Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanla İraq arasında əməkdaşlığa dair iki sənəd imzalanıb

28 Sentyabr 2021, 18:02 (GMT +4)

Bakı, 28 sentyabr, SalamNews. Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, İraq Ticarət Palataları Federasiyasının dəstəyi ilə işgüzar əməkdaşlıq imkanlarına dair Azərbaycan-İraq Dəyirmi Masası keçirilib.

SalamNews-un KOBİA-ya istinadən verdiyi məlumata görə, tədbirdə hər iki ölkədən rəsmi şəxslər, sənaye, kənd təsərrüfatı, qida, əczaçılıq, tikinti, turizm və logistika sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Dəyirmi Masadakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-İraq iqtisadi əməkdaşlığının inkişaf etdiyini, bu istiqamətdə xüsusilə kiçik və orta sahibkarların əməkdaşlığa cəlb edilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. O, qeyd edib ki, Agentlik Azərbaycan və İraq arasında işgüzar əməkdaşlığın genişləndirilməsi üçün birgə platformanın yaradılmasını dəstəkləməyə hazırdır. KOBİA-nın fəaliyyəti barədə məlumat verən O. Məmmədov Agentliyin ölkəmizdə biznes fəaliyyəti qurmaq istəyən İraq iş adamlarına müvafiq qurumlarla əlaqələndirmə, etibarlı yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə biləcəyini diqqətə çatdırıb, sahibkarları dəyirmi masa çərçivəsində fəal müzakirələrə dəvət edib.

İraq Ticarət Palataları Federasiyasının prezidenti Abdulrazaq Al-Zuhiri ölkəsinin Azərbaycana investisiya qoyuluşunda, yerli məhsullarımızın İraq bazarına çıxarılmasında, iş adamları arasında əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi istiqamətində Fondun gördüyü işlər barədə məlumat verib, işgüzar əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

İraqın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori və Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov ölkələrimiz arasında əlaqələrə dair məlumat verib, bu cür tədbirlərin iki ölkənin biznes dairələrinin əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynayacağını qeyd ediblər.

Azərbaycan və İraq iş adamları, sənaye parkları və biznes assosiasiyaların nümayəndələri fəaliyyətləri barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıblar.

Dəyirmi Masa çərçivəsində KOBİA və İraq Ticarət Palataları Federasiyası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palataları Federasiyasının prezidenti Abdulrazaq Al-Zuhiri imzalayıblar. Sənəddə KOB-ların dəstəklənməsinə dair təcrübə mübadiləsi, Azərbaycan və İraq KOB-ları arasında əlaqələrin qurulmasının təşviqi kimi məsələlər öz əksini tapıb.

Tədbir zamanı həmçinin, Azərbaycanın Ticarət və Sənaye Palatası və İraq Ticarət Palataları Federasiyası arasında əməkdaşlığa dair Saziş imzalanıb.

Bakıda səfərdə olan İraq Ticarət Palataları Federasiyasının nümayəndələri və sahibkarlar KOBİA-da və digər qurumlarda, biznes strukturlarında görüşlər keçiriblər. İraq nümayəndə heyəti səfər çərçivəsində Pirallahı Sənaye Parkı, Sumqayıt Texnologiyalar Parkı, eləcə də bir sıra sənaye müəssisələrində istehsal prosesi ilə tanış olacaqlar.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Oktyabr 2021, 18:01 (GMT +4)
KİV: Avstriya parlamenti Kurtsun toxunulmazlığını ləğv edə bilər

15 Oktyabr 2021, 17:52 (GMT +4)
AQTA: Gəncədə bitki və bitkiçilik məhsullarında zərərvericilər aşkarlanıb

15 Oktyabr 2021, 17:42 (GMT +4)
Şahdağ milli parkında ov edənlər 4 000 manat cərimələnib

15 Oktyabr 2021, 17:30 (GMT +4)
Rusiyadan Azərbaycana gətirilən kartofda zərərverici aşkarlanıb

15 Oktyabr 2021, 17:28 (GMT +4)
Azərbaycan I Divizionda V turun oyun cədvəli açıqlanıb - "Qəbələ"nin oyunu təxirə salınıb

