Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Sahibkarlardan hədə-qorxu ilə pul tələb edən saxta jurnalist saxlanılıb

27 Sentyabr 2021, 15:39 (GMT +4)

Bakı, 27 sentyabr, SalamNews. Abşeron rayonunda yerləşən ictimai iaşə obyektlərindən birinin sahibi Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək guya obyektdə karantin qaydalarının pozulduğunu və bu barədə reportaj hazırlamamaq üçün ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən SalamNews-a verilən məlumata görə, Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən Nərmin Hacıyeva obyektin sahibindən 500 manat alan zaman saxlanılaraq Mehdiabad Polis Bölməsinə gətirilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqəsi və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Nərmin Hacıyevanın qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 Oktyabr 2021, 17:50 (GMT +4)
Azərbaycan Prezidenti Füzuli şəhərinin təməl daşını qoyub

17 Oktyabr 2021, 17:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib

17 Oktyabr 2021, 17:30 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə səfərdə olublar

17 Oktyabr 2021, 14:00 (GMT +4)
Ombudsman Ermənistanın Gəncəyə raket zərbəsi endirməsinin ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

17 Oktyabr 2021, 12:20 (GMT +4)
Hikmət Hacıyev: Ötən ilin bu günündə ermənilərin Füzulidəki əsas qalası darmadağın edildi

17 Oktyabr 2021, 09:25 (GMT +4)
MN: Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması Ermənistanın növbəti yalanıdır

17 Oktyabr 2021, 09:00 (GMT +4)
Gəncə şəhərində terror hadisəsinin ildönümü ilə bağlı yürüş təşkil edilib

17 Oktyabr 2021, 00:09 (GMT +4)
Ermənistanın Gəncə və Mingəçevirdə törətdiyi növbəti terrordan bir il keçir

17 Oktyabr 2021, 00:06 (GMT +4)
Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasından 1 il ötür

16 Oktyabr 2021, 17:02 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16 Oktyabr 2021, 16:50 (GMT +4)
Bakıda Ukrayna Mərkəzi açılıb

16 Oktyabr 2021, 16:44 (GMT +4)
Saakaşvili tibbi müayinədən keçməyə və dərman qəbul etməyə razılıq verib

16 Oktyabr 2021, 16:37 (GMT +4)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

16 Oktyabr 2021, 16:26 (GMT +4)
Yaponiyanın yeni Baş naziri ABŞ-a səfər etmək istədiyini açıqlayıb

16 Oktyabr 2021, 16:18 (GMT +4)
Nazirlik: Prezidentin yeni sərəncamı 1 milyon 800 min vətəndaşı əhatə edəcək

16 Oktyabr 2021, 16:07 (GMT +4)
NK: Əməkhaqlarının, pensiya və təqaüdlərin artırılması üçün təkliflərin hazırlanmasına başlanılıb

16 Oktyabr 2021, 15:56 (GMT +4)
İranın Mərkəzi Bankının sabiq sədri 10 il müddətində azadlıqdan məhrum edilib

16 Oktyabr 2021, 15:50 (GMT +4)
Təbii qaz üzrə tariflərin dəyişdirilməsinin səbəbləri və təsirləri açıqlanıb

16 Oktyabr 2021, 15:37 (GMT +4)
Türkiyədə Rəcəb Tayyib Ərdoğanla Angela Merkel arasında danışıqlar keçirilir 

16 Oktyabr 2021, 15:35 (GMT +4)
Azərbaycanda əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır

16 Oktyabr 2021, 15:25 (GMT +4)
Prezident əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb

16 Oktyabr 2021, 15:15 (GMT +4)
Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlanıb

16 Oktyabr 2021, 15:04 (GMT +4)
Fələstinli hərəkatlar İsrailli əsirlərin görüntülərini yayımlayaraq Təl-Əvivə xəbərdarlıq ediblər

16 Oktyabr 2021, 14:52 (GMT +4)
Azərbaycanda elektrik enerjisinin və təbii qazın qiyməti dəyişdirilib

16 Oktyabr 2021, 14:49 (GMT +4)
"Milan" belçikalı futbolçu ilə yeni müqavilə imzalayıb

16 Oktyabr 2021, 14:45 (GMT +4)
Gürcüstanda COVID-19-a gündəlik yoluxmalarda artım qeydə alınıb

16 Oktyabr 2021, 14:39 (GMT +4)
Prezident mədəniyyət xadimlərini təltif edib

16 Oktyabr 2021, 14:31 (GMT +4)
Fransa çempionatı: PSJ çətin qələbə qazanıb

16 Oktyabr 2021, 14:28 (GMT +4)
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar verib

16 Oktyabr 2021, 14:20 (GMT +4)
Millimizin hücumçusu Mahir Emrelinin transfer qiyməti artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66