Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Xınalıq “Ən yaxşı turistik kənd” adına namizəddir

21 Sentyabr 2021, 12:00 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews. Ümumdünya Turizm Təşkilatının (United Nations World Tourism Organization – UNWTO) elan etdiyi “Ən yaxşı turistik kənd” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb.

SalamNews bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, təşkilatın bu layihəsinin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

Dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunan Xınalıq kəndinin ərazisində 2007-ci ildə “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb. Dövlət Turizm Agentliyi tabeliyində fəaliyyət göstərən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu orta əsrlərə xas olan özünəməxsus memarlıq strukturu və əsrarəngiz təbiət mənzərəsi ilə seçilən bir mədəni irs nümunəsi kimi qəbul edilir.

2020-ci ildə “Xınalıq, orta əsr dağ kəndi” adı ilə YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Hazırda YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylının yazılması prosesi davam etdirilir. Dövlət Turizm Agentliyinin mütəxəssislərinin hazırladığı və İlkin Siyahıya daxil edilmiş sənəddə kəndin qədim dili, köçəri yaşayış tərzi, Qafqaz dağlarındakı qədim memarlıq ənənələri və Xınalıq icmasının təbiətlə harmoniyalı şəkildə yaşayış tərzi onun müstəsna ümumbəşəri dəyərləri kimi qeyd olunur.

Qədim tarixə malik olan Xınalıq kəndində arxeoloji qazıntı və elmi-tədqiqat işləri aparılır. Hazırda 3 hektardan çox ərazini əhatə edən “Kima Liqebiriş” adlı qədim qəbristanlıqda qazıntılar davam edir. Qazıntı zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri hazırda qoruğun elmi fondunda saxlanılır və onların bir hissəsi Xınalığı ziyarət edən yerli və xarici turistlərə nümayiş etdirilir. Bundan əlavə, kənddə aşkarlanmış qədim epiqrafik abidələr və nadir əlyazmalar öyrənilir. Kənd ərazisində yerləşən dini abidələr – pirlər və ziyarətgahların qeydiyyatı aparılır.

Xınalıq kəndinin mədəni irs elementlərindən biri də özünəməxsus memarlıq üslubudur. Bu üslubu qorumaq məqsədilə kənd ərazisində qəza vəziyyətində olan, uçqunlar nəticəsində təhlükəli vəziyyətə düşən evlərin təmir və bərpa prosesi aparılır. Vətəndaşların müraciətlərinə əsasən hazırda Xınalıq kəndində 16 evin təmir işləri davam etdirilir.

Ərazidə təmir-bərpa işləri başlanmazdan əvvəl Dövlət Turizm Agentliyinin mütəxəssisləri beynəlxalq standartlara uyğun “Xınalıq-Bərpa Təlimat” kitabçası və ərazinin Regenerasiya Planını hazırlayıb.

UNWTO-nun keçirdiyi müsabiqənin nəticələri bu ilin sonunadək Mərakeşdə keçiriləcək 24-cü illik sessiyada elan olunacaq. UNWTO-nun “Ən yaxşı turistik kənd” nişanını qazanan kəndlər modernləşmə proqramında daxil ediləcək.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Oktyabr 2021, 10:50 (GMT +4)
Bu il Azərbaycanda yol qəzalarında həlak olan kişi və qadınların sayı açıqlanıb

18 Oktyabr 2021, 10:40 (GMT +4)
Bu il Azərbaycanda 1 171 yol qəzası olub, 504 nəfər ölüb

18 Oktyabr 2021, 10:35 (GMT +4)
İsrail generalı: Müharibə olsa Hizbullah günə iki min raket atacaq

18 Oktyabr 2021, 10:30 (GMT +4)
Bu gün beynəlxalq məhkəmədə Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək

18 Oktyabr 2021, 10:27 (GMT +4)
Rusiyada şagird məktəbdə atışma təşkil edib

18 Oktyabr 2021, 10:20 (GMT +4)
Ceyhun Bayramov Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

18 Oktyabr 2021, 10:10 (GMT +4)
Xudafərin körpüsünün işğaldan azad olunmasından 1 il ötür

18 Oktyabr 2021, 10:00 (GMT +4)
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

18 Oktyabr 2021, 07:48 (GMT +4)
İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Pakistandan sonra Rusiyaya gedib

18 Oktyabr 2021, 06:53 (GMT +4)
İraqda parlament seçkilərinin nəticələrinə etirazlar başlayıb

17 Oktyabr 2021, 17:50 (GMT +4)
Azərbaycan Prezidenti Füzuli şəhərinin təməl daşını qoyub

17 Oktyabr 2021, 17:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib

17 Oktyabr 2021, 17:30 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə səfərdə olublar

17 Oktyabr 2021, 14:00 (GMT +4)
Ombudsman Ermənistanın Gəncəyə raket zərbəsi endirməsinin ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

17 Oktyabr 2021, 12:20 (GMT +4)
Hikmət Hacıyev: Ötən ilin bu günündə ermənilərin Füzulidəki əsas qalası darmadağın edildi

17 Oktyabr 2021, 09:25 (GMT +4)
MN: Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması Ermənistanın növbəti yalanıdır

17 Oktyabr 2021, 09:00 (GMT +4)
Gəncə şəhərində terror hadisəsinin ildönümü ilə bağlı yürüş təşkil edilib

17 Oktyabr 2021, 00:09 (GMT +4)
Ermənistanın Gəncə və Mingəçevirdə törətdiyi növbəti terrordan bir il keçir

17 Oktyabr 2021, 00:06 (GMT +4)
Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasından 1 il ötür

16 Oktyabr 2021, 17:02 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16 Oktyabr 2021, 16:50 (GMT +4)
Bakıda Ukrayna Mərkəzi açılıb

16 Oktyabr 2021, 16:44 (GMT +4)
Saakaşvili tibbi müayinədən keçməyə və dərman qəbul etməyə razılıq verib

16 Oktyabr 2021, 16:37 (GMT +4)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

16 Oktyabr 2021, 16:26 (GMT +4)
Yaponiyanın yeni Baş naziri ABŞ-a səfər etmək istədiyini açıqlayıb

16 Oktyabr 2021, 16:18 (GMT +4)
Nazirlik: Prezidentin yeni sərəncamı 1 milyon 800 min vətəndaşı əhatə edəcək

16 Oktyabr 2021, 16:07 (GMT +4)
NK: Əməkhaqlarının, pensiya və təqaüdlərin artırılması üçün təkliflərin hazırlanmasına başlanılıb

16 Oktyabr 2021, 15:56 (GMT +4)
İranın Mərkəzi Bankının sabiq sədri 10 il müddətində azadlıqdan məhrum edilib

16 Oktyabr 2021, 15:50 (GMT +4)
Təbii qaz üzrə tariflərin dəyişdirilməsinin səbəbləri və təsirləri açıqlanıb

16 Oktyabr 2021, 15:37 (GMT +4)
Türkiyədə Rəcəb Tayyib Ərdoğanla Angela Merkel arasında danışıqlar keçirilir 

16 Oktyabr 2021, 15:35 (GMT +4)
Azərbaycanda əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66