Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Milli Məclisdə icra və qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

21 Sentyabr 2021, 14:22 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews. Milli Məclisdə “Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın prioritetləri” mövzusunda videokonfrans keçirilib.

SalamNews-un xəbərinə görə, konfransda Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin rəhbərliyi, komitə və komissiya sədrləri və müavinləri, həmçinin Prezident Administrasiyasının və Milli Məclis Aparatının əməkdaşları iştirak ediblər.

S.Qafarova altıncı çağırış Milli Məclisin fəaliyyətində bu cür konfransların keçirilməsinin yaxşı bir ənənəyə çevrildiyini bildirərək, bugünkü konfransda müzakirə olunan mövzunun da kifayət qədər aktual olduğunu qeyd edib.

O, bu günlərdə Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifəsini təşkil edən Vətən müharibəsinin birinci ildönümünün tamam olduğunu xatırladaraq, illər keçsə də Azərbaycan xalqının həmin tarixi günləri heç vaxt unutmayacağını, hər zaman böyük fəxarət hissi ilə xatırlayacağını söyləyib.

S.Qafarova ötən il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə başa çatdığını, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla münaqişəyə son qoyulduğunu, bu, sənədin həmçinin Ermənistanın kapitulyasiya aktı olduğunu, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Bu şanlı Qələbənin Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni dövrün başlanğıcı olduğunu bildirən parlamentin sədri vurğulayıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür. Bu mərhələdə Azərbaycan dövlətinin qarşısında duran vəzifələr, hədəflər cari il yanvar ayının 6-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çox aydın şəkildə ifadə edilib. Spiker Sahibə Qafarova bildirib ki, bu strateji hədəflər ilk növbədə, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması, işğaldan azad edilən tarixi torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, həmin ərazilərin yenidən dirçəldilməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin Şuşa şəhərinə və işğaldan azad olunmuş digər şəhər və rayonlarımıza səfərləri, həmin səfərlər çərçivəsində çox mühüm tədbirlərdə iştirakı, açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bir daha Azərbaycan dövlətinin gücünü və qüdrətini hər kəsə nümayiş etdirir. Bu tədbirlər həm böyük rəmzi məna daşıyır, həm də həyata keçirilən layihələr milli iqtisadiyyatımızın da inkişafına təkan verir.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı bütün şəhər və rayonlarımızı, binaları, tarixi abidələri, məscidləri dağıtdığını, talan etdiyini xatırladan Sahibə Qafarova deyib ki, hazırda qarşımızda duran mühüm prioritetlərdən biri Ermənistanın törətdiyi bu vəhşilikləri və digər təxribatları beynəlxalq ictimaiyyətə dolğun çatdırmaqdır.

Videokonfransda müzakirə olunan mövzunun aktuallığına toxunan Parlamentin sədri xatırladıb ki, altıncı çağırış Milli Məclis fəaliyyətə başlayandan sonra bu sahədə bir sıra mühüm addımlar atılıb. Postmüharibə dövründə də bu istiqamətdə uğurlu əməkdaşlıq davam etdirilir. Milli Məclis sədrinin sözlərinə görə, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir. Spiker Milli Məclis deputatlarının seçicilərlə işinin düzgün əsasda qurulması, seçici müraciətlərinin dövlət qurumları tərəfindən cavablandırılması, onların qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, şəhid ailələri, müharibə veteranları, döyüşlərdə sağlamlığını itirmiş qəhrəman övladlarımıza diqqət və qayğıya əsaslanan dövlət siyasətinin dəstəklənməsi, Milli Məclisin təşəbbüsü, müvafiq nazirliklərin və dövlət komitəsinin rəhbər heyətinin və əməkdaşlarının iştirakı ilə parlamentdə cəmiyyəti narahat edən bir sıra məsələlərin ictimai müzakirələrinin keçirilməsi, ölkəmizdə yeni siyasi konfiqurasiyada dialoq mühitinin möhkəmlənməsinə, siyasi sistemin subyektləri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verilməsi, parlamentin beynəlxalq fəaliyyətinin daha effektiv həyata keçirilməsi və Azərbaycanın milli maraq və mənafelərinin daha yaxşı qorunması kimi prioritet məsələlər haqqında fikirlərini ifadə edib.

