Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair məsələlər müzakirə olunub

25 Sentyabr 2021, 12:00 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews. Sentyabrın 23-24-də Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.

Bu barədə SalamNews-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Məlumata görə, tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması vacibdir.

Onun sözlərinə görə, tranzit daşımalarında şəffaflığın və nəqliyyat prosesinin iştirakçıları arasında bərabər şərtlərin təmin edilməsi üçün ən vacib alət Orta Dəhlizin rəqəmsallaşdırılmasıdır. Tariflərin optimallaşdırılması, daşıyıcıların və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin edilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, sayının və müddətinin azaldılması ilə məşğul olan kollegial icra orqanı – Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Beynəlxalq Assosiasiya ilə sıx əməkdaşlığı Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcək.

“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin sədri Nurlan Sauranbayevin sədrliyi ilə keçən tədbirdə ADY-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri David Peradze, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi Rahmetulla Kudaybergenov, Türkiyə Dövlət Dəmir Yollarının Baş direktoru Hasan Pezük, “Aktau Beynəlxalq Dəniz Ticarət limanı” SC-nin sədri Abay Turikpembayev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və “Port Kurık” SC-nin sədri Serik Axmetov iştirak ediblər.

Pandemiya şəraitində mövcud vəziyyəti səciyyələndirən C.Qurbanov birgə fəaliyyət əsasında bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları sahəsində artıma nail olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi nəticəsində ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açılıb. Azərbaycan regionda bir sıra vacib beynəlxalq layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təşəbbüskarıdır. Ölkəmiz beynəlxalq daşımalara, multimodal infrastrukturun genişləndirilməsinə əhəmiyyətli təsir göstərən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində aktiv rol oynayır. Cavid Qurbanov görüşün əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində faydalı olacağına, təklif və tövsiyyələrin dəmir yolu sahəsində tətbiqinin iştirakçı ölkələrin iqtisadiyyatına əhəmiyyətli təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

İki gün davam edən toplantıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin tərkibinin və 2019-cu il üçün maliyyə-təsərrüfat fəaliyyətinə dair audit hesabatının təsdiqi; BTNM BA HŞB-nin Nizamnaməsinə dəyişikliklərin və əlavələrin edilməsi; Assosiasiasiyanın intellektual mülkiyyət hüququnun (loqotipi və adının) Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatının Beynəlxalq bürosunda müdafiəsi; Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunda birgə müəssisənin yaradılması; Orta Dəhlizin (Middle Corridor) 2025-ci ilə qədər inkişaf strategiyasının işlənib hazırlanması və Avropa İttifaqında mövcudluğunun genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizinin potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi vurğulanıb.

Müzakirələrdən sonra “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin Mərkəzi Asiya regionundakı nümayəndəliyi rəhbərinin müavini Haydar Abdikerimov “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov BTNM-in inkişafı üzrə İşçi Qrupunun rəhbəri təyin olunub.

Eyni zamanda “Pasifik Eurasiya Lojistik Diş Ticarət A. Ş.” (Türkiyə) şirkəti quruma assosiativ üzv qismində qəbul olunub.

Yığıncağın sonunda müvafiq protokol imzalanıb.

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən ilk “Nomad ekspress” sınaq konteyner qatarı 3 avqust 2015-ci ildə yola salınıb.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Oktyabr 2021, 20:19 (GMT +4)
“İslam Peyğəmbərinin (s) həyat tərzi və müasir insan” mövzusunda konfrans keçirilib (FOTO)

21 Oktyabr 2021, 19:22 (GMT +4)
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlanıb

21 Oktyabr 2021, 19:00 (GMT +4)
"El Klasiko"nun hakimləri məlum olub

21 Oktyabr 2021, 18:30 (GMT +4)
Kriştiano Ronaldo daha bir rekord imza atıb

21 Oktyabr 2021, 18:03 (GMT +4)
"Sabah"ın baş məşqçisi Ramin Quliyev istefa verib

21 Oktyabr 2021, 18:02 (GMT +4)
Maduro Kolumbiya Parlamentinin ikitərəfli münasibətləri normallaşdırmaq təklifini dəstəkləyib

21 Oktyabr 2021, 17:55 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda 6 hərbçi itkin düşmüş sayılır

21 Oktyabr 2021, 17:48 (GMT +4)
"Qarabağ" - "Kayrat" matçında tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq

21 Oktyabr 2021, 17:44 (GMT +4)
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu ötüb

21 Oktyabr 2021, 17:34 (GMT +4)
Liviyada sabitliyə dəstək adlı beynəlxalq konfrans keçirilir

21 Oktyabr 2021, 17:24 (GMT +4)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb

21 Oktyabr 2021, 17:23 (GMT +4)
KXDR raket sınaqlarının ABŞ-a qarşı yönəlmədiyini açıqlayıb

21 Oktyabr 2021, 17:14 (GMT +4)
XİN Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb

21 Oktyabr 2021, 17:02 (GMT +4)
Sabah güclü külək əsəcək (XƏBƏRDARLIQ)

21 Oktyabr 2021, 16:50 (GMT +4)
“Azərişıq” Şuşada 5 transformator yarımstansiyası tikir

21 Oktyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb

21 Oktyabr 2021, 16:33 (GMT +4)
Suriyada terrorçuluqda ittihamlandırılan 24 nəfər edam edilib

21 Oktyabr 2021, 16:30 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının iclası keçirilib

21 Oktyabr 2021, 16:20 (GMT +4)
Nigeriyada quldurlar azı 30 nəfəri qaçırıb

21 Oktyabr 2021, 16:10 (GMT +4)
Metronun "Gənclik" stansiyası bu gün gücləndirilmiş rejimdə işləyəcək

21 Oktyabr 2021, 15:58 (GMT +4)
Bakı metrosunda daha bir aktiv koronavirus xəstəsi saxlanılıb 

21 Oktyabr 2021, 15:50 (GMT +4)
"Barselona" Ansu Fati ilə müqaviləni uzadıb

21 Oktyabr 2021, 15:47 (GMT +4)
Türkiyədə casusluq ittihamı ilə dörd rusiyalı həbs edilib 

21 Oktyabr 2021, 15:45 (GMT +4)
Biz sionistlərə qonşularımızla olan əlaqələrə xələl gətirməsinə imkan vermərik – İran prezidenti

21 Oktyabr 2021, 15:38 (GMT +4)
Avropa Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulur

21 Oktyabr 2021, 15:37 (GMT +4)
Baş Prokurorluq Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara münasibət bildirib

21 Oktyabr 2021, 15:27 (GMT +4)
Azərbaycan və Ukrayna oxucuları arasında görüş keçirilib (FOTO)

21 Oktyabr 2021, 15:16 (GMT +4)
Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirib

21 Oktyabr 2021, 15:04 (GMT +4)
Konfrans Liqası: "Qarabağ" "Kayrat"la qarşılaşır

21 Oktyabr 2021, 15:02 (GMT +4)
Azərbaycan filmi Polşada beynəlxalq festivalda yarışacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66