Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Sahibkarlar elektron dövlət qeydiyyatından istifadə haqda məlumatlandırılıb

25 Sentyabr 2021, 12:40 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə biznes qurmaq istəyən şəxslər, startaplar, mikro və kiçik sahibkarlıq subyektlər üçün “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatların üstünlükləri” mövzusunda onlayn seminar keçirib.

Bu barədə SalamNews-a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə qurumun Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlar, elektron qeydiyyatın yeni imkanları barədə ətraflı məlumat verib, elektron qeydiyyat sistemindən istifadə qaydalarını əyani şəkildə nümayiş etdirib. O, bildirib ki, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılan islahatların məqsədi biznesə başlanması prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Elektron qeydiyyat zamanı qeydiyyat sənədləri vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və sənədlərin kağız daşıyıcıda təqdim olunmasına ehtiyac olmur. Həmçinin elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatların müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Onlayn seminarda yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatına dair video çarx nümayiş olunub, biznesin qeydiyyatına və elektron qeydiyyat prosedurlarına dair iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mikro və kiçik sahibkarlıq subyektləri, startaplar və öz biznesini qurmaq istəyən şəxslər üçün KOBİA və Dövlət Vergi Xidməti mütəmadi maarifləndirici tədbirlər, o cümlədən təlim və seminarlar təşkil edir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Oktyabr 2021, 20:19 (GMT +4)
“İslam Peyğəmbərinin (s) həyat tərzi və müasir insan” mövzusunda konfrans keçirilib (FOTO)

21 Oktyabr 2021, 19:22 (GMT +4)
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlanıb

21 Oktyabr 2021, 19:00 (GMT +4)
"El Klasiko"nun hakimləri məlum olub

21 Oktyabr 2021, 18:30 (GMT +4)
Kriştiano Ronaldo daha bir rekord imza atıb

21 Oktyabr 2021, 18:03 (GMT +4)
"Sabah"ın baş məşqçisi Ramin Quliyev istefa verib

21 Oktyabr 2021, 18:02 (GMT +4)
Maduro Kolumbiya Parlamentinin ikitərəfli münasibətləri normallaşdırmaq təklifini dəstəkləyib

21 Oktyabr 2021, 17:55 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda 6 hərbçi itkin düşmüş sayılır

21 Oktyabr 2021, 17:48 (GMT +4)
"Qarabağ" - "Kayrat" matçında tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq

21 Oktyabr 2021, 17:44 (GMT +4)
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu ötüb

21 Oktyabr 2021, 17:34 (GMT +4)
Liviyada sabitliyə dəstək adlı beynəlxalq konfrans keçirilir

21 Oktyabr 2021, 17:24 (GMT +4)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb

21 Oktyabr 2021, 17:23 (GMT +4)
KXDR raket sınaqlarının ABŞ-a qarşı yönəlmədiyini açıqlayıb

21 Oktyabr 2021, 17:14 (GMT +4)
XİN Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb

21 Oktyabr 2021, 17:02 (GMT +4)
Sabah güclü külək əsəcək (XƏBƏRDARLIQ)

21 Oktyabr 2021, 16:50 (GMT +4)
“Azərişıq” Şuşada 5 transformator yarımstansiyası tikir

21 Oktyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb

21 Oktyabr 2021, 16:33 (GMT +4)
Suriyada terrorçuluqda ittihamlandırılan 24 nəfər edam edilib

21 Oktyabr 2021, 16:30 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının iclası keçirilib

21 Oktyabr 2021, 16:20 (GMT +4)
Nigeriyada quldurlar azı 30 nəfəri qaçırıb

21 Oktyabr 2021, 16:10 (GMT +4)
Metronun "Gənclik" stansiyası bu gün gücləndirilmiş rejimdə işləyəcək

21 Oktyabr 2021, 15:58 (GMT +4)
Bakı metrosunda daha bir aktiv koronavirus xəstəsi saxlanılıb 

21 Oktyabr 2021, 15:50 (GMT +4)
"Barselona" Ansu Fati ilə müqaviləni uzadıb

21 Oktyabr 2021, 15:47 (GMT +4)
Türkiyədə casusluq ittihamı ilə dörd rusiyalı həbs edilib 

21 Oktyabr 2021, 15:45 (GMT +4)
Biz sionistlərə qonşularımızla olan əlaqələrə xələl gətirməsinə imkan vermərik – İran prezidenti

21 Oktyabr 2021, 15:38 (GMT +4)
Avropa Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulur

21 Oktyabr 2021, 15:37 (GMT +4)
Baş Prokurorluq Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara münasibət bildirib

21 Oktyabr 2021, 15:27 (GMT +4)
Azərbaycan və Ukrayna oxucuları arasında görüş keçirilib (FOTO)

21 Oktyabr 2021, 15:16 (GMT +4)
Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirib

21 Oktyabr 2021, 15:04 (GMT +4)
Konfrans Liqası: "Qarabağ" "Kayrat"la qarşılaşır

21 Oktyabr 2021, 15:02 (GMT +4)
Azərbaycan filmi Polşada beynəlxalq festivalda yarışacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66