Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Aİ-nin əməkdaşı AQTİ laboratoriyalarının iş prinsipi ilə tanış olub

24 Sentyabr 2021, 17:38 (GMT +4)

Bakı, 24 sentyabr, SalamNews. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Rayner Freund Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyalara səfər edib. Səfərin məqsədi qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması sahəsində Avropalı mütəxəssislərlə birgə əməkdaşlığın, təcrübə mübadiləsinin daha da genişləndirilməsidir.

AQTİ-dən SalamNews-a bildirilib ki, tanışlıq səfəri zamanı Aİ-nin ölkəmizdəki nümayəndəliyinin əməkdaşı ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, həmçinin AQTİ-nin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək sahəsində Aİ-nin Azərbaycanda reallaşdırdığı uğurlu layihələrdən danışılıb.

Həm iş prinsipini öyrənmək, həm də müayinə metodları, ekspertiza və tədqiqat xidmətləri ilə yaxından tanış olmaq məqsədilə R. Freund AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalara baxış keçirib. Qonağa laboratoriyaların fəaliyyət istiqaməti, maddi-texniki bazası, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığı, səriştəlilik sınaqlarında əldə olunmuş yüksək nəticələr barədə ətraflı məlumat verilib.

Görüşdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının daha səmərəli təşkilini təmin etmək baxımından Aİ ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi üzrə perspektivlər, bilik və bacarıqların mübadiləsi müzakirə olunub.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Prezident və xanımı Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

23 Oktyabr 2021, 14:20 (GMT +4)
Antisanitar şəraitdə işləyən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

23 Oktyabr 2021, 14:10 (GMT +4)
Bakıda restorana gedən koronavirus xəstəsi aşkarlanıb

23 Oktyabr 2021, 14:00 (GMT +4)
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

23 Oktyabr 2021, 13:45 (GMT +4)
Biləsuvarda toy məclisinə görə restoranın icarədarı cərimələnib

23 Oktyabr 2021, 13:42 (GMT +4)
Türkiyə və Azərbaycanla ortaq əməkdaşlıqlar üzərində işlənilməlidir – İranlı nazir

23 Oktyabr 2021, 13:30 (GMT +4)
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslərin avtomobilində borular aşkarlanıb

23 Oktyabr 2021, 13:20 (GMT +4)
Lənkəranda Xəzər dənizinin sahilə yaxın sularında tank əlehinə mina aşkarlanıb

23 Oktyabr 2021, 13:10 (GMT +4)
DİN: 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

23 Oktyabr 2021, 13:00 (GMT +4)
Bakıda 27 yaşlı qadın itkin düşüb

23 Oktyabr 2021, 12:50 (GMT +4)
Yevlaxda heroin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb

23 Oktyabr 2021, 12:40 (GMT +4)
Bakıda ərini boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayır

23 Oktyabr 2021, 12:33 (GMT +4)
Suriya ordusu ilə ABŞ qüvvələri arasında insident baş verib, ABŞ qüvvələri geri qayıdıb (VİDEO)

23 Oktyabr 2021, 12:30 (GMT +4)
Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

23 Oktyabr 2021, 12:20 (GMT +4)
Ağcabədidə karantin rejiminin pozulduğu obyekt müəyyən olunub

23 Oktyabr 2021, 12:12 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Sabah" "Sumqayıt"la, "Neftçi" "Zirə" ilə qarşılaşır

23 Oktyabr 2021, 12:10 (GMT +4)
Azərbaycanda bankomatların sayı 8 %, POS-terminalların sayı isə 7 % artıb

23 Oktyabr 2021, 12:01 (GMT +4)
Azərbaycan şahmatçılarının qatılacağı turnirin mükafat fondu açıqlanıb

23 Oktyabr 2021, 12:00 (GMT +4)
Xudayar Yusifzadənin anım mərasimi keçirilib

23 Oktyabr 2021, 11:50 (GMT +4)
Yevlaxda karantin qaydalarının pozulduğu toy məclisi aşkar edilib

23 Oktyabr 2021, 11:48 (GMT +4)
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

23 Oktyabr 2021, 11:47 (GMT +4)
Əfqanıstanın sabiq rəsmiləri “Milli Müqavimət Ali Şurası” adlı yeni təşkilat yaradıblar

23 Oktyabr 2021, 11:40 (GMT +4)
“Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupun növbəti iclası keçirilib

23 Oktyabr 2021, 11:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

23 Oktyabr 2021, 11:25 (GMT +4)
Kriştiano Ronaldo Çempionlar Liqasındakı rekordlarını paylaşıb

23 Oktyabr 2021, 11:24 (GMT +4)
Suriya konstitusiyası ilə bağlı hökumət və müxalifətin danışıqları nəticəsiz qalıb

23 Oktyabr 2021, 11:10 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun Laçındakı təlimini izləyib, tapşırıqlar verib (VİDEO)

23 Oktyabr 2021, 11:00 (GMT +4)
"Facebook" un mümkün yeni adı məlum olub

23 Oktyabr 2021, 10:55 (GMT +4)
"Sabah" "Sumqayıt" önünə itkilərlə çıxacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66