Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Xəzər dənizinin sahilində qaz kəmərlərini kəsmək istəyən şəxslər saxlanılıb (VİDEO)

29 Sentyabr 2021, 17:14 (GMT +4)

Bakı, 29 sentyabr, SalamNews. Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd əməlin qarşısı alınıb.

Bu barədə SalamNews-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, müvafiq dövlət orqanlarından idarəyə daxil olan müraciətdə Xəzər rayonu Zirə qəsəbəsində dənizin sahilində istismarı dayandırılan qaz kəmərlərinin naməlum şəxslər tərəfindən kəsilməyə cəhd edildiyi bildirilib. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hadisəyə dərhal operativ reaksiya verərək dəmir boruları ələ keçirmək istəyən paytaxt sakinləri Zahid Zeynalov və Mahmudalı Bayramovu saxlayıblar.

Araşdırma zamanı müəyyən edilib ki, onlar boruları satmaq məqsədi ilə kəsmək istəyiblər. Müvafiq mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən məlum olub ki, həmin kəmərlərin istismarı dayandırılsa da, borularda müəyyən miqdarda qaz olub.

"Əgər polislər tərəfindən hadisənin qarşısı vaxtında alınmasaydı, orada insan təlafatı ilə nəticələnən güclü partlayış ola bilərdi.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizəni mütəmadi olaraq davam etdirir. Həyata keçirilən növbəti əməliyyat zamanı Xəzər dəninizin Türkan qəsəbəsi sahillərində paytaxt sakinləri Elman Nəsirov, Vüsal Əzizov və Mövla Dövlətova məxsus mühərriklə təchiz edilmiş qayıq saxlanılıb. Qayığa baxış zamanı dənizin dibi ilə çəkilən xüsusi əhəmiyyətli dövlət əmlakı hesab edilən 350 metr naqil aşkar edilib. Araşdırma zamanı bu şəxslərin balıq tutmaq adı ilə müvafiq dövlət orqanlarından icazə və kvota aldıqları amma dənizə çıxandan sonra həmin naqilləri oğurladıqları müəyyən edilib. Bu şəxslərə məxsus mühərriklə təchiz edilmiş qayığa baxış zamanı bir dənə də olsun balığın aşkar edilməməsi onların əsl məqsədlərinin məhz sualtı xətləri oğurlamaq olduğunu deməyə əsas verir. Sualtı naqilləri oğurlanmaqda şübhəli bilinən bu şəxslər əvvəllər də balıq tutumaq adı ilə dənizə çıxıb naqil oğurladıqları üçün su polisləri tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər və bu barədə digər dövlət orqanları məlumatlandırılıblar. Onlar bu dəfə dəb balıq tutma icazəsi ilə naqilləri oğurladıqları üçün polislər tərəfindən yenidən saxlanılıblar. Hazırda həmin şəxslər barəsində araşdırmalar davam etdirilir. Su polisləri tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı bundan sonra da qətiyyətli mübarizə tədbirləri davam etdiriləcək.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbir zamanı isə Neftçala rayonu Kür çayında yerləşən adalardan birində narkotik tərkibli çətənə kolları aşkar edilib. Adaya baxış zamanı ümumi çəkisi 7 kiloqram olan 41 ədəd yabanı halda bitən çətənə kolu aşkar edilərək götürülüb və məhv edilib.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Ağstafa rayonunda keçirdikləri növbəti tədbir zamanı isə elektrik cərəyanını artıran cihazlardan istifadə etməklə qanunsuz balıq ovlamaqla məşğul olan rayon sakini İsmayıl Tatarov saxlanılıb. Ona məxsus qayığa baxış zamanı balıq ovlamaq üçün istifadə etdiyi elektrik avadanlıqları, qanunsuz ovladığı müxtəlif növ balıq və digər balıqovlama alətləri aşkar olunaraq götürülüb.

Bu şəxslə profilaktik söhbət aparılan zaman polislər tərəfindən ona izah edilib ki, elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq onun öz həyatı üçün ciddi təhlükə yaradır. Həmçinin, vətəndaşlarımız da bilməlidirlər ki, bu üsulla tutulan balığı istehlak etmək insan orqanizmi üçün olduqca ziyanlıdır.

