Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub 

23 Sentyabr 2021, 18:02 (GMT +4)

Bakı, 23 sentyabr, SalamNews. Bu gün dünya şöhrətli fotorepartyor Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub.

Şuradan SalamNews-a bildirilib ki, qonağı qarşılayan MŞ sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumla bağlı məlumat verərək bildirib ki, Şura Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən, jurnalistlərin özlərinin formalaşdırdıqları qurumdur. İkinci Qarabağ Müharibəsi reallıqlarının, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması məsələlərindən söz açan Ə.Amaşov məsələnin ölkəmiz üçün əhəmiyyətindən söz açıb. O bildirib ki, Azərbaycan zaman-zaman dünyanın ikili standartlar siyasətindən əziyyət çəkib. Bu baxımdan müharibədə baş verənlərin olduğu kimi çatdırması xüsusi önəm daşıyırdı. Bunu reallaşdıran hər biz şəxs azərbaycanlıların sevimlisidir. Bu baxımdan R.Deqati də Azərbaycan cəmiyyətinin rəğbət bəslədiyi sənət adamıdır. Ə.Amaşov R.Deqatinin İkinci Qarabağ Müharibəsi dönəmindəki fəaliyyətindən söz açaraq bu işi böyük fədakarlıq kimi dəyərləndirib. O, rəhbərlik etdiyi qurumun fəxri diplomunu qonağa təqdim edib.

R.Deqati Azərbaycana hər gəlişinin bir məqsəd daşıdığını vurğulayaraq bildirib ki, ermənilər işğal altında saxladıqları Qarabağın mədəniyyətinə böyük zərər vurublar, ekoloji terror həyata keçiriblər, qəbirstanlıqlarda vəhşiliklər törədiblər, şəhərləri, kəndləri viran qoyublar. Səfərdən məqsəd bunları çəkmək və dünya ictimaiyyətinə çatdırmaqdır. O, Azərbaycanda hər zaman böyük diqqət və qayğıyla qarşılandığını deyib və bu amilin onu yaradıcılıq üçün daha da həvəsləndirdiyini dilə gətirib. R.Deqati həmçinin Azərbaycan Mətbuat Şurası rəhbərliyinə əməyinə verilən qiymətə görə təşəkkürünü bildirib.

Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvləri – “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrət, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov da öz növbələrində R.Deqatinin istər birinci, istərsə də ikinci Qarabağ müharibəsindəki fəaliyyətinə toxunublar. Onlar bu fəaliyyətin önəmini informasiya savaşındakı mühüm amillərdən biri kimi dəyərləndiriblər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Oktyabr 2021, 09:12 (GMT +4)
Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışıb

24 Oktyabr 2021, 00:09 (GMT +4)
Bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövlududur

23 Oktyabr 2021, 17:01 (GMT +4)
Azərbaycan XİN Macarıstanı təbrik edib

23 Oktyabr 2021, 16:48 (GMT +4)
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib

23 Oktyabr 2021, 16:33 (GMT +4)
Bərdə sakinlərindən “patı” və heroin götürülüb

23 Oktyabr 2021, 16:21 (GMT +4)
Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib (FOTO)

23 Oktyabr 2021, 16:11 (GMT +4)
İran nüvə danışıqlarının tezliklə başlayacağını bildirib

23 Oktyabr 2021, 15:58 (GMT +4)
Saxta yollarla COVID-19 pasportu əldə edən şəxslər saxlanılıb (VİDEO)

23 Oktyabr 2021, 15:45 (GMT +4)
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib

23 Oktyabr 2021, 15:32 (GMT +4)
Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb

23 Oktyabr 2021, 15:20 (GMT +4)
Qardabani şəhərində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə bayram tədbiri keçirilib (FOTO)

23 Oktyabr 2021, 15:07 (GMT +4)
Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirib

23 Oktyabr 2021, 14:50 (GMT +4)
İlham Əliyev Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb

23 Oktyabr 2021, 14:38 (GMT +4)
Rusiya və Suriya hərbi təyyarələri İdlibə şiddətli hava zərbələri endirib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Prezident və xanımı Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

23 Oktyabr 2021, 14:20 (GMT +4)
Antisanitar şəraitdə işləyən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

23 Oktyabr 2021, 14:10 (GMT +4)
Bakıda restorana gedən koronavirus xəstəsi aşkarlanıb

23 Oktyabr 2021, 14:00 (GMT +4)
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

23 Oktyabr 2021, 13:45 (GMT +4)
Biləsuvarda toy məclisinə görə restoranın icarədarı cərimələnib

23 Oktyabr 2021, 13:42 (GMT +4)
Türkiyə və Azərbaycanla ortaq əməkdaşlıqlar üzərində işlənilməlidir – İranlı nazir

23 Oktyabr 2021, 13:30 (GMT +4)
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslərin avtomobilində borular aşkarlanıb

23 Oktyabr 2021, 13:20 (GMT +4)
Lənkəranda Xəzər dənizinin sahilə yaxın sularında tank əlehinə mina aşkarlanıb

23 Oktyabr 2021, 13:10 (GMT +4)
DİN: 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

23 Oktyabr 2021, 13:00 (GMT +4)
Bakıda 27 yaşlı qadın itkin düşüb

23 Oktyabr 2021, 12:50 (GMT +4)
Yevlaxda heroin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb

23 Oktyabr 2021, 12:40 (GMT +4)
Bakıda ərini boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayır

23 Oktyabr 2021, 12:33 (GMT +4)
Suriya ordusu ilə ABŞ qüvvələri arasında insident baş verib, ABŞ qüvvələri geri qayıdıb (VİDEO)

23 Oktyabr 2021, 12:30 (GMT +4)
Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

23 Oktyabr 2021, 12:20 (GMT +4)
Ağcabədidə karantin rejiminin pozulduğu obyekt müəyyən olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66