Sonra çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət və qalib xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsinin başlandığını, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bu gün həyata keçirilən quruculuq işlərinin – vandallar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlərimizin sürətlə bərpasının əzəli torpaqlarımıza qayıdışımızı günbəgün yaxınlaşdırmaqla yanaşı, bütün dünyaya Azərbaycanın qüdrətini, dövlətimizin başçısının möhkəm iradəsini, yüksək idarəçilik məharətini və qurub-yaratmaq əzmini nümayiş etdirdiyini diqqətə çatdırıb. O, müxtəlif dövlət orqanları və qurumları ilə yanaşı, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrin də göstərilən fəaliyyətə əsaslı təkan verdiyini vurğulayıb.

Şöbə müdiri bildirib ki, indi tarixi Qələbəmizin möhkəmləndirilməsi, şəhid ailələri və müharibə iştirakçılarına qayğının davam etdirilməsi, düşmən tapdağından azad olunmuş ərazilərimizin dirçəldilməsi, erməni təcavüzkarlığının yenidən baş qaldırmaması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün haqq işimizlə bağlı beynəlxalq müstəvidə məqsədyönlü fəaliyyət göstərilməsi bütünlükdə Azərbaycan cəmiyyətinin qarşısında duran ən əsas vəzifələrdəndir.

Ədalət Vəliyev Prezident İlham Əliyevin apardığı sistemli və çoxşaxəli inzibati-siyasi islahatların nəticələrindən danışaraq ölkədə iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini deyib. Bildirilib ki, dövlətimizin başçısının tapşırığı əsasında üzvlərinin sayına, yaxud ölkə ərazisini əhatə vəziyyətinə görə böyük-kiçikliyindən, siyasi çəkisindən və ya hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib və hər bir görüşün nəticələri müfəssəl təhlil olunaraq verilmiş təkliflər üzrə müvafiq addımlar atılır.

Fərdi görüşlərlə yanaşı, siyasi partiyaların mütləq əksəriyyətinin iştirakı ilə müxtəlif mövzularda çoxtərəfli görüşlər də təşkil edildiyini vurğulayan şöbə müdiri bu qəbildən olan sonuncu – 9 sentyabr tarixli 45 siyasi partiyanın iştirakı ilə keçirilmiş görüşdə aparılan müzakirələrdə çıxış edənlərin dövlətimizin başçısının ölkədə formalaşdırdığı yeni siyasi konfiqurasiyanın davamlı sabitliyin qorunması və dövlətin inkişafı naminə bütün imkanların səfərbər olunmasında əhəmiyyətini, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə olunmuş Zəfərin Azərbaycan tarixində ən əlamətdar hadisə kimi yerini xüsusi qeyd etdiklərini, işğaldan azad olunmuş ərazilərə dövlət başçısının səfərləri, bu şəhər və kəndlərdə yüksək sürətlə həyata keçirilən bərpa-quruculuq işləri, yolların salınması, elektrik stansiyalarının, aeroportların tikilməsi, “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri kimi mədəni tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin bildirilib ki, siyasi partiyalar xarici siyasət sahəsində atılmış addımlar, Şuşa Bəyannaməsinin imzalanması, eləcə də Qərbi Zəngəzurla bağlı Azərbaycan Respublikası Prezidentinin mövqeyini təqdir edir və dəstəkləyirlər.

Dövlətimizin başçısının zamanın tələbləri ilə uzlaşan islahat və inkişaf konsepsiyasının növbəti mərhələsinin səciyyəvi cəhətlərinə toxunan Ədalət Vəliyev müxtəlif siyasi qüvvələrin adekvat təmsil olunduğu altıncı çağırış Milli Məclisdə yeni demokratik mühit formalaşdığını, müxalifət nümayəndələrinin parlamentdə rəhbər vəzifələr tutduğunu deyib. Bildirilib ki, Milli Məclisin fəaliyyətinin dövlətimizin başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atılması, o cümlədən deputat fəallığının artırılması ilə vətəndaş məmnunluğu yüksəldilib.

Ədalət Vəliyev çıxışında, həmçinin icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın daha da təkmilləşdirilməsi perspektivlərinə toxunaraq konkret istiqamətlər üzrə xüsusi diqqət yetirilməsi zəruri olan məsələləri tədbir iştirakçılarının nəzərinə çatdırıb, işin daha yüksək səviyyədə qurulmasına xidmət edən müvafiq təkliflər səsləndirib.

