni işğalından azad olunmasından bir il ötür

01 Dekabr 2021, 02:03 (GMT +4)
İtaliya çempionatı: "Yuventus" səfərdə qalib gəlib

01 Dekabr 2021, 00:38 (GMT +4)
"Real"ın yarımmüdafiəçisi Eden Hazard yenidən zədələnib

01 Dekabr 2021, 00:18 (GMT +4)
"Neftçi"nin qış təlim-məşq toplanışı Türkiyədə baş tutacaq

30 Noyabr 2021, 22:55 (GMT +4)
I Divizion: MOİK və "Qaradağ Lökbatan" qələbə qazanıb, "Qarabağ" heç-heçə edib

30 Noyabr 2021, 22:00 (GMT +4)
"Qarabağ" Polşa klubu ilə qarşılaşacaq

30 Noyabr 2021, 21:58 (GMT +4)
AZAL-ın təyyarəsi güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb

30 Noyabr 2021, 21:41 (GMT +4)
Azərbaycanlı hakimlər Türkiyədə VAR seminarında iştirak edir

30 Noyabr 2021, 21:25 (GMT +4)
İranın Xarici İşlər Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 19:50 (GMT +4)
Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verib

30 Noyabr 2021, 19:30 (GMT +4)
2021-ci ilin ən yaxşı oyunçusu Benzemadır - "Real"ın yarımmüdafiəçisi

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66