Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakı küçələri növbəti dəfə dezinfeksiya edilir

25 Sentyabr 2021, 10:15 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews. Ölkə vətəndaşlarının koronavirus pandemiyasından qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində genişmiqyaslı kompleks tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində şəhərin bütün rayonlarında ictimai nəqliyyat, ticarət və digər obyektlərdə, qapalı yerlərdə gündəlik reydlər və maariflndirmə işləri aparılır və tibbi maskalar paylanılır. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə sentyabr ayının 25-i səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriləcək.

Bir daha bildiririk ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Oktyabr 2021, 18:01 (GMT +4)
KİV: Avstriya parlamenti Kurtsun toxunulmazlığını ləğv edə bilər

15 Oktyabr 2021, 17:52 (GMT +4)
AQTA: Gəncədə bitki və bitkiçilik məhsullarında zərərvericilər aşkarlanıb

15 Oktyabr 2021, 17:42 (GMT +4)
Şahdağ milli parkında ov edənlər 4 000 manat cərimələnib

15 Oktyabr 2021, 17:30 (GMT +4)
Rusiyadan Azərbaycana gətirilən kartofda zərərverici aşkarlanıb

15 Oktyabr 2021, 17:28 (GMT +4)
Azərbaycan I Divizionda V turun oyun cədvəli açıqlanıb - "Qəbələ"nin oyunu təxirə salınıb

15 Oktyabr 2021, 17:18 (GMT +4)
Ərdoğan Suriyada yeni antiterror əməliyyatı keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib

15 Oktyabr 2021, 17:12 (GMT +4)
Merkel sabah Türkiyəyə səfər edəcək

15 Oktyabr 2021, 17:02 (GMT +4)
Baş prokuror Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

15 Oktyabr 2021, 16:50 (GMT +4)
Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15 Oktyabr 2021, 16:45 (GMT +4)
Rusiyada COVID-19-a yoluxma və ölüm hallarında anti-rekord qeydə alınıb 

15 Oktyabr 2021, 16:39 (GMT +4)
Husilər Yəməndə bir rayonu nəzarətə götürüblər

15 Oktyabr 2021, 16:30 (GMT +4)
Gürcüstanda həbsxanada baş verən yanğında iki məhbus ölüb

15 Oktyabr 2021, 16:23 (GMT +4)
Müdafiə naziri Fransa nümayəndə heyəti ilə görüşüb

15 Oktyabr 2021, 16:15 (GMT +4)
Gənclər və idman naziri GUAM-ın baş katibi ilə görüşüb

15 Oktyabr 2021, 16:12 (GMT +4)
Vətən müharibəsi şəhidi Xaçmazda anılıb (FOTO)

15 Oktyabr 2021, 16:01 (GMT +4)
Bakıda ər arvadını qətlə yetirib

15 Oktyabr 2021, 15:50 (GMT +4)
Azərbaycan və Pakistan 20 adda məhsulu imtiyazlı şəkildə idxal-ixrac edəcək

15 Oktyabr 2021, 15:48 (GMT +4)
Vladimir Putin: Talibanı rəsmi səviyyədə tanımağa tələsməməliyik

15 Oktyabr 2021, 15:40 (GMT +4)
İranda koronavirusa qarşı hər iki vaksini vuranların sayı 22.8 milyonu keçib

15 Oktyabr 2021, 15:30 (GMT +4)
Azərbaycanda yenidoğulmuşlar arasında koronavirusa yoluxma halları qeydə alınıb

15 Oktyabr 2021, 15:17 (GMT +4)
İraqın şimalında son iki gündə 13 PKK terrorçusu zərərsizləşdirilib

15 Oktyabr 2021, 15:15 (GMT +4)
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - TAM MƏTN

15 Oktyabr 2021, 15:05 (GMT +4)
Azərbaycanda koronavirusla bağlı götürülən testlərin sayı 5 milyonu ötüb

15 Oktyabr 2021, 15:01 (GMT +4)
Kamran Quliyev: "Neftçi"nin 40 faiz gəliri digər sponsorlardan, UEFA yarışlarından və futbolçu satışındandı

15 Oktyabr 2021, 14:54 (GMT +4)
Xəbərdarlıq: Oktyabrın 18-dən hava qeyri-sabit olacaq, temperatur 3-6 dərəcə enəcək

15 Oktyabr 2021, 14:45 (GMT +4)
Əfqanıstanda bu gün şiələrin məscidində törədilən partlayışda ölənlərin sayı 25-ə çatıb (VİDEO)

15 Oktyabr 2021, 14:42 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı yenidən artıb

15 Oktyabr 2021, 14:39 (GMT +4)
Putin Qarabağdakı vəziyyəti "pis sülh yaxşı müharibədən yaxşıdır" deyərək şərh edib

15 Oktyabr 2021, 14:35 (GMT +4)
Peşə təhsilli şəxslərə yeni hüquq verilməsini nəzərdə tutan layihə I oxunuşda təsdiqlənib

15 Oktyabr 2021, 14:29 (GMT +4)
DÇ-2022: Braziliya və Argentina növbəti qələbəsini qazanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66