Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Prezidenti İranın yük maşınları və hərbi təlimləri barədə danışıb

27 Sentyabr 2021, 14:50 (GMT +4)

Bakı, 27 sentyabr, SalamNews. “İranın yük maşınlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi ilk dəfə deyil. Bu, işğal dövründə də dəfələrcə baş verən hadisədir”.

SalamNews xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu” agentliyinə verdiyi müsahibəsində deyib.

“Bu yük maşınları müntəzəm şəkildə ora gedirdi. Bizim məlumatımız vardı. Əlbəttə ki, indiki kimi dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, narazılığımızı müxtəlif kanallarla İran tərəfinə bildirirdik. Lakin bu müddət davam edirdi. Müharibə bitdikdən sonra artıq Laçın dəhlizi bizim gözümüzün önündədir. Hərbi mövqelərimizdən Xankəndinə gedən yola qədər olan məsafə bəlkə də 5-6 metr təşkil edir. Laçın dəhlizi boyunca, eləcə də Şuşa ətrafında və digər bölgələrdə kifayət qədər texniki imkanlara sahibik. Kameralar var. Peykdən, dronlardan istifadə edirik. Gördük ki, yük maşınları müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda Prezident Administrasiyasının işçilərinə İranın Azərbaycandakı səfiri ilə danışmaqla bağlı göstəriş verdim. Bunu rəsmi etmək istəmirik. Dostca danışsınlar və buna son qoymaq lazım gəldiyini desinlər. Bu bizə qarşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Buna son qoyulmalıdır”, - deyə İlham Əliyev qeyd edib.

“Bu söhbət səhv etmirəmsə iyul ayında oldu. Bundan sonra, əlbəttə ki, bu məsələni izləməyə başladıq və hər ayın əvvəlində nə qədər yük maşınının çıxdığını, neçə maşının girdiyini, nə gətirdiyini, nə götürdüyü barədə bizdə məlumat olur. Avtomobillərin nömrələrinə qədər bizdə bütün məlumatlar var. Bu mediada da işıqlandırıldı. Lakin onlar nə etdilər? İran yük maşınlarına erməni maşın nömrələri yapışdırmağa çalışdırlar. Belə bir saxtakarlığa da əl atdılar. Bizi aldatmağa çalışdılar. O qədər bacarıqsız bir iş gördülər ki, maşının üstündəki tankerdə farsca yazılar, aşağıda isə erməni nömrələri vardı. Onu da qeyd edim ki, eyni nömrələri bir neçə maşının üzərinə də yapışdırmışdılar. Bu iş çox nizamsız edilmişdi. Bu isə onu göstərir ki, bu işi davam etdirmək, lakin üstünü örtmək istəyirlər. Belə olduqda, bir aydan sonra biz artıq rəsmi üsulla diplomatik nota verdik, İranın Azərbaycandakı səfiri Xarici işlər Nazirliyinə dəvət edildi.

Şikayətlərimiz ona bildirildi və bu vəziyyətə son qoyulması xahiş edildi. Bu avqust ayının ortalarında baş verib. Buna son qoyulacağına ümid edirdik. Lakin, avqustun 11-dən sentyabrın 11-i arasında 60-a yaxın İran yük maşını qanunsuz şəkildə Qarabağa hərəkət etdi. Bunun qarşısını almaq üçün artıq praktik addımlara keçdik. Davranışlarımız və hərəkətlərimiz məsuliyyətə sahibdir və dostluq münasibətlərinə əsaslanır. İlk dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi qeyd, üçüncü dəfə yoxlama məntəqələri, gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və bunun ardınca Qarabağa gedən yük maşınlarının sayı sıfıra endi. Məsələni bura qədər gətirmək lazım idi? Orada, rus sülhməramlılarının nəzarətindəki Qarabağ bölgəsində ümumi 25 min insan yaşayır. Bu bazar bu qədərmi önəmlidir? Bu ticarət dost və qardaş olaraq gördüyün ölkəyə açıqca hörmətsizlik edəcək qədərmi önəmlidir? 

Təbii ki, biz beynəlxalq konvensiyalar və beynəlxalq hüquqla müəyyən edilmiş bütün imkanlardan istifadə etmişik. Bəziləri deyir ki, sadəcə İran maşınlarından gömrük vergisi alırıq. Biz xarici ölkəyə getdikdə gömrük vergisi ödəyirik. Onlar da Azərbaycan torpaqlarından istifadə edirsə vergi ödəməlidir”, - deyə Prezident vurğulayıb.

***

“O ki qaldı bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüblü bir məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur, söz ola bilməz”.

“Ancaq eyni zamanda bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi?

Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir? Bu suallar legitim suallardır. Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir hal olmasın. Bir də demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır və təmkinlə aparır. Ümid edirik ki, bizim legitim addımlarımıza emosional reaksiya yəqin ki, müvəqqəti xarakter daşıyır”, - Prezident vurğulayıb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Oktyabr 2021, 18:01 (GMT +4)
KİV: Avstriya parlamenti Kurtsun toxunulmazlığını ləğv edə bilər

15 Oktyabr 2021, 17:52 (GMT +4)
AQTA: Gəncədə bitki və bitkiçilik məhsullarında zərərvericilər aşkarlanıb

15 Oktyabr 2021, 17:42 (GMT +4)
Şahdağ milli parkında ov edənlər 4 000 manat cərimələnib

15 Oktyabr 2021, 17:30 (GMT +4)
Rusiyadan Azərbaycana gətirilən kartofda zərərverici aşkarlanıb

15 Oktyabr 2021, 17:28 (GMT +4)
Azərbaycan I Divizionda V turun oyun cədvəli açıqlanıb - "Qəbələ"nin oyunu təxirə salınıb

15 Oktyabr 2021, 17:18 (GMT +4)
Ərdoğan Suriyada yeni antiterror əməliyyatı keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib

15 Oktyabr 2021, 17:12 (GMT +4)
Merkel sabah Türkiyəyə səfər edəcək

15 Oktyabr 2021, 17:02 (GMT +4)
Baş prokuror Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

15 Oktyabr 2021, 16:50 (GMT +4)
Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15 Oktyabr 2021, 16:45 (GMT +4)
Rusiyada COVID-19-a yoluxma və ölüm hallarında anti-rekord qeydə alınıb 

15 Oktyabr 2021, 16:39 (GMT +4)
Husilər Yəməndə bir rayonu nəzarətə götürüblər

15 Oktyabr 2021, 16:30 (GMT +4)
Gürcüstanda həbsxanada baş verən yanğında iki məhbus ölüb

15 Oktyabr 2021, 16:23 (GMT +4)
Müdafiə naziri Fransa nümayəndə heyəti ilə görüşüb

15 Oktyabr 2021, 16:15 (GMT +4)
Gənclər və idman naziri GUAM-ın baş katibi ilə görüşüb

15 Oktyabr 2021, 16:12 (GMT +4)
Vətən müharibəsi şəhidi Xaçmazda anılıb (FOTO)

15 Oktyabr 2021, 16:01 (GMT +4)
Bakıda ər arvadını qətlə yetirib

15 Oktyabr 2021, 15:50 (GMT +4)
Azərbaycan və Pakistan 20 adda məhsulu imtiyazlı şəkildə idxal-ixrac edəcək

15 Oktyabr 2021, 15:48 (GMT +4)
Vladimir Putin: Talibanı rəsmi səviyyədə tanımağa tələsməməliyik

15 Oktyabr 2021, 15:40 (GMT +4)
İranda koronavirusa qarşı hər iki vaksini vuranların sayı 22.8 milyonu keçib

15 Oktyabr 2021, 15:30 (GMT +4)
Azərbaycanda yenidoğulmuşlar arasında koronavirusa yoluxma halları qeydə alınıb

15 Oktyabr 2021, 15:17 (GMT +4)
İraqın şimalında son iki gündə 13 PKK terrorçusu zərərsizləşdirilib

15 Oktyabr 2021, 15:15 (GMT +4)
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - TAM MƏTN

15 Oktyabr 2021, 15:05 (GMT +4)
Azərbaycanda koronavirusla bağlı götürülən testlərin sayı 5 milyonu ötüb

15 Oktyabr 2021, 15:01 (GMT +4)
Kamran Quliyev: "Neftçi"nin 40 faiz gəliri digər sponsorlardan, UEFA yarışlarından və futbolçu satışındandı

15 Oktyabr 2021, 14:54 (GMT +4)
Xəbərdarlıq: Oktyabrın 18-dən hava qeyri-sabit olacaq, temperatur 3-6 dərəcə enəcək

15 Oktyabr 2021, 14:45 (GMT +4)
Əfqanıstanda bu gün şiələrin məscidində törədilən partlayışda ölənlərin sayı 25-ə çatıb (VİDEO)

15 Oktyabr 2021, 14:42 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı yenidən artıb

15 Oktyabr 2021, 14:39 (GMT +4)
Putin Qarabağdakı vəziyyəti "pis sülh yaxşı müharibədən yaxşıdır" deyərək şərh edib

15 Oktyabr 2021, 14:35 (GMT +4)
Peşə təhsilli şəxslərə yeni hüquq verilməsini nəzərdə tutan layihə I oxunuşda təsdiqlənib

15 Oktyabr 2021, 14:29 (GMT +4)
DÇ-2022: Braziliya və Argentina növbəti qələbəsini qazanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66