15 Oktyabr 2021, 17:18 (GMT +4)
Ərdoğan Suriyada yeni antiterror əməliyyatı keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib

15 Oktyabr 2021, 17:12 (GMT +4)
Merkel sabah Türkiyəyə səfər edəcək

15 Oktyabr 2021, 17:02 (GMT +4)
Baş prokuror Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

15 Oktyabr 2021, 16:50 (GMT +4)
Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15 Oktyabr 2021, 16:45 (GMT +4)
Rusiyada COVID-19-a yoluxma və ölüm hallarında anti-rekord qeydə alınıb 

15 Oktyabr 2021, 16:39 (GMT +4)
Husilər Yəməndə bir rayonu nəzarətə götürüblər

15 Oktyabr 2021, 16:30 (GMT +4)
Gürcüstanda həbsxanada baş verən yanğında iki məhbus ölüb

15 Oktyabr 2021, 16:23 (GMT +4)
Müdafiə naziri Fransa nümayəndə heyəti ilə görüşüb

15 Oktyabr 2021, 16:15 (GMT +4)
Gənclər və idman naziri GUAM-ın baş katibi ilə görüşüb

15 Oktyabr 2021, 16:12 (GMT +4)
Vətən müharibəsi şəhidi Xaçmazda anılıb (FOTO)

15 Oktyabr 2021, 16:01 (GMT +4)
Bakıda ər arvadını qətlə yetirib

15 Oktyabr 2021, 15:50 (GMT +4)
Azərbaycan və Pakistan 20 adda məhsulu imtiyazlı şəkildə idxal-ixrac edəcək

15 Oktyabr 2021, 15:48 (GMT +4)
Vladimir Putin: Talibanı rəsmi səviyyədə tanımağa tələsməməliyik

15 Oktyabr 2021, 15:40 (GMT +4)
İranda koronavirusa qarşı hər iki vaksini vuranların sayı 22.8 milyonu keçib

15 Oktyabr 2021, 15:30 (GMT +4)
Azərbaycanda yenidoğulmuşlar arasında koronavirusa yoluxma halları qeydə alınıb

15 Oktyabr 2021, 15:17 (GMT +4)
İraqın şimalında son iki gündə 13 PKK terrorçusu zərərsizləşdirilib

15 Oktyabr 2021, 15:15 (GMT +4)
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - TAM MƏTN

15 Oktyabr 2021, 15:05 (GMT +4)
Azərbaycanda koronavirusla bağlı götürülən testlərin sayı 5 milyonu ötüb

15 Oktyabr 2021, 15:01 (GMT +4)
Kamran Quliyev: "Neftçi"nin 40 faiz gəliri digər sponsorlardan, UEFA yarışlarından və futbolçu satışındandı

15 Oktyabr 2021, 14:54 (GMT +4)
Xəbərdarlıq: Oktyabrın 18-dən hava qeyri-sabit olacaq, temperatur 3-6 dərəcə enəcək

15 Oktyabr 2021, 14:45 (GMT +4)
Əfqanıstanda bu gün şiələrin məscidində törədilən partlayışda ölənlərin sayı 25-ə çatıb (VİDEO)

15 Oktyabr 2021, 14:42 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı yenidən artıb

15 Oktyabr 2021, 14:39 (GMT +4)
Putin Qarabağdakı vəziyyəti "pis sülh yaxşı müharibədən yaxşıdır" deyərək şərh edib

15 Oktyabr 2021, 14:35 (GMT +4)
Peşə təhsilli şəxslərə yeni hüquq verilməsini nəzərdə tutan layihə I oxunuşda təsdiqlənib

15 Oktyabr 2021, 14:29 (GMT +4)
DÇ-2022: Braziliya və Argentina növbəti qələbəsini qazanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66