Su Polisləri tərəfindən Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıqla ölkəyə müxtəlif təyinatlı məhsulların, həmçinin narkotik vasitələrin gətirilməsini həyata keçirməyə çalışan, eləcə də adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Neftçala, Lənkəran, Xaçmaz rayonlarında idarənin inzibati ərazisinə daxil olan ərazilərdə, həmçinin Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında, Sarısu, “Şahdağ” Milli Qoruğu ərazisindəki su hövzələrində, qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2021, 10:10 (GMT +4)
Azərbaycanın xarici işlər naziri Stokholma işgüzar səfərə yola düşüb.

01 Dekabr 2021, 10:00 (GMT +4)
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyü döşənir

01 Dekabr 2021, 09:50 (GMT +4)
İctimai yerlərdə koronavirus xəstələri aşkar edilərək saxlanılıblar

01 Dekabr 2021, 09:40 (GMT +4)
Laçında hərbi və mülki təyinatlı obyektlər su ilə təchiz edilib

01 Dekabr 2021, 09:35 (GMT +4)
İraqın Seçki Komissiyası yekun nəticələri açıqlayıb, Sədrin partiyası öndə gedir

01 Dekabr 2021, 09:30 (GMT +4)
XİN Laçının işğaldan azad olunmasının 1 ili ilə bağlı paylaşım edib

01 Dekabr 2021, 09:20 (GMT +4)
Fələstin səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

01 Dekabr 2021, 09:10 (GMT +4)
Selcuk Bayraktar: Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı

01 Dekabr 2021, 09:05 (GMT +4)
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsinə hazır olduğunu bildirib

01 Dekabr 2021, 09:00 (GMT +4)
Laçının erməni işğalından azad olunmasından bir il ötür

01 Dekabr 2021, 02:03 (GMT +4)
İtaliya çempionatı: "Yuventus" səfərdə qalib gəlib

01 Dekabr 2021, 00:38 (GMT +4)
"Real"ın yarımmüdafiəçisi Eden Hazard yenidən zədələnib

01 Dekabr 2021, 00:18 (GMT +4)
"Neftçi"nin qış təlim-məşq toplanışı Türkiyədə baş tutacaq

30 Noyabr 2021, 22:55 (GMT +4)
I Divizion: MOİK və "Qaradağ Lökbatan" qələbə qazanıb, "Qarabağ" heç-heçə edib

30 Noyabr 2021, 22:00 (GMT +4)
"Qarabağ" Polşa klubu ilə qarşılaşacaq

30 Noyabr 2021, 21:58 (GMT +4)
AZAL-ın təyyarəsi güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb

30 Noyabr 2021, 21:41 (GMT +4)
Azərbaycanlı hakimlər Türkiyədə VAR seminarında iştirak edir

30 Noyabr 2021, 21:25 (GMT +4)
İranın Xarici İşlər Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 19:50 (GMT +4)
Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verib

30 Noyabr 2021, 19:30 (GMT +4)
2021-ci ilin ən yaxşı oyunçusu Benzemadır - "Real"ın yarımmüdafiəçisi

30 Noyabr 2021, 18:04 (GMT +4)
MM sədri helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

30 Noyabr 2021, 17:57 (GMT +4)
Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir

30 Noyabr 2021, 17:47 (GMT +4)
Prokuror Zakir Sultanova 12 il həbs cəzası istəyib

30 Noyabr 2021, 17:34 (GMT +4)
Mətbuat Şurasında “Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib

30 Noyabr 2021, 17:22 (GMT +4)
Putin ilk dəfə olaraq NATO-nun təlimlərindən narahat olduğunu açıq şəkildə dilə gətirib

30 Noyabr 2021, 17:16 (GMT +4)
Bakıda bir neçə marşrutun hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib

30 Noyabr 2021, 17:05 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

30 Noyabr 2021, 16:54 (GMT +4)
İran səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 16:47 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

30 Noyabr 2021, 16:37 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66