Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Xüsusi ehtiyat fondlarının vergiyə cəlb olunması qaydası təsdiqlənib

23 Sentyabr 2021, 14:27 (GMT +4)

Bakı, 23 sentyabr, SalamNews. “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” təsdiqlənib.

SalamNews-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənəddə qeyd edilib ki, bu qayda Vergi Məcəlləsinin 111.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydasını müəyyən edir.

Banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyatlarını maliyyə bazarları tənzimləyicisinin müəyyən etdiyi qaydaya uyğun yaradır.

Xüsusi ehtiyat fondlarına aid edilən məbləğlər vergitutma məqsədləri üçün bu Qaydaya uyğun olaraq gəlirdən çıxılır. Bank olmayan kredit təşkilatları tərəfindən qarşılıqlı surətdə asılı olan şəxslərə verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydaya uyğun yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Bank olmayan kredit təşkilatları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Kredit ittifaqının üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər olduqda və onların kredit ittifaqının nizamnamə kapitalındakı paylarının həcmi 50 faizdən çox olduqda, həmin üzvlərə kredit ittifaqı tərəfindən verilmiş kreditlər üzrə maliyyə bazarları tənzimləyicisi tərəfindən müəyyən edilmiş qaydada yaradılan xüsusi ehtiyatların vergitutma məqsədləri üçün gəlirdən çıxılması 50 faiz həcmində məhdudlaşdırılır. Kredit ittifaqları tərəfindən digər hallarda verilən kreditlər üzrə yaradılan xüsusi ehtiyatlar vergitutma məqsədləri üçün tam həcmdə gəlirdən çıxılır.

Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycanın qüvvədə olan normativ və normativ xarakterli hüquqi aktları ilə müəyyən edilən mənaları ifadə edir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Oktyabr 2021, 11:30 (GMT +4)
Ötən gün toylara görə daha 14 nəfər cərimələnib

27 Oktyabr 2021, 11:30 (GMT +4)
İlk dəfə olaraq İsraildən Səudiyyə Ərəbistanına birbaşa reys həyata keçirilib

27 Oktyabr 2021, 11:20 (GMT +4)
Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatına görə rüsum dəyişdirilir

27 Oktyabr 2021, 11:10 (GMT +4)
AQTA şənlik mərasimlərində monitorinqləri davam etdirir

27 Oktyabr 2021, 11:00 (GMT +4)
Gələn il ehtiyata buraxılmış hərbçilərin mənzil kirayəsinə 11 milyon manat xərclənəcək

27 Oktyabr 2021, 10:57 (GMT +4)
Çin ABŞ-ı Tayvanla bağlı öhdəliklərə sadiq qalmağa çağırır

27 Oktyabr 2021, 10:50 (GMT +4)
Nazir Ermənistanın Bərdəni raket atəşinə tutmasının ildönümü ilə bağlı paylaşım edib

27 Oktyabr 2021, 10:45 (GMT +4)
Sudanın 12 ölkədə olan səfirləri çevrilişə qarşı çıxıblar

27 Oktyabr 2021, 10:40 (GMT +4)
Azərbaycan nefti cüzi ucuzlaşıb

27 Oktyabr 2021, 10:30 (GMT +4)
Hacıqabulda oğurluq edən şəxslər saxlanılıb

27 Oktyabr 2021, 10:27 (GMT +4)
İlon Mask "Forbes" jurnalına görə tarixin ən zəngin adamı oldu

27 Oktyabr 2021, 10:20 (GMT +4)
Azərbaycanda gələn il sosial sahəyə 3,6 milyard manat ayrılacaq

27 Oktyabr 2021, 10:18 (GMT +4)
İranda Əfqanıstanın qonşularının iştirakı ilə beynəlxalq iclas keçirilir

27 Oktyabr 2021, 10:10 (GMT +4)
Azərbaycanın mülki müdafiə planının hazırlanması üzrə Komissiya yaradılıb

27 Oktyabr 2021, 10:00 (GMT +4)
III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir

27 Oktyabr 2021, 09:50 (GMT +4)
Azərbaycanda gələn il üçün səhiyyə sahəsinə 1,8 milyard manata yaxın vəsait ayrılıb

27 Oktyabr 2021, 09:44 (GMT +4)
Sudanda çevriliş edən hərbçilər baş naziri və bəzi rəsmiləri sərbəst buraxıblar

27 Oktyabr 2021, 09:40 (GMT +4)
Gələn il üçün Azərbaycanın hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsait açıqlanıb

27 Oktyabr 2021, 09:38 (GMT +4)
AP: Sudanın baş naziri həbsdən bir gün sonra evinə qayıdıb

27 Oktyabr 2021, 09:30 (GMT +4)
Qanunsuz balıq ovlayanlar 7 000 manat cərimələnib

27 Oktyabr 2021, 09:22 (GMT +4)
Angela Merkel rəsmi olaraq Almaniya kansleri vəzifəsini tərk edib

27 Oktyabr 2021, 09:20 (GMT +4)
Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçirilir

27 Oktyabr 2021, 09:12 (GMT +4)
İraqda İŞİD-in hücumu nəticəsində 11 mülki şəxs həyatını itirib (VIDEO)

27 Oktyabr 2021, 09:10 (GMT +4)
Zakir Həsənovla Hulusi Akar arasında görüş olub

27 Oktyabr 2021, 09:00 (GMT +4)
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan bir il ötür

27 Oktyabr 2021, 06:49 (GMT +4)
İran: Yanacaq doldurma məntəqələrinə kiber hücum xarici ölkədən həyata keçirilib

26 Oktyabr 2021, 17:59 (GMT +4)
Azərbaycan və Türkiyə liderləri Zəngilanda ağac əkiblər

26 Oktyabr 2021, 17:46 (GMT +4)
Ermənistan parlamentində Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı qapalı iclas keçirilib

26 Oktyabr 2021, 17:34 (GMT +4)
MN: Kəlbəcər və Laçında 580 km-dən çox torpaq örtüklü yollar inşa edilib

26 Oktyabr 2021, 17:23 (GMT +4)
Sudanda çevriliş edən hərbçilər baş nazirin saxlanıldığı yeri açıqlayıblar

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66