Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Güləşçimiz dünya çempionu olub

24 Sentyabr 2021, 20:00 (GMT +4)

Bakı,  24 sentyabr, SalamNews, R.Nadirli. Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə gənclərin dünya çempionatı keçirilib.

SalamNews xəbər verir ki, mundialda ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 2 güləşçi təmsil edib. Onların hər ikisi medalçılar sırasında yer alıb.

Rübail İbrahimli startda yerli güləşçini çətinliklə üstələyib. Daha sonra Ukrayna güləşçisinə məğlub olan həmyerlimiz Moldova idmançısına qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda daha bir Moldova təmsilçisi üzərində qələbə qazanan Rübail adını finala yazdırıb. Ancaq İbrahimli həlledici görüşdə ukraynalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Təsnifat mərhələsindən mübarizəyə başlayan Fərid Cabbarov əvvəlcə rumıniyalı rəqibindən güclü olub. Rumıniyadan olan daha bir güləşçini vaxtından əvvəl məyus edən Cabbarov Ukraynanın iki pəhləvanını da xal vermədən məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda da Rumıniya idmançısına qalib gələn Fərid finala yüksəlib. Həlledici görüşdə Ukrayna güləşçisinə heç bir şans tanımayan Cabbarov dünya çempionu olub və Konstantada himnimizi səsləndirib.

70 kq
1-ci görüş: Rübail İbrahimli - Ferents Şiki (Rumıniya) 2:1
2-ci görüş: Rübail İbrahimli - Andrey Jeliyev (Ukrayna) 1:3
3-cü görüş: Rübail İbrahimli - Alin Kioriki (Moldova) 3:1
1/2 final: Rübail İbrahimli - Serciu Lupesku (Moldova) 3:1
Final: Rübail İbrahimli - Andrey Jeliyev (Ukrayna) 0:3

80 kq
Təsnifat: Fərid Cabbarov - Konstantin Manea (Rumıniya) 3:0
1-ci görüş: Fərid Cabbarov - Razvan Pavalaç (Rumıniya) 3:0
2-ci görüş: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna) 3:0
3-cü görüş: Fərid Cabbarov - Anton Deyneka (Ukrayna) 3:0
1/2 final: Fərid Cabbarov - Virgil Qosa (Rumıniya) 3:0
Final: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna) 3:0

Qeyd edək ki, bir gün əvvəl yeniyetmələrin analoji yarışında Hüseyn Əliyev (70 kq) qızıl, Musa Ağayev (60 kq) isə gümüş medal qazanmışdı. Mundialda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Oktyabr 2021, 14:00 (GMT +4)
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

23 Oktyabr 2021, 13:45 (GMT +4)
Biləsuvarda toy məclisinə görə restoranın icarədarı cərimələnib

23 Oktyabr 2021, 13:42 (GMT +4)
Türkiyə və Azərbaycanla ortaq əməkdaşlıqlar üzərində işlənilməlidir – İranlı nazir

23 Oktyabr 2021, 13:30 (GMT +4)
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslərin avtomobilində borular aşkarlanıb

23 Oktyabr 2021, 13:20 (GMT +4)
Lənkəranda Xəzər dənizinin sahilə yaxın sularında tank əlehinə mina aşkarlanıb

23 Oktyabr 2021, 13:10 (GMT +4)
DİN: 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

23 Oktyabr 2021, 13:00 (GMT +4)
Bakıda 27 yaşlı qadın itkin düşüb

23 Oktyabr 2021, 12:50 (GMT +4)
Yevlaxda heroin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb

23 Oktyabr 2021, 12:40 (GMT +4)
Bakıda ərini boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayır

23 Oktyabr 2021, 12:33 (GMT +4)
Suriya ordusu ilə ABŞ qüvvələri arasında insident baş verib, ABŞ qüvvələri geri qayıdıb (VİDEO)

23 Oktyabr 2021, 12:30 (GMT +4)
Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

23 Oktyabr 2021, 12:20 (GMT +4)
Ağcabədidə karantin rejiminin pozulduğu obyekt müəyyən olunub

23 Oktyabr 2021, 12:12 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Sabah" "Sumqayıt"la, "Neftçi" "Zirə" ilə qarşılaşır

23 Oktyabr 2021, 12:10 (GMT +4)
Azərbaycanda bankomatların sayı 8 %, POS-terminalların sayı isə 7 % artıb

23 Oktyabr 2021, 12:01 (GMT +4)
Azərbaycan şahmatçılarının qatılacağı turnirin mükafat fondu açıqlanıb

23 Oktyabr 2021, 12:00 (GMT +4)
Xudayar Yusifzadənin anım mərasimi keçirilib

23 Oktyabr 2021, 11:50 (GMT +4)
Yevlaxda karantin qaydalarının pozulduğu toy məclisi aşkar edilib

23 Oktyabr 2021, 11:48 (GMT +4)
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

23 Oktyabr 2021, 11:47 (GMT +4)
Əfqanıstanın sabiq rəsmiləri “Milli Müqavimət Ali Şurası” adlı yeni təşkilat yaradıblar

23 Oktyabr 2021, 11:40 (GMT +4)
“Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupun növbəti iclası keçirilib

23 Oktyabr 2021, 11:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

23 Oktyabr 2021, 11:25 (GMT +4)
Kriştiano Ronaldo Çempionlar Liqasındakı rekordlarını paylaşıb

23 Oktyabr 2021, 11:24 (GMT +4)
Suriya konstitusiyası ilə bağlı hökumət və müxalifətin danışıqları nəticəsiz qalıb

23 Oktyabr 2021, 11:10 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun Laçındakı təlimini izləyib, tapşırıqlar verib (VİDEO)

23 Oktyabr 2021, 11:00 (GMT +4)
"Facebook" un mümkün yeni adı məlum olub

23 Oktyabr 2021, 10:55 (GMT +4)
"Sabah" "Sumqayıt" önünə itkilərlə çıxacaq

23 Oktyabr 2021, 10:54 (GMT +4)
İsrail Fələstinin altı qeyri-hökumət təşkilatını “terror qrupu” elan edib

23 Oktyabr 2021, 10:50 (GMT +4)
DİN: COVID-19 pasportu olmayan mərasim yerlərinə polis qrupları cəlb edilib

23 Oktyabr 2021, 10:40 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

23 Oktyabr 2021, 10:30 (GMT +4)
Bu il Azərbaycanda baş verən yanğın hadisələrinin sayı açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66