Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Kiçik Ürəklərdə Böyük Xatirələr” yaddaşlarda həkk olunacaq (VİDEO)

27 Sentyabr 2021, 17:45 (GMT +4)

Bakı, 27 sentyabr, SalamNews. Azercell-in şəhid övladları üçün uzunmüddətli reabilitasiya proqramı uğurla həyata keçdi.

SalamNews xəbər verir ki, əsas məqsədi ikinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün uzunmüddətli psixoloji reabilitasiya tədbirlərinin keçirilməsi olan “Kiçik ürəklərdə böyük xatirələr” layihəsi  “Azercell Telekom”-un dəstəyi və “GID CSR Consulting” şirkətinin peşəkar təlimçilərinin iştirakı ilə reallaşdı. Xatırladaq ki, 5-14 yaş arasında olan 300 şəhid övladı, eləcə də xanımlarının cəlb olunduğu layihə mart ayından etibarən bir neçə mərhələdən ibarət təlimlər və qrup çalışmalarını özündə birləşdirdi. 

Məsələn, “Art terapiya” (təsviri sənət terapiyası) uşaqlara musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi incəsənət sahələri vasitəsilə öz duyğu və hisslərini ifadə etmək imkanı yaratdı. “Arzular ağacı” adlı təlimin köməyilə isə böyük sarsıntı yaşayan uşaqların üzləşdikləri psixoloji problemləri adlamaqlarına, gələcəkdə yarana biləcək daha ağır çətinliklərin qarşısını almağa şərait yarandı. “Uğur hekayəsi” istiqamətindəki təlimlərdə isə tanınmış şəxslər, böyük çətinliklər bahasına uğur qazanmağı bacaran peşəkarlarla görüşlər keçirildi.

Layihənin daha bir vacib məqsədi isə şəhid övladlarının qəhrəman ataları haqqında xatirələri bir kitab halında toplamaq oldu. Tezliklə həm çap, həm də elektron formatda işıq üzü görəcək həmin kitab həm şəhidlərin öz ailə üzvləri üçün bir xatirə toplusu, həm də cəmiyyətimiz üçün Vətənin igid oğulları barədə daha zəngin məlumat mənbəyi olaraq müxtəlif kitab mərkəzləri, eləcə də Bookmate mobil kitabxanasında yerləşdiriləcək. 

“Kiçik ürəklərdə böyük xatirələr” layihəsi hər bir azərbaycanlının rahat gələcəyi naminə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən mərd və yenilməz hərbçilərimizə və onların ailələrinə duyulan hörmət və qayğının kiçik nümunəsidir.

Şəhid hərbçilərimizin xanımları və layihə təşkilatçılarının təəssüratlarını əks etdirən videonu sizinlə də bölüşmək istərdik: 

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 Oktyabr 2021, 17:50 (GMT +4)
Azərbaycan Prezidenti Füzuli şəhərinin təməl daşını qoyub

17 Oktyabr 2021, 17:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib

17 Oktyabr 2021, 17:30 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə səfərdə olublar

17 Oktyabr 2021, 14:00 (GMT +4)
Ombudsman Ermənistanın Gəncəyə raket zərbəsi endirməsinin ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

17 Oktyabr 2021, 12:20 (GMT +4)
Hikmət Hacıyev: Ötən ilin bu günündə ermənilərin Füzulidəki əsas qalası darmadağın edildi

17 Oktyabr 2021, 09:25 (GMT +4)
MN: Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması Ermənistanın növbəti yalanıdır

17 Oktyabr 2021, 09:00 (GMT +4)
Gəncə şəhərində terror hadisəsinin ildönümü ilə bağlı yürüş təşkil edilib

17 Oktyabr 2021, 00:09 (GMT +4)
Ermənistanın Gəncə və Mingəçevirdə törətdiyi növbəti terrordan bir il keçir

17 Oktyabr 2021, 00:06 (GMT +4)
Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasından 1 il ötür

16 Oktyabr 2021, 17:02 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16 Oktyabr 2021, 16:50 (GMT +4)
Bakıda Ukrayna Mərkəzi açılıb

16 Oktyabr 2021, 16:44 (GMT +4)
Saakaşvili tibbi müayinədən keçməyə və dərman qəbul etməyə razılıq verib

16 Oktyabr 2021, 16:37 (GMT +4)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

16 Oktyabr 2021, 16:26 (GMT +4)
Yaponiyanın yeni Baş naziri ABŞ-a səfər etmək istədiyini açıqlayıb

16 Oktyabr 2021, 16:18 (GMT +4)
Nazirlik: Prezidentin yeni sərəncamı 1 milyon 800 min vətəndaşı əhatə edəcək

16 Oktyabr 2021, 16:07 (GMT +4)
NK: Əməkhaqlarının, pensiya və təqaüdlərin artırılması üçün təkliflərin hazırlanmasına başlanılıb

16 Oktyabr 2021, 15:56 (GMT +4)
İranın Mərkəzi Bankının sabiq sədri 10 il müddətində azadlıqdan məhrum edilib

16 Oktyabr 2021, 15:50 (GMT +4)
Təbii qaz üzrə tariflərin dəyişdirilməsinin səbəbləri və təsirləri açıqlanıb

16 Oktyabr 2021, 15:37 (GMT +4)
Türkiyədə Rəcəb Tayyib Ərdoğanla Angela Merkel arasında danışıqlar keçirilir 

16 Oktyabr 2021, 15:35 (GMT +4)
Azərbaycanda əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır

16 Oktyabr 2021, 15:25 (GMT +4)
Prezident əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb

16 Oktyabr 2021, 15:15 (GMT +4)
Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlanıb

16 Oktyabr 2021, 15:04 (GMT +4)
Fələstinli hərəkatlar İsrailli əsirlərin görüntülərini yayımlayaraq Təl-Əvivə xəbərdarlıq ediblər

16 Oktyabr 2021, 14:52 (GMT +4)
Azərbaycanda elektrik enerjisinin və təbii qazın qiyməti dəyişdirilib

16 Oktyabr 2021, 14:49 (GMT +4)
"Milan" belçikalı futbolçu ilə yeni müqavilə imzalayıb

16 Oktyabr 2021, 14:45 (GMT +4)
Gürcüstanda COVID-19-a gündəlik yoluxmalarda artım qeydə alınıb

16 Oktyabr 2021, 14:39 (GMT +4)
Prezident mədəniyyət xadimlərini təltif edib

16 Oktyabr 2021, 14:31 (GMT +4)
Fransa çempionatı: PSJ çətin qələbə qazanıb

16 Oktyabr 2021, 14:28 (GMT +4)
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar verib

16 Oktyabr 2021, 14:20 (GMT +4)
Millimizin hücumçusu Mahir Emrelinin transfer qiyməti artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66