Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlətə aid 3 maliyyə qurumu İnvestisiya Holdinqinin idarəetməsinə verilib

22 Sentyabr 2021, 16:50 (GMT +4)

Bakı, 22 sentyabr, SalamNews. Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” 7 avqust 2009-cu il tarixli və “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

SalamNews-un məlumatına görə, fərmanda deyilir:

Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə prezidentinin 5 noyabr 2020-ci il tarixli fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan ABB Holdinqin idarəetməsinə verilsin.

2. Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həll edilməsində dövlətin adından iştiraketmə hüququ aşağıdakılara həvalə edilsin:

2.1. Prezidentə:

2.1.1. Bankın satılması, yenidən təşkili və ləğvi;

2.2. Prezidentlə razılaşdırmaqla, Holdinqə:

2.2.1. Bankın Müşahidə Şurasının üzvlərinin, o cümlədən onun rəhbərinin vəzifəyə seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.2.2. Bankın icra orqanının rəhbərinin vəzifəyə seçilməsi, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.2.3. müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin 5 %-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

2.2.4. Bankın nizamnamə kapitalının artırılması və azaldılması barədə qərar qəbul edilməsi, səhmlərinin buraxılması müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi, habelə mühüm iştirak payının əldə edilməsinə razılıq verilməsi;

2.2.5. Bankın kənar auditorun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyə etdiyi illik maliyyə hesabatlarının təsdiq edilməsi, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul edilməsi;

2.2.6. Bankın nizamnaməsinin təsdiq edilməsi və onun dəyişdirilməsi;

2.2.7. Bankın törəmə təsərrüfat cəmiyyətlərinin yaradılması və fəaliyyətlərinə xitam verilməsi, başqa bankın satın alınması barədə qərarlar qəbul edilməsi;

2.2.8. bu Fərmanın 2.1-ci və 3.2-ci bəndləri nəzərə alınmaqla, Mülki Məcəllə, “Banklar haqqında” qanun və Bankın nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətinə aid edilmiş digər məsələlərin həll edilməsi.

3. Müəyyən edilsin ki:

3.1. Bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

3.2. Bankın Müşahidə Şurasının “Banklar haqqında” qanunun 24.1.2 – 24.1.6-cı, 24.1.7-ci (icra orqanının üzvlərinin, o cümlədən onun rəhbər müavinlərinin vəzifəyə seçilməsinə münasibətdə) və 25-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri vardır.

4. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Holdinq bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Bundan başqa, dövlət başçısı "Azər-Türk Bank” ASC-nin və Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə prezidentinin 5 noyabr 2020-ci il tarixli fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan “Azər-Türk Bank” ASC və "Azərsığorta", Holdinqin idarəetməsinə verilsin.

2. Holdinq:

2.1. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azər-Türk Bank”ın və "Azərsığorta"nın hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə prezidentə məlumat versin;

2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra, onun nəticəsindən asılı olaraq, Azərbaycan Mərkəzi Bankı ilə birlikdə “Azər-Türk Bank”ın və "Azərsığorta"nın fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Müəyyən edilsin ki, bu Sərəncamın 2.1-ci və 2.2-ci bəndləri icra olunanadək “Azər-Türk Bank”ın və "Azərsığorta"nın idarəetmə orqanları fəaliyyətini davam etdirsinlər.

4. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Oktyabr 2021, 13:24 (GMT +4)
Azərbaycan və Slovakiya XİN başçılarının görüşü başa çatıb

19 Oktyabr 2021, 13:17 (GMT +4)
Ərdoğan oktyabrın 26-da Azərbaycana bir günlük səfərə gələcək

19 Oktyabr 2021, 13:12 (GMT +4)
Gömrük Komitəsi İran-Rusiya birgə Ticari Palatası direktorlar şurası üzvünün iddialarına münasibət bildirib

19 Oktyabr 2021, 13:00 (GMT +4)
Goranboyda şadlıq sarayının sahibi cərimələnib

19 Oktyabr 2021, 12:58 (GMT +4)
Rusiya Gürcüstan və Ukraynanı "münasibətlərin təhrif olunmuş reallığından" imtina etməyə çağırıb

19 Oktyabr 2021, 12:50 (GMT +4)
Şamaxıda dələduzluqda təqsirləndirilən şəxs həbs edilib

19 Oktyabr 2021, 12:40 (GMT +4)
Sabah yağış yağacaq, güclü külək əsəcək

19 Oktyabr 2021, 12:36 (GMT +4)
Əfqanıstanda məsciddə törədilən partlayış anının videosu yayımlanıb (VİDEO)

19 Oktyabr 2021, 12:30 (GMT +4)
Abşeronda taksi sürücüsü qadına zorakılıq tətbiq edərək bıçaqla hədələyib

19 Oktyabr 2021, 12:20 (GMT +4)
ADPU QUBA Filialında “REGİONLARDA ALİ TƏHSİL : REALLIQLAR VƏ PERSPEKTİVLƏR” adlı Beynəlxalq Elmi Konfrans keçiriləcək

19 Oktyabr 2021, 12:20 (GMT +4)
Azərbaycan əhalisinin sayı açıqlanıb

19 Oktyabr 2021, 12:10 (GMT +4)
BƏƏ-dəki Azərbaycan diaspor təşkilatlarının gücləndirilməsi məsələsi müzakirə olunub

19 Oktyabr 2021, 12:00 (GMT +4)
Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib

19 Oktyabr 2021, 11:50 (GMT +4)
Ceyhun Bayramovla Slovakiyanın XİN başçısı arasında görüş başlayıb

19 Oktyabr 2021, 11:45 (GMT +4)
İslam dünyası Məhəmməd peyğəmbərin (s) mövludu və Vəhdət həftəsini qeyd edir

19 Oktyabr 2021, 11:40 (GMT +4)
Azərbaycanda sığorta xidmətləri ilə bağlı mobil tətbiqlər hazırlanacaq

19 Oktyabr 2021, 11:35 (GMT +4)
Türkiyədə 6 bal gücündə zəlzələ baş verib

19 Oktyabr 2021, 11:30 (GMT +4)
Ötən gün toylara görə daha 16 nəfər cərimələnib

19 Oktyabr 2021, 11:25 (GMT +4)
KİV: Moskvada Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası keçiriləcək

19 Oktyabr 2021, 11:20 (GMT +4)
Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19 Oktyabr 2021, 11:17 (GMT +4)
Əfqanıstanda məscid partlayışında yaralananlar müalicə üçün İrana aparılıblar (FOTO)

19 Oktyabr 2021, 11:10 (GMT +4)
Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib

19 Oktyabr 2021, 11:00 (GMT +4)
“Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib

19 Oktyabr 2021, 10:50 (GMT +4)
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

19 Oktyabr 2021, 10:40 (GMT +4)
Azad edilən ərazilərə icazəsiz daxil olmaq istəyən şəxs saxlanılıb

19 Oktyabr 2021, 10:30 (GMT +4)
Qaxda koronavirus xəstəsi çayxanada aşkarlanıb

19 Oktyabr 2021, 10:30 (GMT +4)
Ərdoğan: Dünyanın taleyini İkinci Dünya Müharibəsinin qaliblərindən ibarət «bir ovuc» ölkə həll etməməlidir

19 Oktyabr 2021, 10:28 (GMT +4)
İran məhbusların mübadiləsi məsələsinin nüvə sazişinə salınmasına imkan verməyəcəyini bildirib

19 Oktyabr 2021, 10:20 (GMT +4)
Laçında komanda-qərargah təlimi başlayıb

19 Oktyabr 2021, 10:10 (GMT +4)
“Qremmi” mükafatı laureatı “Kremerata Baltika” kamera orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66