Sonra müzakirələrə başlanılıb.

Müzakirələrdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, İntizam Komissiyasının sədr müavini, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək, müzakirə olunan mövzu barədə öz fikir və təkliflərini səsləndiriblər.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Zəfərin, habelə son illər aparılmış siyasi-hüquqi-institusional islahatların dövlətçiliyimizin inkişafında açdığı yeni mərhələnin səciyyəvi cəhətləri təhlil edilib, ölkənin yeni siyasi konfiqurasiyasının davamlı sabitliyin təmini və dayanıqlı inkişaf üçün əhəmiyyəti vurğulanıb, həmçinin Milli Məclisin müvafiq proseslərdə iştirakı, verə biləcəyi töhfələr, eləcə də parlamentin icra hakimiyyəti orqanları ilə daha sıx əməkdaşlıq qurması perspektivləri nəzərdən keçirilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Oktyabr 2021, 00:09 (GMT +4)
Bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövlududur

23 Oktyabr 2021, 17:01 (GMT +4)
Azərbaycan XİN Macarıstanı təbrik edib

23 Oktyabr 2021, 16:48 (GMT +4)
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib

23 Oktyabr 2021, 16:33 (GMT +4)
Bərdə sakinlərindən “patı” və heroin götürülüb

23 Oktyabr 2021, 16:21 (GMT +4)
Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib (FOTO)

23 Oktyabr 2021, 16:11 (GMT +4)
İran nüvə danışıqlarının tezliklə başlayacağını bildirib

23 Oktyabr 2021, 15:58 (GMT +4)
Saxta yollarla COVID-19 pasportu əldə edən şəxslər saxlanılıb (VİDEO)

23 Oktyabr 2021, 15:45 (GMT +4)
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib

23 Oktyabr 2021, 15:32 (GMT +4)
Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb

23 Oktyabr 2021, 15:20 (GMT +4)
Qardabani şəhərində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə bayram tədbiri keçirilib (FOTO)

23 Oktyabr 2021, 15:07 (GMT +4)
Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirib

23 Oktyabr 2021, 14:50 (GMT +4)
İlham Əliyev Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb

23 Oktyabr 2021, 14:38 (GMT +4)
Rusiya və Suriya hərbi təyyarələri İdlibə şiddətli hava zərbələri endirib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Prezident və xanımı Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

23 Oktyabr 2021, 14:20 (GMT +4)
Antisanitar şəraitdə işləyən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

23 Oktyabr 2021, 14:10 (GMT +4)
Bakıda restorana gedən koronavirus xəstəsi aşkarlanıb

23 Oktyabr 2021, 14:00 (GMT +4)
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

23 Oktyabr 2021, 13:45 (GMT +4)
Biləsuvarda toy məclisinə görə restoranın icarədarı cərimələnib

23 Oktyabr 2021, 13:42 (GMT +4)
Türkiyə və Azərbaycanla ortaq əməkdaşlıqlar üzərində işlənilməlidir – İranlı nazir

23 Oktyabr 2021, 13:30 (GMT +4)
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslərin avtomobilində borular aşkarlanıb

23 Oktyabr 2021, 13:20 (GMT +4)
Lənkəranda Xəzər dənizinin sahilə yaxın sularında tank əlehinə mina aşkarlanıb

23 Oktyabr 2021, 13:10 (GMT +4)
DİN: 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

23 Oktyabr 2021, 13:00 (GMT +4)
Bakıda 27 yaşlı qadın itkin düşüb

23 Oktyabr 2021, 12:50 (GMT +4)
Yevlaxda heroin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb

23 Oktyabr 2021, 12:40 (GMT +4)
Bakıda ərini boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayır

23 Oktyabr 2021, 12:33 (GMT +4)
Suriya ordusu ilə ABŞ qüvvələri arasında insident baş verib, ABŞ qüvvələri geri qayıdıb (VİDEO)

23 Oktyabr 2021, 12:30 (GMT +4)
Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

23 Oktyabr 2021, 12:20 (GMT +4)
Ağcabədidə karantin rejiminin pozulduğu obyekt müəyyən olunub

23 Oktyabr 2021, 12:12 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Sabah" "Sumqayıt"la, "Neftçi" "Zirə" ilə qarşılaşır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66